Pensiya alan qadınlara pis xəbər – İyul ayından etibarən…

Pensiya alan qadınlara pis xəbər – İyul ayından etibarən…Son günlər ictimaiyyətdə müzakirə olunan məsələlərdən biri də qadınların bu il pensiya yaşının artırılması ilə bağlıdır. Belə ki, 2025-ci ildə Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 olacaq.

Sirr deyil ki, son zamanlar ölüm yaşı gəncləşib, əksəriyyət pensiya yaşı həddinə çatmır. Sual yaranır: "Əgər ölüm yaşı azalırsa, o zaman pensiya yaşı nəyə əsasən tənzimlənir?"

Sonxeber.az xəbər verir ki, Globalinfo.az-a danışan iqtisadçı Xalid Kərimli deyib ki, hazırda kişilərin pensiya yaşı 65-dir, qadınlarda da 2027-ci ilə qədər bu hədd 65-ə çatacaq.

O, qanunla qadınların pensiya yaşının 6 ay artırıldığını qeyd edib:

"Kişilərdə bu proses daha sürətli getdi, qadınlarda isə 60-dan 65-ə artırıldığına görə gec gedir. Artım kişilərdə 2021-ci ildə yekunlaşıb, qadınlarda 2027-ci ildə yekunlaşacaq. Bu, "Əmək pensiyaları haqqında" Qanuna uyğun həyata keçirilir. Artıq qanun 7-8 il bundan öncə Milli Məclisdə qəbul edilib. Sadəcə, ardıcıllıq belə planlaşdırılıb və 2027-ci ildə bitəcək".

İqtisadçı deyib ki, son illərin statistikası əvvəlki illərlə müqayisədə ömür müddətinin artdığını göstərir:

"Biz bunu rəsmi statistikaya əsasən deməliyik. Digər tərəfdən qadınların ömrü kişilərdən haradasa 2 il çox olur. Kişilərin 65, qadınların isə daha tez pensiyaya çıxmasına gender problemi kimi baxıla bilər. Nəzəri olaraq kişilərlə qadınların eyni vaxtda pensiyaya çıxması yaxşıdır. Lakin məsələyə ümumi yanaşdıqda, pensiya yaş həddi Azərbaycan üçün çoxdur. 2017-ci ildə qəbul edilmiş qanun tamamilə yanlışdır. Burada ciddi sürətdə anti-humanist addım atılıb. Dediyim kimi, qadınlar kişilərdən çox yaşayır. Bunun orta yaş həddi haradasa 74 yaş həddindədir. 65 yaşda pensiyaya çıxanda orta ömür müddəti 74 olursa, bu o deməkdir ki, hökumət nəzəri olaraq vətəndaşa 9 il pensiya vermiş olur. Bunu da ona görə belə ediblər ki, daha az adama pensiya verilsin. Çünki pensioner dövlət üçün əlavə sosial yükdür".

Xalid Kərimli Azərbaycanla Avropanı müqayisə edib:

"Avropada da 65 yaşdan pensiyaya çıxılır. Amma orada insanların ömür müddəti 83-84 ildir. Avropada ömür müddətinin 80 ildən aşağı olan ölkəsi yoxdur. Ona görə də bizdə həm kişilərin, həm də qadınların pensiya yaş həddinin 65-ə qaldırılması yanlış idi. Lakin kişi və qadınların eyni yaşda pensiyaya çıxması tamamilə doğrudur. Bu, fərqli ola bilməz. Hətta fərqli olacaqsa, kişilərin xeyrinə olmalıdır. Çünki bəylərin gözlənilən ömür müddəti daha aşağıdır".

Qeyd edək ki, "Əmək pensiyaları haqqında" Qanunun 7-ci maddəsinə əsasən, azı 25 il sığorta stajı olan qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qadınların pensiya yaşı sonuncu dəfə 2024-cü ilin iyul ayının 1-dən 6 ay artırılaraq 64 edilib. 64 yaş müddəti 2025-ci il iyunun 30-da başa çatacaq. 2025-ci il iyulun 1-dən isə əmək pensiyası hüququ olan qadınların yaşı 64 il 6 aya qalxacaq. Beləliklə də, 1 iyul 2026-cı il tarixindən etibarən Azərbaycanda kişilərlə qadınların pensiya yaşı 65 olacaq.

Xatırladaq ki, Azərbaycanda azı 25 il sığorta stajı olan kişilərin pensiya yaşı 2021-ci il iyulun 1-dən 65 edilib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3603   Tarix: 09 yanvar 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Hamamda işləyən şəxs özünü başçının adamı kimi təqdim etdi - Həbs olundu

Bakıda tikintiyə icazə alacağına söz verərək vətəndaşdan 50 min manat alan şəxsə hökm oxunub. Qaynarinfo-nun məlumatına görə, 1993-cü il təvəllüdlü Bakı sakini R.Y. Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib. O, paytaxtda fəaliyyət göstərən "Padişah" hamamında ofisiant işləyib

2 noyabr
.

BMU-nun tələbəsi vəfat etdi

Bakı Mühəndislik Universitetinin tələbəsi vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə universitet məlumat yayıb. Bildirilib ki, BMU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin "Beynəlxalq ticarət və logistika" ixtisasının 1-ci kurs tələbəsi Ümid Bayramlı vəfat edib. Onun hans

4 noyabr
.

Qonşuya kömək edərkən faciəvi şəkildə öldü

Ucarda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən saat 14 radələrində rayonun Qulabənd kəndində qeydə alınıb. Belə ki, 1988-ci il təvəllüdlü Xankişiyev Elvin Muxtar oğlu qonşusunun evinin həyətyanı sahəsində salınmış xurma bağında sonuncuya kömə

4 noyabr
.

Palma yağı süfrələrimizi zəbt edir: İdxal niyə ildən-ilə artır? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Qida sənayesində palma yağından istifadənin getdikcə genişlənməsi istehlakçıların sağlamlığı və ərzaq məhsullarının keyfiyyəti ilə bağlı ciddi suallar yaradır. Marketlərdə satılan şirniyyat, şokolad, süd məhsulları və digər gündəlik istehlak mallarının tərkibində palma yağına daha çox rast gəlinir. Dövlə

3 noyabr
.

İrana nüvə bombası atılarsa...- Nazir müavinindən xəbərdarlıq

İran əleyhinə nüvə silahından istifadə etməyə dair rəsmi mövqe olduğu halda onun mənfi nəticələri regionla məhdudlaşmayacaq. İran Xarici İşlər Nazirliyinin məlumatına görə, bunu İran xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini Kazım Qəribabadi çərşənbə axşamı (3 noyabr) Tehrand

3 noyabr
.

Bakıda avtomobil gözəllik salonuna girdi

Bu gün səhər saatlarında paytaxtın Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, Hüseynbala Əliyev küçəsində - metronun "Memar Əcəmi" stansiyasının yaxınlığında 2 avtomobil toqquşub. Nəticədə, idarəetmədən çıxan "Toyota Aqua" markalı avtomobi

2 noyabr
.

Əhalinin gəlirləri 4 ildə bu qədər - Artacaq

Əhalinin növbəti ildə gəlirlərinin artım tempi 3.5 faiz artacaq. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanu

4 noyabr
.

Leylan Nəsirova vəzifəsindən azad olundu - Yeni təyinat

Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktoru Leylan Nəsirova vəzifəsindən azad olunub. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb. Leylan Nəsirova digər əmrlə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə təyin olunub. Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktor

3 noyabr
.

Şagirdlərin dərs yükü həddindən artıq ağırdır - Uşaqların istirahət hüququ pozulur? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Məktəblilərin gündəlik dərs yükünün həddindən artıq ağır olması uşaqların normal istirahətinə və asudə vaxtına ciddi təsir göstərir. Şagirdlər günün böyük hissəsini məktəbdə keçirir, evə qayıtdıqdan sonra isə çoxsaylı ev tapşırıqlarını yerinə yetirməli olurlar. Bəzi hallarda uşaqlar dərslərini tamamlama

3 noyabr