Ermənistan parlamentinin sədri Alen Simonyan Böyük Britaniya İcmalar Palatasının sədri ilə görüşüb
Ermənistan parlamentinin sədri Alen Simonyan Böyük Britaniyaya səfəri çərçivəsində İcmalar Palatasının sədri Lindsi Hoyl ilə görüşüb.
Sonxeber.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.
Spiker Simonyan dəvətə və səmimi qəbula görə təşəkkür edib, Ermənistanın Böyük Britaniya ilə əlaqələrini davamlı əsaslara çatdırmağa və bu ölkə ilə çoxtərəfli münasibətləri inkişaf etdirməyə can atdığını və Böyük Britaniyadan da bunu gözlədiyini qeyd edib.
Bildirilib ki, üç onillik ərzində Ermənistan və Böyük Britaniya ümumi dəyərlərə və prinsiplərə əsaslanan ikitərəfli münasibətlərin perspektivli gündəliyini hazırlayıb. Tərəflər demokratik təsisatların gücləndirilməsi ilə bağlı məsələləri müzakirə ediblər.
Spiker Simonyan Ermənistan-Böyük Britaniya Hərtərəfli və Təkmilləşdirilmiş Sazişin tezliklə yekunlaşacağına və onun ən qısa zamanda imzalanacağına əminliyini ifadə edib.
"Ermənistan gənc parlamentli respublika kimi parlamentlərarası səmərəli əməkdaşlığa və parlamentarilər arasında tərəfdaşlığa böyük önəm verir. Son iki ildə parlamentlərimizin dostluq qruplarının qarşılıqlı səfərlərini və fəal tərəfdaşlığını qeyd etməkdən məmnunam", - deyə Simonyan bildirib və britaniyalı həmkarını Ermənistana səfərə dəvət edib.
Şəbnəm Lətifi
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bakıda maraqlı toy karvanı - Video
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb