"Şuşa şəhərində iki qardaş dövlətin ay-ulduzlu bayraqlarının birgə dalğalanması birliyimizi nümayiş etdirir" - Deputat

"Şuşa şəhərində iki qardaş dövlətin ay-ulduzlu bayraqlarının birgə dalğalanması birliyimizi nümayiş etdirir" - Deputat"Azərbaycan və türk xalqlarının dostluğu və qardaşlığı tarixin sınaqlarından keçərək bu gün ən yüksək səviyyəyə çatmışdır. Çanaqqala savaşında yüzlərlə azərbaycanlı türk qardaşları ilə çiyin-çiyinə vuruşaraq şəhid olmuşdular. Türk zabit və əsgərləri 1918-ci ildə Bakının və digər ərazilərimizin erməni işğalından azad edilməsində böyük qəhrəmanlıq göstərib və şəhid olublar".

Bu sözləri Milli Məclisin deputatı Kamilə Əliyeva Sonxeber.az- a deyib.

O qeyd edib ki, Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə arasında bütün sahələrdə münasibətlərin davamlı inkişafına xidmət edəcək. Bəyannamədə Azərbaycan və Türkiyə arasında beynəlxalq aləmdə iqtisadi, siyasi, ordu quruculuğu, təhsil, ticarət sahələrində birgə əməkdaşlıq nəzərdə tutulur:

"Tarix boyu Azərbaycan və türk xalqları hər zaman çətin və şad günlərində də bir birinə arxa-dayaq olub. Türkiyə Cümhuriyyəti 1991- ci ildə müstəqilliyini bərpa edən Azərbaycan dövlətinə öz dəstəyini, köməyini əsirgəmədi. Türkiyə bir dövlət olaraq bütün beynəlxalq təşkilatları Azərbaycan torpaqlarını işğal etmiş Ermənistanı işğalçı dövlət kimi tanımağa çağırdı. Vətən müharibəsində Türkiyə bütün dünyaya Azərbaycanın yanında olduğunu bəyan etdi. Bütün bu dostluğun, qardaşlığın ən yüksək zirvəsi olaraq 2021-ci il iyunun 15-də Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada iki dövlət arasında "Müttəfiqlik haqqında" Şuşa Bəyannaməsi imzalandı. Bəyannamənin imzalanması bütün dünyaya Azərbaycan və Türkiyənin dost və qardaş dövlət olması barədə bir mesaj idi. Şuşa şəhərində iki qardaş dövlətin ay-ulduzlu bayraqlarının birgə dalğalanması birliyimizi nümayiş etdirir. Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə arasında bütün sahələrdə münasibətlərin davamlı inkişafına xidmət edəcək. Bəyannamədə Azərbaycan və Türkiyə arasında beynəlxalq aləmdə iqtisadi, siyasi, ordu quruculuğu, təhsil, ticarət sahələrində birgə əməkdaşlıq nəzərdə tutulur.
Şuşa Bəyannaməsi regionda sülhə də böyük yol açır, Qarabağda yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının inteqrasiyası üçün əlavə imkanlar yaradır. Bəyannamə Qarabağ və Şərqi Zəngəzur üçün iqtisadi münasibətlərin qurulmasına böyük dəstək olacaq. Şuşa şəhəri də daxil olmaqla ətraf kənd və qəsəbələrdə turizmin inkişafı üçün geniş imkanlar yaranacaq. Bəyannamədə nəzərdə tutulan hərbi əməkdaşlıq və digər iqtisadi layihələrin həyata keçirilməsi nəticəsində beynəlxalq aləmdə Azərbaycanın nüfuzu artacaq.
Azərbaycan və türk xalqlarının qardaş və dost kimi sıx tellərlə bir-birinə bağlanmasında xalqlarımızın böyük liderləri Mustafa Kamal Atatürk və ulu öndər Heydər Əliyevin böyük xidmətləri olmuşdur. XX əsrin əvvəllərində Atatürkün "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir", əsrin sonlarında Heydər Əliyevin "Azərbaycan və Türkiyə bir millət iki dövlətdir" kəlamları xalqlarımızın bir-birinə ürəkdən necə bağlı olduğunun sübutudur.
Bu gün işğaldan azad edilmiş torpaqlarımızda böyük quruculuq işləri aparılır. Vətən müharibəsində olduği kimi quruculuq işlərində də Azərbaycan Türkiyə ilə sıx əməkdaşlıq edir. Şəhər və kəndlərimizin yenidən qurulması və bərpasında çox saylı türk şirkətləri fəaliyyət göstərir.
Bütün dünyanın da qəbul etdiyi Zəngəzur dəhlizinin ölkəmiz üçün böyük geosiyasi və iqtisadi əhəmiyyəti vardır. Zəngəzur dəhlizi Şərqdən Qərbə bütün ölkələrin də istifadə edə biləcəyi iqtisadi bir dəhlizdir. Artıq reallığa çevrilən Zəngəzur dəhlizi Azərbaycanla Türkiyəni dəmir yolu və avtomobil yolu ilə birləşdirəcək. Şuşa Bəyannaməsi həm Azərbaycan, həm də Türkiyənin gələcəkdə daha güclü bə qüdrətli dövlətlərə çevrilməsinə böyük təkan verəcək.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Türkiyə Cümhuriyyətinin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın şəxsi dostluq və qardaşlıq münasibətləri Azərbaycan və Türkiyə dövlətləri ilə yanaşı bütün Türkdilli dövlətlərin də birləşməsinə, eləcə də sıx siyasi, iqtisadi əlaqələrin ən yüksək səviyyəyə çatmasına böyük təkan verir".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 999   Tarix: 12 iyun 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan və digər türk dövlətləri təhlükəsizlik məsələlərində ortaq hərəkət etməlidirlər - ŞƏRH

"Türk Dövlətləri Təşkilatının təhlükəsizlik məsələləri ən ciddi məsələlər sırasındadır. Türk dövlətləri olaraq ortaq təşkilatda birləşiriksə və daha irəli getmək istəyiriksə, təhlükəsizlik məsələlərinə də ciddi diqqət yetirməliyik. Ən əsası isə bu sahədə ortaq hərəkət etməliyik. Çünki ayrı-ayr

17 sentyabr
.

Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar videoçarx paylaşılıb. paylaşımı təqdim edir:

20 sentyabr
.

İlham Əliyevin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar paylaşım edilib. paylaşımı təqdim edir:

19 sentyabr
.

Prezident: "Birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə daha böyük rol oynasın"

"Biz birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə, beynəlxalq təhlükəsizlik, beynəlxalq ticarət, enerji təhlükəsizliyi və nəqliyyat bağlantıları ilə əlaqədar məsələlərdə daha böyük rol oynasın". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələri

17 sentyabr
.

Bu gün regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır

Sentyabr ayında Bakıda Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində növbəti tədbirlər keçirilib. Əvvəlcə paytaxtımız Türk Dövlətləri Təşkilatına üzv ölkələrin müsəlman dini idarə rəhbərlərinin VII görüşünə ev sahibliyi edib, Ağdam Cümə məscidində isə böyük şair, mütəfəkkir Seyid Yəhya Bakuviyə həsr olunmu

18 sentyabr
.

Azərbaycan Türk dünyasının önəmli ölkələrindən biridir - AÇIQLAMA

"Hazırda geosiyasi böhran o səviyyəyə çatıb ki, bütün dövlətlər və xalqlar müxtəlif təhdidlərlə üz-üzədir. Hər bir dövlət geosiyasi proseslərdən mümkün qədər az itki ilə çıxmaq üçün təhlükəsizlik məsələlərini prioritet hesab edir. Bu baxımdan dövlətlərin ittifaqlar yaratması tamamilə təbii prosesdi

18 sentyabr
.

İlham Əliyev: "Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib"

"Azərbaycan TDT-yə üzv ölkələrlə ikitərəfli formatda fəal əməkdaşlıq edir". AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib. "Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondlar

17 sentyabr
.

Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar. AZƏRTAC-a istinadən xəbər verir ki, tarixi Pir Ömər Sultan ziyarətgahı Şamaxı rayonunun Avaxıl kəndində yerləşir

17 sentyabr
.

"Əsrin müqaviləsi"nin imzalanmasının 32-ci ildönümüdür

"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il ötür. xatırladır ki, sentyabrın 20-si Azərbaycanda Xəzərin milli sektorunda yerləşən "Azəri-Çıraq-Dərinsulu Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü Sazişinin ("Əsrin müqaviləsi") ildönümü və neft-qa

20 sentyabr