Ərdoğan Azərbaycan daxil olmaqla, bir sıra ölkələrə minnətdarlıq edib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 3-də Ankarada səlahiyyətlərinin icrasına başlaması mərasiminə qatılan ölkələrə minnətdarlığını bildirib.
Sonxeber.az "report"a istinadən xəbər verir ki, Nazirlər Kabinetinin bu gün keçirilən iclasından sonra açıqlama verən Türkiyə lideri Azərbaycan daxil olmaqla, tədbirdə iştirak edən dövlət və hökumət başçılarına təşəkkür edib.
"Ölkəm və millətim adından Türkiyənin əsl dostlarına təşəkkürümüzü bildirirəm. 5 mindən çox qonağın iştirakı ilə andiçmə mərasimimizi keçirdik. Mərasimdə iştirak edən bütün dövlət və hökumət başçılarına, xüsusən də həmvətənlərimə təşəkkür etmək istəyirəm. Ölkəm və millətim adından Türkiyənin əsl dostlarına minnətdarlığımızı bildirirəm. Bildirmək istərdim ki, minlərlə kilometr uzaqdan gələrək göstərdikləri lütfkarlığı heç vaxt unutmayacağam", - Ərdoğan deyib.
Xatırladaq ki, mayın 14-də baş tutan seçkilərdə prezidentliyə namizədlərdən heç biri 50 %-dən çox səs toplaya bilməyib.
Mayın 28-də keçirilən ikinci turda "Cümhur İttifaqı"nın prezidentliyə namizədi, hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədri Rəcəb Tayyib Ərdoğan 52,18 faiz səslə növbəti 5 il üçün prezident seçilib.
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 1481 Tarix: 06 iyun 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İlham Əliyev neft sənayesi işçilərini təltif etdi - Siyahı
Prezident İlham Əliyev neft sənayesi işçilərinin təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, onlar Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə təltif ediliblər. 3-cü dərəcəli "Əmək" ordeni ilə. Bağırova Ülviyə Adil qızı. Bayatlı Tamam Fərman qızı
19 sentyabrAzərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur
Sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunur. xatırladır ki, bununla bağlı Prezident İlham Əliyev 2024-cü il sentyabrın 19-da Sərəncam imzalayıb. Ermənistanın ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbayca
20 sentyabrCeyhun Bayramov Nyu-Yorka işgüzar səfərə yola düşüb
20 sentyabrda xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək məqsədilə ABŞ-nin Nyu-York şəhərinə işgüzar səfərə yola düşüb. xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Səfər çərçivəsində nazir Ceyhu
20 sentyabrTürk dünyasının yeni strateji erası
Son illər beynəlxalq münasibətlər sistemində sürətlə cərəyan edən geosiyasi dəyişikliklər, qlobal münaqişələrin coğrafiyasının genişlənməsi və beynəlxalq hüquq mexanizmlərinin təsirsizliyi fonunda region dövlətlərinin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi prioritet məsələyə çevrilmişdir. Bel
18 sentyabr