Kikboksinq üzrə altı qat dünya çempionu: "Peşəkar idmançı hər zaman səbirli olur"

Kikboksinq üzrə altı qat dünya çempionu: "Peşəkar idmançı hər zaman səbirli olur"Bir çox valideynlər uşaqlarının idmanla məşğul olmasını arzu edirlər. Həm sağlamlıq baxımından, həm də gələcəkdə tanınmış idmançı kimi yetişməsi üçün. Lakin bu arzusu yarımçıq qalan valideynlər də var. Sumqayıtda, Tağıyev qəsəbəsində 19 saylı məktəbdə azyaşlının idman zalında məşqçi tərəfindən döyülərək öldürülməsi olayının ölkə gündəmini necə silkələdiyini hamımız gördük. Bu hadisədən sonra idman məşqçiləri ilə bağlı cəmiyyətdə sanki bir inamsızlıq yaranıb.

Bu cür hadisələrin ölkəmizdə idman sahəsinə təsiri ilə bağlı peşəkar kikboksinq üzrə 6 qat dünya çempionu, əməkdar idman ustası Pərviz Abdullayev "Kaspi" qəzetinə müsahibəsində danışıb.

Həmin müsahibəni təqdim edirik:

- Pərviz bəy, tanınmış idmançı olaraq Sumqayıtda yaşanan olay sizə necə təsir etdi?

- Döyüşdə, rinqdə insan içindəki vəhşiliyi üzə çıxarır. Amma döyüşdən sonra biz dostuq. 7 yaşlı uşağın videosuna baxdığım zaman o vəhşilik məndə də üzə çıxdı. Həmin adama bəlkə də hər şey edə bilərdim. Çünki bir uşaqla, tələbə ilə davranış qaydası bu deyil. Uşağa vurmaqla heç nə öyrətmək olmaz. Bu, sadəcə psixoloji problemdir.

- İdmanın adının bu cür məsələlərdə hallanması nə dərəcədə düzgündür?

- Bu hərəkətləri edənlər peşəkar idmançı deyillər. Peşəkar nəticələr qazanmış idmançılar nə vaxtsa dava ediblər? Küçədə kimisə döyüblər? Bu, mümkün deyil. Peşəkar idmançı hər zaman səbirlidir, öz gücünə bələddir. Cəmiyyət də bilir ki, nəticə qazanmış idmançı heç vaxt küçədə dava etmir, əksinə, üzr istəyir. Mən həmişə ehtiyat edirəm, küçədə biri söz deyəndə üzr istəyirəm. Bilirəm ki, vursam həm mənə, həm o şəxsə problem olacaq. Bu gücü Allah verib. O demək deyil ki, küçədə kimisə döyməlisən. Bunu edənlər sadəcə, özünü göstərmək, yaxud nəyisə sübut etmək istəyənlərdir. Səbir etmək lazımdır. 100 peşəkar idmançıdan maksimum 1-i psixoloji problemlidir.

- Sizcə, cəmiyyətin hörmətindən sui-istifadə edən idmançılar varmı?

- Azərbaycanda idman, idmançı həmişə çox yüksək qiymətləndirilib. Amma idmançılar bəzən onlara göstərilən bu qayğıdan sui-istifadə ediblər. Məsələn, yol polisləri deyir ki, kimi saxlayırsan dünya çempionudur. Bu, Azərbaycan dövlətinin idmana və idmançıya verdiyi qayğıdan sui-istifadədir. Azərbaycanda kimə daş atırsan, dünya çempionudur (gülür).

- Belə sui-istifadə halları ölkədə idmanın gələcəyinə necə təsir edə bilər?
- Bu hadisələr idmanın inkişafına təbii ki, mənfi təsir edir. Məlum hadisədən sonra bir çox valideynlərin idmana güvəni azaldı. Valideynlər düşünür ki, görəsən belə halı bizim uşaqlar da yaşaya bilərmi? Onsuz da cəmiyyətdə belə fikir formalaşıb ki, idmançıdırsa, vəhşidir, özünü idarə edə bilmir. Belə hallar bu tezisi daha da gücləndirir. İdmançı küçədə kimisə döydü, qaziyə yumruq atdı, piyadanı vurdu. Bu xəbərlər normal idmana, idmançıya aid olan fikirləri də dəyişir. Cəmiyyətdə idmançıya qarşı başqa münasibət yaranır. Çempionluq, idmanda yüksəlmək istəyirsənsə, təbii ki, qətiyyətli olmalısan. Rinqdə hücum etməsən döyüşü uda bilməzsən. Mən dalaşqanam. Amma küçədə yox (gülür). Hər idmançının xasiyyəti fərqlidir. Elə idmançı var müdafiədə döyüşür. Mənə görə ən yaxşı müdafiə hücumdur. Hərə idmana bir fikirlə gedir. Mən müdafiə üçün yox, idmançı, məşhur olmaq üçün getmişəm. Məni idmana şöhrət aparıb. Uşaqlar var, çox istedadlıdır. Amma meyli küçəyə, davayadır. O uşaq məhv olur. Fikirləşmir ki, istedad sadəcə işin 20 faizidir, qalanı əziyyətdir.

- Valideynlərə uşaqlarını idmana qoymaqla bağlı hansı məsləhətləri verə bilərsiniz?

- Valideynlər öncə araşdırsınlar. Uşaqlarını apardıqları zalda məşq keçənlər kimlərdir? Oradan hər hansı çempion, tanınmış idmançı çıxıbmı? Və ya zalda kamera var, ya yoxdur? Bunlarla maraqlanmaq lazımdır. 2-3 dəfə məşqi izləməli, müəllimin davranışına baxmalıdırlar. Özünü müdafiə etmək, sağlam həyat yaşamaq üçün olsa da həm məşqçi, həm zal araşdırılmalıdır. Yaxşı idmançıdır, dünya çempionudur deyib də uşağı qoymaq olmaz. Məşqçinin heç öz nəticəsinin olmasına ehtiyac yoxdur. Şəxsi nəticələrinə deyil, tələbələrinə baxmaq lazımdır. Çünki əgər o zaldan normal bir idmançı çıxıbsa, deməli, müəllim doğru işləyir.

- Deyirsiniz ki, müəllimin öz nəticələri önəmli deyil. Amma insanlar düşünür ki, idmançıdırsa, daha yaxşı məşqçidir.

- Yaxşı idmançı yaxşı məşqçi olacaq deyə bir qanun yoxdur. Məsələn, Joze Mourinyo vaxtilə tərcüməçi olub, amma hazırda dünyanın ən yaxşı məşqçilərindəndir. Çox yaxşı məşqçilərimiz var ki, onlar idman karyerasında o qədər uğur qazana bilməyiblər. Mən yaxşı məşqçi ola bilmərəm. Uşaqla yaxşı danışa bilərəm, motivasiya verərəm, çünki bu yolları keçmişəm. Amma yaxşı məşqçi olmağa, uşaqla işləməyə səbir lazımdır. İnsanın uşaqla davranışı, ötürdüyü enerji önəmlidir. Onun qayğısına qalmaq, məşğul olmaq başqa bir şeydir. Bu, xarakterdən irəli gəlir.

- Siz müəyyən müddətdir ki, qardaş Türkiyədə yaşayırsınız. Orada idmançılara münasibətdə hansı fərqlər var?

- Türkiyədə idman dedikdə futbol yada düşür. Kollektiv idmanlara - basketbol, voleybol, futbola daha çox maraq var. Dünya çempionu dediyin zaman sənə əlçatmaz bir insan kimi baxırlar. Dünya çempionluğunun əziyyəti burada başqa cür qiymətləndirilir. Türk cəmiyyətinin gözündə başqa bir pillədəsən. Amma Azərbaycanda dünya çempionu o qədər ucuzlaşdırılıb ki, bəzi insanlar eşidəndə "hə də, dünya çempionusan" deyir.


Sonxeber.az
Telegramda izləyin
İdman   Baxılıb: 1537   Tarix: 11 iyun 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Şimali Koreya Beynəlxalq Olimpiya Komitəsindən kənarlaşdırıldı

Beynəlxalq Olimpiya Komitəsi (BOK) Koreya Xalq Demokratik Respublikasının Olimpiya Komitəsini cəzalandırıb. Milli qurum Tokio Olimpiya Oyunlarında iştirak etmədiyinə görə, BOK-un sıralarından kənarlaşdırılıb. Bu barədə beynəlxalq təşkilatın rəhbəri Tomas Bax BOK-un icraiyyə komitəsinin iclasının yekunların

9 sentyabr 2021
.

Pele əməliyyat olundu - FOTO

Braziliyalı əfsanəvi futbolçu Pele əməliyyat olunub. Bu barədə o, özünün "Facebook" səhifəsində yazıb. Ötən həftə müayinə üçün San-Paulu xəstəxanasına gedən "futbol kralı"nın yoğun bağırsağında şiş aşkar olunub. Şənbə günü əməliyyat olunan məşhur hazırda özünü yaxşı hiss etdiyin

6 sentyabr 2021
.

"Neftçi" - "Qarabağ" matçının hakimləri məlum oldu

Azərbaycan Premyer Liqasında II turun digər iki matçı üçün bütün təyinatlar açıqlanıb. xəbər verir ki, ikinci oyun günündə keçiriləcək "Səbail" - "Sumqayıt" görüşü Vüqar Həsənliyə, "Neftçi" - "Qarabağ" qarşılaşması isə Rəşad Əhmədova tapşırılıb. 12 sentyabr. 18:00

11 sentyabr 2021
.

MDB Oyunları: Azərbaycan 22-ci medalını qazandı

Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında Azərbaycanın aktivinə daha bir medal yazılıb. verir ki. kəmər güləşində 66 kq çəki dərəcəsində çıxış edən Sənubər Nəbiyeva bürünc medala sahib olub. Bununla da Azərbaycanın I MDB Oyunlarında əldə etdiyi medalların sayı 22-yə yüksəlib. Medallarda

5 sentyabr 2021
.

Azərbaycan idmançısı ermənini nokauta belə saldı - VİDEO

I MDB Oyunlarında tayboks idman növündə mübarizə başlayıb. xəbər verir ki, 63.5 kq çəki dərəcəsində yer alan Azərbaycan təmsilçisi Mahir Əsədzadə ilk görüşdə erməni rəqibindən üstün olub. Ermənistandan olan Alen İsraelyana güclü zərbələr endirən Əsədzadə qələbəni 2 dəqiqə 36 saniyəyə təmin edib

6 sentyabr 2021
.

Yerkökü yeyərkən çənəsini sındırdı - FOTO

Niderlandın "Herenven" klubunun futbolçusu Rami Kaib kuryoz hadisə yaşayıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, isveçli müdafiəçi yerkökü yeyərkən çənəsini sındırıb. Bu barədə "Herenven" klubunun rəsmisi yerli mətbuata açıqlamasında deyib. Kaib bir müddət əvvəl çənəsində

13 sentyabr 2021
.

Paralimpiya bayrağı Parisə ötürüldü

Bu gün "Tokio-2020" Paralimpiya Oyunlarının bağlanış mərasimi keçirilib. Ümumilikdə idmanın 22 növündə 539 mükafat komplekti qazanılıb. İlk yeri 96 qızıl, 60 gümüş və 51 bürünc medal alan Çin idmançıları tutublar. xəbər verir ki, ikinci yerdə Böyük Britaniya, üçüncü pillədə ABŞ, dördüncüd

5 sentyabr 2021
.

Şəhriyar Məmmədyarov Kasparova qalib gəldi - FOTO

Şahmat üzrə "Champions Showdown: Chess 9LX" turnirinə start verilib. -ın xəbərinə görə, 10 şahmatçının yarışdığı turnirdə Azərbaycanı Şəhriyar Məmmədyarov təmsil edir. Artıq ilk üç turun görüşü keçirilib. Şəhriyar Məmmədyarov I turda Hikaru Nakamuraya (ABŞ) qalib gəlib. O, II turda Maksim Vaşye-Laqrav

9 sentyabr 2021
.

Messi het-trik edərək Pelenin rekordunu qırdı - VİDEO

Argentina yığmasının hücumçusu Lionel Messi 2022-ci il dünya çempionatının seçmə mərhələsində Boliviya ilə oyunda het-trik edib və əfsanəvi braziliyalı futbolçu Pelenin rekordunu qırıb. Bununla da 34 yaşlı futbolçu Cənubi Amerika milliləri arasında öz komandasında ən çox qol vuran futbolçu olub. Hazırd

10 sentyabr 2021