Azərbaycan dövlətçiliyinin xilas günü

Azərbaycan dövlətçiliyinin xilas günüAzərbaycan 1991-ci ildə dövlət müstəqilliyini yenidən bərpa etdi. XX əsrin əvvəlində müsəlman Şərqinin ilk demokratik dövləti olan Azərbaycan Xalq Cümhuriyyəti 23 ay yaşasa da xalqımızın azad, müstəqil yaşamaq arzusunu söndürmədi, əksinə daha da alovlandırdı. Azərbaycan XX əsrin sonunda yenidən öz müstəqilliyinə qovuşdu. Müstəqilliyimizin bərpasının ilk illərində ölkəyə rəhbərlik edənlərin səriştəsizliyi, idarəçilik qabiliyyətlərinin yoxluğu, şəxsi ambisiyalarının quluna çevrilmələri ölkəni çətin durum qarşısında qoydu. Bu ünsürlərin əməlləri nəticəsində Azərbaycan uçurumun bir addımlığına yaxınlaşmışdı. Ölkəmiz müstəqilliyini itirmək, parçalanmaq, bir dövlət olaraq  dünya xəritəsindən  silinmək təhlükəsi ilə üz-üzə qaldı. 1992-ci ildə hakimiyyəti ələ keçirən AXC-Müsavat cütlüyünün yarıtmaz siyasəti xalqın səbr kasasını doldurmuşdu. Belə çətin vəziyyətdə xalq ayağa qalxaraq öz xilaskarını axtardı, zəngin dövlətçilik təcrübəsinə malik, Vətənini, torpağını canından artıq sevən, ən çətin anlarda xalqının yanında olan ümummilli lider Heydər Əliyevə üz tutdu. Ulu Öndərin xalqın təkidli tələbi ilə 9 iyun 1993-cü ildə Bakıya gəlişi bugünkü uğurlarımızın başlanğıcı oldu. Ümummilli Lider iyunun 15-də Azərbaycan Ali Sovetinin Sədri seçildi. 15 İyun tariximizə Mİlli Qurtuluş Günü kimi yazıldı.
Ulu Öndər Heydər Əliyevin gərgin səyləri nəticəsində 1994-cü il mayın 12-də Ermənistanla atəşkəs sazişinin imzalanması bütün sahələrdə uğurlara yol açdı. Həmin ilin sentyabrın 20-də tarixə "Əsrin müqaviləsi" kimi daxil olan neft sazişi imzalandı, Azərbaycanın hərtərəfli inkişafının, dünya iqtisadi sisteminə inteqrasiyasının əsası qoyuldu. Ümummilli Liderin iqtisadiyyatın inkişafında neft amilinə yüksək önəm verməsi uzaqgörən siyasətinin göstəricisidir.
Azərbaycan bu gün Ümummilli Liderin müəllifi olduğu neft strategiyasının uğurlarını yaşayır. Regional çərçivədə qurulan əməkdaşlıq əlaqələri artıq beynəlxalq miqyas alıb. Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin reallığa çevrilməsi Azərbaycanı regional inkişafın aparıcı qüvvəsinə, dünyanın enerji təhlükəsizliyinin təminatçısına çevirdi. Bunlarla yanaşı, regional əməkdaşlıq çərçivəsində Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi gerçəkləşdi. 2018-ci ildə Cənub Qaz Dəhlizinin rəsmi açılışı oldu, TANAP və 2020-ci il dekabr ayının 31-də TAP istifadəyə verildi. Bununla da Cənub Qaz Dəhlizi layihəsi  tam şəkildə başa çatdırıldı.
Daha sonra Azərbaycanda  demokratik təsisatların inkişafı istiqamətində mühüm addımlar atıldı. 1995-ci il 12 noyabrda Milli Konstitusiyamız qəbul olundu. Demokrtatiyanın vacib atributları olan insan hüquqlarının qorunması, azad mətbuatın formalaşması, çoxpartiyalı sistemin yaradılması, seçkilərin demokratik, beynəlxalq standartlara uyğun keçirilməsi üçün zəruri tədbirlər görüldü.
Ümummilli Lider  sülh danışıqlarını cəsarətlə aparmaq üçün  güclü, qüdrətli ordunun olmasını qarşıya mühüm vəzifə kimi qoydu və bu istiqamətdə mühüm addımlar atıldı. O zaman yaradılan möhkəm təməl Azərbaycan Ordusunun hazırda dünyanın ən güclü 50 ordusu sırasında qərarlaşmasına, 44 günlük Vətən müharibəsində tarix yazmasına yol açdı.
Ulu öndər Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısında xidmətlərindən bəhs edərkən hazırda sıralarında 800 mindən çox üzvü birləşdirən, milyonların partiyası kimi nüfuz qazanan Yeni Azərbaycan Partiyasının yaradılmasını xüsusi qeyd etməliyik. YAP-ın yaradılması da Azərbaycanın həyatında dönüş nöqtəsidir. Son 19 ildən artıq dövrdə YAP Heydər Əliyev siyasətinin müdrik davamçısı Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edir, yeni təşəbbüsləri, qəbul etdiyi qərarları ilə milyonların sevgisini və rəğbətini qazanır.
Milli Qurtuluşdan başlanan yol xalqımızı tarixi Zəfər  gününə qədər apardı. Bu Qələbə cənab İlham Əliyevin Prezidentliyinin 17 ilinin məhz torpaqlarımızın işğaldan azad edilməsi üçün hazırlıq işlərinə həsr olunduğunu təsdiqlədi. Azərbaycan daha da gücləndi, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün möhkəm hüquqi baza formalaşdı. 44 günlük Vətən Müharibəsi xalqımızın torpaq, yurd sevgisinin də dünyaya təqdimatı oldu. Bu gün Qarabağımız, Şuşamız azaddır. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev ata vəsiyyətini yerinə yetirdiyi üçün özünü xoşbəxt hiss edir.
Xalqımız üç ilə yaxındır ki, tarixi günləri, bayramları ikiqat bayram edir. Artıq torpaqlarımız işğaldan azad edilib, milli qürurumuz, kimliyimiz özümüzə qayıdıb, xalqımızın alnı açıq, üzü ağdır. İşğaldan azad edilmiş bütün torpaqlarımızda genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin və birinci Mehriban xanım Əliyevanın bu torpaqlara hər səfəri soydaşlarımızın Böyük Qayıdışını daha da yaxınlaşdırır.   

Vahid İsmayılov
Tarix üzrə fəlsəfə doktoru


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1174   Tarix: 07 iyun 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Azərbaycan və digər türk dövlətləri təhlükəsizlik məsələlərində ortaq hərəkət etməlidirlər - ŞƏRH

"Türk Dövlətləri Təşkilatının təhlükəsizlik məsələləri ən ciddi məsələlər sırasındadır. Türk dövlətləri olaraq ortaq təşkilatda birləşiriksə və daha irəli getmək istəyiriksə, təhlükəsizlik məsələlərinə də ciddi diqqət yetirməliyik. Ən əsası isə bu sahədə ortaq hərəkət etməliyik. Çünki ayrı-ayr

17 sentyabr
.

Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar videoçarx paylaşılıb. paylaşımı təqdim edir:

20 sentyabr
.

İlham Əliyevin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar paylaşım edilib. paylaşımı təqdim edir:

19 sentyabr
.

Prezident: "Birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə daha böyük rol oynasın"

"Biz birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə, beynəlxalq təhlükəsizlik, beynəlxalq ticarət, enerji təhlükəsizliyi və nəqliyyat bağlantıları ilə əlaqədar məsələlərdə daha böyük rol oynasın". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələri

17 sentyabr
.

Bu gün regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır

Sentyabr ayında Bakıda Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində növbəti tədbirlər keçirilib. Əvvəlcə paytaxtımız Türk Dövlətləri Təşkilatına üzv ölkələrin müsəlman dini idarə rəhbərlərinin VII görüşünə ev sahibliyi edib, Ağdam Cümə məscidində isə böyük şair, mütəfəkkir Seyid Yəhya Bakuviyə həsr olunmu

18 sentyabr
.

Azərbaycan Türk dünyasının önəmli ölkələrindən biridir - AÇIQLAMA

"Hazırda geosiyasi böhran o səviyyəyə çatıb ki, bütün dövlətlər və xalqlar müxtəlif təhdidlərlə üz-üzədir. Hər bir dövlət geosiyasi proseslərdən mümkün qədər az itki ilə çıxmaq üçün təhlükəsizlik məsələlərini prioritet hesab edir. Bu baxımdan dövlətlərin ittifaqlar yaratması tamamilə təbii prosesdi

18 sentyabr
.

İlham Əliyev: "Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib"

"Azərbaycan TDT-yə üzv ölkələrlə ikitərəfli formatda fəal əməkdaşlıq edir". AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib. "Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondlar

17 sentyabr
.

Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar. AZƏRTAC-a istinadən xəbər verir ki, tarixi Pir Ömər Sultan ziyarətgahı Şamaxı rayonunun Avaxıl kəndində yerləşir

17 sentyabr
.

"Əsrin müqaviləsi"nin imzalanmasının 32-ci ildönümüdür

"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il ötür. xatırladır ki, sentyabrın 20-si Azərbaycanda Xəzərin milli sektorunda yerləşən "Azəri-Çıraq-Dərinsulu Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü Sazişinin ("Əsrin müqaviləsi") ildönümü və neft-qa

20 sentyabr