"Mingəçevirdə teatra maraq digər bölgələrdən böyükdür" – Xalq artisti

"Mingəçevirdə teatra maraq digər bölgələrdən böyükdür" – Xalq artistiXalq artisti Valeh Kərimov bir müddətdir ki, Mingəçevirdədir. Bu günlərdə onunla görüşüb bu gəlişi ilə bağlı, həm də Mingəçevirlə baglı təəssüratlarını öyrəndik. Xalq artsiti Yeniavaz.com-un bir neçə sualını cavablandırdı.

- Bu gün Mingəçevirdə Dövlət Dram Teatrında rejissorluq fəaliyyəti ilə məşğul olursunuz. Bu şəhərə sizi bağlayan nədir?
- Mingəçevir bir şəhər kimi hər kəsi özünə cəlb edən bir şəhərdir. Görməyənlərdə gərək görsün. Respublikamızda camaatımız, maşallah, dünyanı gəzirlər, amma Mingəçevir deyəndə deyirlər görməmişəm. Azərbaycanın hər bölgəsi gözəldir. Burada yaşayan insanlarla hər gün görüşürük. Mən Sumqayıt teatırında 45 il fəaliyyət göstərdikdən sonra təqaüdə çıxdım. Amma yaradıcı insan üçün nə təqaüd, nə də istirahət olur. 2016-cı ildə bu şəhərdə olmuşdum. Mədəniyyət Nazirliyi istəyimi nəzərə alaraq Mingəçevir Dövlət Dram Teatrında rejissor qismində bir tamaşa səhnələşdirməyim barədə qərar verdi. Bu, İsi Məlikzadənin "Gəl qohum olaq" əsəri idi. Həmin əsərdə quruluşçu rejissor olmaqla yanaşı, həm də aktyor kimi Ədalət obrazını canlandırmışam. Məncə, hər şey nəzərdə tutduğumuz kimi uğurlu alındı. Daha sonra fəaliyyətimizin müsbət çalarları nəzər alınaraq, bir başqa tamaşaya da səhnə həyatı verilməsi üçün mənə etimad göstərildi. Hazırda yenidən Mingəçevirdəyəm. Burada bu insanlara yeni tamaşalar bəxş etməkdən zövq alıram. Bu teatırın kollektivi ilə tanışam. "Varlı qadın" tamaşası teatrsevərlərə təqdim olunub. Tamaşa çox uğurlu alındı".

- Bir çox bölgədə çalışdığınızı dediniz. Hansı fərqli cəhətləri müşahidə edə bilmisiniz?

- Teatr mədəniyyəti, aktyor potensialı bütün bölgələrdə, demək olar ki, yaxşı mənada eynidir. Amma etiraf edim ki, teatra tamaşaçı marağı Mingəçevirdə daha böyükdür. Məsələn, biz ötən tamaşa zamanı günlərlə seanslar verirdik. Digər tərəfdən, o gündən üzü bəri küçədə, teatrda, vaxtaşırı dolaşdığım Kür çayı sahilindəki bulvarda insanların hədsiz marağını, sənətimə olan məhəbbətini duyuram. Mingəçevir sakinləri, həqiqətən, çox həssas, duyğulu insanlardır. Hazırda teatrın direktoru, əməkdar artist İntiqam Soltanla çalışırıq. İstəyimiz odur ki, mingəçevirlilərə bir-birindən maraqlı tamaşalar hazırlayıb göstərək. Artıq 4 tamaşa oynanılıb. Hal-hazırda teatrın qurluşçu-rejissoru ştatındayam. Bu ay Süleyman Sani Axundovun "Tamahkar" komediyasını hazırlayırıq. İnanıram ki, bu tamaşaya da teatrsevərlər axın edəcək. Teatrda gündüz tamaşaları da olur, bu da balacalar üçün nağıllardan ibarətdir. Bir sözlə, Mingəçevir teatrında bir canlanma var, bu da aktyorların böyük sevincinə səbəb olub.


Sonxeber.az
Telegramda izləyin
Şou-biznes   Baxılıb: 1156   Tarix: 07 may 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Karib dənizinin quldurları"nda baç rol olacaq

36 yaşlı aktrisa Marqo Robbi "Karib dənizinin quldurları 6" filmində baş rolu canlandıracaq. OLAY yazır ki, altıncı hissədə əsas diqqət aktrisanın canlandırdığı personaja yönələcək, kapitan Cek Sərçə isə ikinci dərəcəli personaja çevrilə bilər. Hazırda filmin süjetinin nədən bəhs edəcəyi məlu

18 avqust
.

"Evlilik təklifi alanda yalnız bir şey istədim"

"Oğlum kinorejissorluq üzrə təhsilini bitirib. Bir müddətdən sonra mənə "Hollivuda getmək istəyirəm" dedi. Los-Ancelesdədir. Artıq 2 il olur. Onun üçün çox darıxıram. Hazırda kliplər, reklam çarxları çəkir. Film sektoruna hələ keçid etməyib. Çünki bunun üçün müəyyən bir müddət lazımdır

16 avqust
.

"Bozo"nun eks-sevgilisini canlandıracaq - Foto

"Yeraltı" serialına yeni aktrisa daxil olacaq. Axşam.az xəbər verir ki, ekran işində Şükran Ovalı rol alacaq. O, ekran işində "Bozo"nun eks-sevgilisi obrazını canlandıracaq. Qeyd edək ki, baş rolları Devrim Özkan, Uraz Kayqılaroğlu və Deniz Can Aktaş paylaşır

16 avqust
.

Emin oğulları ilə (FOTO)

Xalq artisti Emin Ağalarov övladları ilə bağlı paylaşım edib. Qaynarinfo xəbər verir ki, ifaçı əkizləri Əli və Mikayılla çəkdirdiyi fotoları sosial media hesabında yayımlayıb. Müğənni paylaşımına "Mənim dəstəyim" qısa şərhini yazıb. Qeyd edək ki, Eminin daha iki qızı var

25 avqust
.

Rusiyada Filipp Kirkorova qadağa qoyuldu

Tanınmış müğənni Filipp Kirkorova 2028-ci ilin payızına qədər Rusiyada yeni sahibkarlıq fəaliyyətinə başlamaq qadağan edilib. xəbər verir ki, bu barədə vergi müfəttişliyinin sənədlərinə əsaslanaraq "RİA Novosti" məlumat yayıb. Məhdudiyyətin tətbiq olunmasına səbəb sənətçiyə məxsus iki şirkə

18 avqust
.

Ronaldo ilə evləndi, keçmiş sevgilisi ilə fotosu yayıldı

Cristiano Ronaldo ilə yaxın günlərdə ailə quran Georgina Rodrigesin illər əvvələ aid olduğu iddia edilən fotoları yenidən sosial şəbəkələrdə yayılmağa başlayıb. xarici mediaya istinadla xəbər verir ki, 2016-cı ilə aid olduğu görünən görüntülərdə Rodriges bir kişi ilə birlikdə əks olunub. Fotolarda görünə

18 avqust
.

Kamil Zeynallının onun ilə SƏMİMİ ANLARI GÖRÜNTÜLƏNDİ - VİDEO

Tanınmış fitnes məşqçisi Kamil Zeynallı qızı ilə paylaşdığı görüntülərlə izləyicilərinin diqqətini çəkib. xəbər verir ki, idmançının övladı ilə keçirdiyi səmimi anları əks etdirən kadrlar sosial şəbəkə istifadəçiləri tərəfindən maraqla qarşılanıb. Ata-balanın mehriban münasibəti izləyicilərin də diqqətində

16 avqust
.

"Ajda Pekkanın stilisti saçlarımı məhv etdi"

Aparıcı Xoşqədəm Hidayətqızı Türkiyədə qarşılaşdığı hadisə ilə bağlı sosial mediada şərh bildirib. Axşam.az-ın məlumatına görə, aparıcı türkiyəli müğənni Ajda Pekkanın stilistinin saçlarını yandırdığını açıqlayıb:. "Oxşar hissi keçən il yaşadım və davam edir. Üç il qulluq etdim, proqram zamanı dah

18 avqust
.

Britni Spirs atasının qəyyumluğunun ona vurduğu ziyandan danışdı

Məşhur ABŞ-li müğənni Britni Spirs illərlə məruz qaldığı qəyyumluq rejiminin ona vurduğu zərərlər barədə danışıb. xəbər verir ki, sənətçi "Instagram" hesabında etdiyi yeni paylaşımında bu səbəbdən insanlara hörmət etməyi dayandırdığını etiraf edib. "İnsanlara böyük hörmətlə yanaşdığı

30 avqust