Heydər Əliyevin Azərbaycan dövlətinin və xalqının xilası missiyası

Heydər Əliyevin Azərbaycan dövlətinin və xalqının xilası missiyasıMüasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu öndər  Heydər Əliyev 1993-cü il iyunun 9-da Bakıya qayıdışı ilə  xalqımızın müstəqillik tarixinin ən mühüm səhifəsini yazdı.
Tarixə nəzər saldıqda görərik ki,  Azərbaycanın  müstəqilliyinə təhlükə olan  məqamlar çox olsa da, 1993-cü ilin  Gəncə hadisələri daha mürəkkəb xarakteri ilə seçilir. Surət Hüseynovun qiyamçı dəstələri  mövcud AXC-Müsavat iqtidarını devirmək üçün Bakıya üz tutdular. Həmin vaxt  Naxçıvan MR Ali Məclisinin Sədri olan Ümummilli lider Heydər Əliyev  zəngin təcrübəsinə əsaslanaraq bu məqamı çox yaxşı dərk edirdi ki, paytaxt Bakıda  yaranan xaosun, anarxiyanın, özbaşınalıqların  davamı kimi Gəncədə baş verənlər Azərbaycanın hərtərəfli məhvinə yönəldilmiş cinayət, AXC-Müsavat iqtidarının yanlış əməllərinin, səriştəsizliklərinin nəticəsi idi.
Həmin dövrdə Ulu Öndər   91 nəfər ziyalının xalqın böyük əksəriyyətinin istəyini ifadə edərək  bu gün ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının yaradılması ilə bağlı ona ünvanlanan müraciətə cavabında müstəqilliyimizi tarixi nailiyyətimiz kimi önə çəkərək onun qorunmasını hər kəsin qarşısına  vətəndaşlıq borcu kimi qoymuşdur. İyun ayının 4-də Gəncə şəhərində başlanan və  davam edən hadisələrin  narahatlıq doğurduğunu bildirən Ümummilli Lider bildirmişdi ki, şəhərdə qan tökülüb, normal həyat pozulub, faktiki olaraq vətəndaş müharibəsi başlanıb.
Cəmi 1 il hakimiyyətdə olan qara qüvvələrin iqtidarda olduğu dövr  Azərbaycanın yeni tarixinin ən faciəli  illəri idi.  AXC-Müsavat cütlüyünün hakimiyyəti ölkədə anarxiya, xaos, özbaşınalığın tüğyan etməsi, iqtisadiyyatın çökməsi, əhalinin sosial durumunun son dərəcə ağırlaşması, torpaqların işğalı ilə yadda qaldı.  1993-cü ildə Azərbaycan dövlət müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalanda xalq xilas yolunu axtardı.
Xalqın təkidli  tələbi ilə 1993-cü il iyunun 9-da Bakıya qayıdan Ulu Öndər xilaskarlıq missiyasını yerinə yetirərək Azərbaycanı inkişaf, tərəqqi yoluna çıxardı. Vətəndaş qarşıdurmasının dayandırılması, dövlət müstəqilliyinin itirilməsi təhlükəsinin xilası bu tarixdən başlandı. İyunun 13-14-də ziyalılardan, ağsaqqallardan ibarət qrupla Gəncəyə  gedən Ümummilli Lider  Heydər Əliyev Surət Hüseynovla, sadə vətəndaşlarla, hərbçilərlə görüşərək  siyasi böhranın, qarşıdurmanın aradan qaldırılması üçün söhbətlər apardı, çıxış yolları barədə faydalı, müdrik tövsiyələrini bildirdi. Zərərçəkən, əzizlərini itirən gəncəlilərə mənəvi dəstək oldu. Görüşün nəticələri barədə iyunun 15-də keçirilən Ali Sovetin fövqəladə sessiyasında açıqlama verdi.
Həmin gün deputatların yekdil səsverməsi ilə Ümummilli Lider  Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Bu, seçim ilə Azərbaycanın xilas yolunun, müstəqilliyimizin əbədiliyinin təməli qoyuldu. Tarixə Milli Qurtuluş Günü  kimi yazılan 15 iyundan başlanan yol  2020-ci ildə xalqımıza Zəfər  sevincini yaşatdı. Düşünülmüş və məqsədyönlü siyasət nəticəsində Azərbaycana möhtəşəm uğurlar qazandıran ulu öndər Heydər Əliyevin söylədiyi "Azərbaycan dünyaya günəş kimi doğacaq" tezisi reallıqda öz əksini tapdı. Azərbaycanın müstəqilliyinin daimiliyi və əbədiliyi təmin edildi. İmzalar arasınqda imzaları ilə  seçilən  müasir müstəqil  Azərbaycan ulu öndər Heydər Əliyevin şah əsəri olaraq daim inkişaf edir, davamlı uğurlara imza atır. Son 19 ildə Heydər Əliyev siyasətini bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyevin gördüyü işlərin zirvəsində ata vəsiyyətini yerinə yetirərək Azərbaycanın ərazi bütövlüyünü təmin etmək,  işğaldan azad edilmiş torpaqlarımızda üçrəngli bayrağımızın dalğalanmasına nail olmaq idi. Şükürlər olsun Müzəffər Ali Baş Komandanımız bu məqsədiə nail oldu. Şübhəsiz, Azərbaycan bundan sonra daha da inkişaf edəcək, regionda və dünyada liderliyini qoruyacaq.

İsrafil Kərimov - Azərbaycan Jurnalistlər Birliyinin üzvü


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 898   Tarix: 07 iyun 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycan və digər türk dövlətləri təhlükəsizlik məsələlərində ortaq hərəkət etməlidirlər - ŞƏRH

"Türk Dövlətləri Təşkilatının təhlükəsizlik məsələləri ən ciddi məsələlər sırasındadır. Türk dövlətləri olaraq ortaq təşkilatda birləşiriksə və daha irəli getmək istəyiriksə, təhlükəsizlik məsələlərinə də ciddi diqqət yetirməliyik. Ən əsası isə bu sahədə ortaq hərəkət etməliyik. Çünki ayrı-ayr

17 sentyabr
.

Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar videoçarx paylaşılıb. paylaşımı təqdim edir:

20 sentyabr
.

İlham Əliyevin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar paylaşım edilib. paylaşımı təqdim edir:

19 sentyabr
.

Prezident: "Birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə daha böyük rol oynasın"

"Biz birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə, beynəlxalq təhlükəsizlik, beynəlxalq ticarət, enerji təhlükəsizliyi və nəqliyyat bağlantıları ilə əlaqədar məsələlərdə daha böyük rol oynasın". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələri

17 sentyabr
.

Bu gün regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır

Sentyabr ayında Bakıda Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində növbəti tədbirlər keçirilib. Əvvəlcə paytaxtımız Türk Dövlətləri Təşkilatına üzv ölkələrin müsəlman dini idarə rəhbərlərinin VII görüşünə ev sahibliyi edib, Ağdam Cümə məscidində isə böyük şair, mütəfəkkir Seyid Yəhya Bakuviyə həsr olunmu

18 sentyabr
.

Azərbaycan Türk dünyasının önəmli ölkələrindən biridir - AÇIQLAMA

"Hazırda geosiyasi böhran o səviyyəyə çatıb ki, bütün dövlətlər və xalqlar müxtəlif təhdidlərlə üz-üzədir. Hər bir dövlət geosiyasi proseslərdən mümkün qədər az itki ilə çıxmaq üçün təhlükəsizlik məsələlərini prioritet hesab edir. Bu baxımdan dövlətlərin ittifaqlar yaratması tamamilə təbii prosesdi

18 sentyabr
.

İlham Əliyev: "Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib"

"Azərbaycan TDT-yə üzv ölkələrlə ikitərəfli formatda fəal əməkdaşlıq edir". AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib. "Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondlar

17 sentyabr
.

Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar. AZƏRTAC-a istinadən xəbər verir ki, tarixi Pir Ömər Sultan ziyarətgahı Şamaxı rayonunun Avaxıl kəndində yerləşir

17 sentyabr
.

"Əsrin müqaviləsi"nin imzalanmasının 32-ci ildönümüdür

"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il ötür. xatırladır ki, sentyabrın 20-si Azərbaycanda Xəzərin milli sektorunda yerləşən "Azəri-Çıraq-Dərinsulu Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü Sazişinin ("Əsrin müqaviləsi") ildönümü və neft-qa

20 sentyabr