Emin Əmrullayev: "İnanıram ki, Yusuf Təkinlə əməkdaşlığın daha da inkişafına nail olacağıq"
Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev Türkiyənin yeni təyin olunmuş milli təhsil naziri Yusuf Təkini təbrik edib.
Nazir bu barədə "Twitter" hesabında yazıb.
"Türkiyənin yeni təyin olunmuş milli təhsil naziri Yusuf Təkini ürəkdən təbrik edir, fəaliyyətində uğurlar arzulayıram. İnanıram ki, həmkarımla birlikdə ölkələrimiz arasında təhsil sahəsində mövcud əməkdaşlığın daha da möhkəmləndirilməsi və inkişafına nail olacağıq", - nazir qeyd edib.
Emin Əmrullayev eyni zamanda türkiyəli sabiq həmkarı Mahmut Özerə də minnətdarlıq edib.
"İki qardaş ölkə arasında elm və təhsil sahəsində əməkdaşlığın inkişafına davamlı dəstəyini göstərmiş, Türkiyənin milli təhsil naziri vəzifəsində fəaliyyətini başa vuran cənab Mahmut Özerə dərin minnətdarlığımı bildirir, bundan sonrakı işlərində uğurlar arzulayıram", - Azərbaycanın elm və təhsil naziri qeyd edib.
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 1389 Tarix: 04 iyun 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bu gün regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır
Sentyabr ayında Bakıda Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində növbəti tədbirlər keçirilib. Əvvəlcə paytaxtımız Türk Dövlətləri Təşkilatına üzv ölkələrin müsəlman dini idarə rəhbərlərinin VII görüşünə ev sahibliyi edib, Ağdam Cümə məscidində isə böyük şair, mütəfəkkir Seyid Yəhya Bakuviyə həsr olunmu
18 sentyabrAzərbaycan Türk dünyasının önəmli ölkələrindən biridir - AÇIQLAMA
"Hazırda geosiyasi böhran o səviyyəyə çatıb ki, bütün dövlətlər və xalqlar müxtəlif təhdidlərlə üz-üzədir. Hər bir dövlət geosiyasi proseslərdən mümkün qədər az itki ilə çıxmaq üçün təhlükəsizlik məsələlərini prioritet hesab edir. Bu baxımdan dövlətlərin ittifaqlar yaratması tamamilə təbii prosesdi
18 sentyabr"Əsrin müqaviləsi"nin imzalanmasının 32-ci ildönümüdür
"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il ötür. xatırladır ki, sentyabrın 20-si Azərbaycanda Xəzərin milli sektorunda yerləşən "Azəri-Çıraq-Dərinsulu Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü Sazişinin ("Əsrin müqaviləsi") ildönümü və neft-qa
20 sentyabr