ANS-dən "Ən məyusedici xəbər"-lə bağlı AÇIQLAMA
"Mən bilmirəm, bu xəbərə görə kimsə ağlayırdımı?"
ANS rəhbərliyi "Ən məyusedici xəbər" yazısı ilə bağlı mövqeyini açıqladı; Mais Məmmədov: "Dünyadır, zamandır, hər yerdə belə olur..."
Dövlət başçısı İlham Əliyevin qızı Leyla Əliyevanın Emin Ağalarovla boşanma qərarlarını elan etməsi ölkədə ciddi reaksiya doğurdu. Amma sosial şəbəkədə və ictimai sektorda daha çox müzakirə olunan anspress.com saytında bu boşanma ilə bağlı yazılan "analitik" yazı idi. "Ən Məyus Edici Xəbər..." başlıqlı yazı Nazim Mustafayev imzası ilə dərc edilib.
Yazının yazılma hekayəsi müəllif tərəfindən belə təsvir olunub: "Bizim redaksiyamıza bu xəbər birincilərdən gəldi - yalnız heç kim inanmadı! İnanmaq istəmədi! Qızlar dərhal ağlamağa, kişilər isə əlavə mənbələr axtarışına düşdü. Hamı Allaha yalvarırdı ki, bu xəbər həyatda öz əksini tapmasın və bu ya bir zarafat və ya təxribat olsun. ANS PRESS redaksiyasının kandarında bir sual hamını narahat edirdi - Axı niyə? Buna cavab tapmağı bəndənizə tapşırdılar və mən əlimdən gələni etdim".
Yazı boyunca müəllif tərəfindən jurnalistikanın bir çox prinsipləri kobudcasına pozulub. Özünü az qala "qız tərəfi", hadisələrin birbaşa şahidi kimi təqdim edən N.Mustafayevin aşağıdakı cümlələrinə diqqət edək. "Azərbaycanlılar Heydər Əliyevin nəvəsi, gözəl, incə və xanım-xatın Leylanın, "bizim əziz balamızın" varlı bir tacir oğlu, həm də müğənni ilə evlənmək fikri ilə barışmırdılar", "sözsüz ki, artist həyatı birmənalı deyil və Azərbaycan ənənələri və tərbiyəsi ilə böyüyən qız uşağına bu yaşam tərzi yumşaq desək, ənənəvi deyil. Bəlkə də digər qadın belə bir varlı və tanınmış müğənni əri ilə münasibətləri itirməmək üçün nələrə isə göz yumardı, nəyi isə qulaq ardına vurardı, özünü bilməməzliyə vurardı, amma qısqanc və xanım Leyla Əliyeva yox",, "Əli və Mikayıl çox balaca və zəif idilər və onlara Ana lazım idi, yedizdirən və qoruyan Ana. Leyla nə gücünü, nə vaxtını balalarına əsirgəmir, bütün çətinliklərə dözür. Amma ona da Ər lazım idi, dəstək verən və anlayan Ər", İndi məsələ rəsmiləşdi və növbədə ailə mülkiyyətinin bölünməsi və ən əsası uşaqların taleyi durur. İndi uşaqlar anası ilə Bakıdadır və məlumatlara görə, elə Bakıda da böyüyəcəklər - Leyla kimi, Emin kimi. Azərbaycan torpağı onları igid və vətənpərvər böyüdəcək in şa Allah!"....
Sözügedən müəllifin kimliyini dəqiqləşdirmək və bu yazının hansı zərurətdən, necə yazıldığını öyrənmək üçün ANS rəhbərliyi ilə əlaqə saxladıq. ANS Şirkətlər Qrupu prezidentinin media üzrə müşaviri Mais Məmmədov "Yeni Müsavat"a açıqlamasında bildirdi ki, cütlüyün boşanma xəbərini digər xəbərlər kimi saytda yerləşdiriblər: "Hər informasiyaya görə rəhbərlikdən icazə alınmır ki, olar, ya olmaz. Bu informasiya hər yerdə var idi və biz onu saytda yerləşdirdik".
Müsahibimizə boşanma xəbərini yox, "Ən məyus edici xəbər" başlıqlı müəllif yazısı ilə bağlı sual verdiyimizi xatırlatdığımızda isə dedi ki, ümumiyyətlə, o yazını oxumayıb: "İldə bilirsiz Azərbaycanda nə qədər boşanma var, məhkəməyə ya kişi, ya da qadın müraciət edir. Bu, problem deyil ki. Allah ikisinə də cansağlığı versin. Qoy uşaqlara baxsınlar. Özləri bilərlər, bu, onlara aid məsələdir, mənə aid deyil".
M.Məmmədov bu yazının jurnalistika normalarına uyğun olduğunu bildirdi. Onun sözlərinə görə, yalan söyləməyiblər, yalan yaymayıblar. "Nə olubsa, nə baş veribsə, onu yazmışıq" deyən M.Məmmədovdan yazıda göstərildiyi kimi, xəbərə görə, ANS-in qızlarının ağlaması, kişilərinin isə xəbərin mənbəyini dəqiqləşdirməsi "detalını" soruşduq: "Ağlama? Mən bilmirəm ki, kimsə ağlayırdımı? Amma heç kim də sevinmirdi. Olan şeydi bu, nə böyük problemdi, mənim başım çıxmır. Mən bu işə qarışmaq istəmirəm. Amma adamlar bir-birini sevmirlərsə, boşanacaqlar da. Dünyadır, zamandır, hər yerdə belə olur. Yazıyla bağlı narazılığım yoxdur"./Musavat.com
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Zərgər gətirilən bir çanta qızılı qəbul etmədi: "Bu günaha girə bilmərəm"
Bu universitet tələbələrə fərqli təqaüdlər təsis edib: 150, 250 manat
Tanınmış kosmetoloq Natavan Əmirova paylaşımı ilə özünü biabır edib
Baş Prokurorluq Kamran Əsədov və "şərikləri" ilə bağlı - Açıqlama yaydı
Direktoru divara itələyən müəllimlə bağlı - Rəsmi açıqlama+Video
Dövlət universitetinin açıq bufetinə baxın! Menyusu qədər qiymətləri də təəccübləndirir! - VIDEO
Azərbaycanda bu tarixdə 12 DƏRƏCƏ ŞAXTA OLACAQ - XƏBƏRDARLIQ
Röya Ayxan və Elçin Cəfərovdan yeni duet - "Can" klipi çəkildi
Ömrü Sultani ilə məsələdə adı hallanan hospitaldan cavab: "Bizdə nə müalicə alıb, nə də ölüb" - YENİLƏNİB
Sabah hava necə olacaq?
Pensiyalar bu tarixdə tam ödəniləcək
Belə çağırışlar edənlər - 500 manat ödəməli olacaq
"Gürcüstanın tranzit prosesində yer alması da Azərbaycanın qurduğu yeni regional modelin bir hissəsidir" - AÇIQLAMA