"Titan" sərnişinlərinin son saatları: İçilməyən qəhvə, kantri musiqisi, isti corab və papaq... - FOTO

"Titan" sərnişinlərinin son saatları: İçilməyən qəhvə, kantri musiqisi, isti corab və papaq... - FOTO"The New York Times" qəzeti "Titan" sualtı aparatının "Titanik"in dağıntıları üzərinə enməsi üçün hazırlıqların necə aparıldığını və sərnişinlərinin həyatının son saatlarını təsvir edib. Nəşr enişi təşkil edən "OceanGate Expeditions"ın reklam materiallarını araşdırıb, həmçinin batiskaf faciəsi nəticəsində ərini və oğlunu itirmiş Kristin Davudla (bundan əvvəlki dalma zamanı dalğıc olub) danışıb.

"OceanGate" şirkəti isə "The New York Times"ın müsahibə tələblərini rədd edib.

Aparatın son enişi iyunun 18-də baş tutub. İştirakçılar əvvəlcədən gəldikləri "Polar Prince" gəmisində ekspedisiyaya hazırlaşıblar. Komanda gündə iki dəfə ümumi yığıncaq keçirib və orada digər məsələlərlə yanaşı, təhlükəsizlik və eniş üçün hazırlıqlar müzakirə edilib. Bəzən bu görüşlərdə "Titanik" filmi nümayiş etdirilib.

Nəşrin məlumatına görə, "OceanGate"in məqsədi dalma üçün pul ödəmiş sərnişinlərin missiyanın passiv iştirakçıları olmadıqlarına əmin olmaq olub: şirkət onlara "turist" və ya "müştəri" deyil, "missiya mütəxəssisləri" kimi müraciətdə israr edib.

"Titan" üçün bilet 250 000 dollar olub, amma razılaşma yolu ilə azaldıla biləcəyi də qeyd edilib.

Eniş günü, iyunun 18-də "Titan" sərnişinləri səhər saat beşdə göyərtədə toplaşıblar. Bu zaman "OceanGate" komandası batiskafın dalmadan əvvəlki son hazırlıqlarını tamamlayıb.

"Onların bütün hərəkətləri nizamlı görünürdü, aydın idi ki, onlar bunu dəfələrlə ediblər", - deyə Kristin Davud xatırlayır.
"Titan" sərnişinlərinin son saatları: İçilməyən qəhvə, kantri musiqisi, isti corab və papaq... - FOTONYT-nin yazdığına görə, göyərtəyə toplaşanlar dalma planını bir daha müzakirə ediblər: bunun 12 saat çəkməli olduğu güman edilirdi, bunun dörd saatı "Titanik"in qalıqlarının araşdırılmasına ayrılmışdı.

"Titan" pilotu və "OceanGate" şirkətinin baş direktoru Stokton Raş suya dalmadan əvvəl "şlaksız" pəhrizə riayət etməyi və səhərlər qəhvə içməməyi (ayaqyolu məsələsində məhdud imkan səbəbindən) tövsiyə edib.

O, həmçinin, isti corab və papaq geyinməyi, ayaqları islatmamağı, suya dalma zamanı pəncərələrdən heç nəyə baxmamağı məsləhət görüb - onsuz da aparatın işıqlandırması "Titanik"in qalıqlarına baxış zamanı lazım olacaq enerjiyə qənaət üçün söndürülmüş olacaqdı.
Raş sərnişinlərə göyərtədə dinləmək üçün sevimli mahnılarını telefonlarına yükləməyi də təklif edib, amma kantri musiqi seçməkdən çəkinmələrini istəyib.
"Titan" sərnişinlərinin son saatları: İçilməyən qəhvə, kantri musiqisi, isti corab və papaq... - FOTODalma iştirakçılarına səhər saat 7:30-da sualtı qayığa minməyə hazır olmaları bildirilib. Sərnişinlər suyadavamlı şalvar və gödəkçələr, həmçinin polad burunlu çəkmələr, xilasedici jiletlər və dəbilqələr geyiniblər. Bundan sonra onların hər birinin çəkisi ölçülüb və "Titan"a minmələrinə yardım edilib.

Qəzetin məlumatına görə, aparat daxildən oturacaqları olmayan yolsuzluq avtomobilinə bənzəyib. Döşəmədə rezin döşək, tavanda tutmaq üçün iki tutacaq olub. Sonra lük aşağı salınıb, boltlar əlavə olaraq bərkidilib və aparat dalmağa başlayıb.
"Titan" sərnişinlərinin son saatları: İçilməyən qəhvə, kantri musiqisi, isti corab və papaq... - FOTOİyunun 18-də eniş başlayandan təxminən 1 saat 45 dəqiqə sonra "Titan" "Polar Prince"lə əlaqəni kəsib. Onun qalıqları dörd gün sonra, 1912-ci ildə batan "Titanik" gəmisindən 488 metr aralıda "Pelagic Research" şirkətinin robotlaşdırılmış dərin dəniz zondunun köməyi ilə aşkar edilib. "Titan"ın bütün sərnişinləri - pakistanlı iş adamı Şahzadə Davud və onun 19 yaşlı oğlu Süleyman, britaniyalı iş adamı Hemiş Hardinq, fransız okeanoloq Pol-Henri Narjole və Stokton Raş - həlak olublar.
"Titan" sərnişinlərinin son saatları: İçilməyən qəhvə, kantri musiqisi, isti corab və papaq... - FOTOİyunun 23-də ABŞ Sahil Mühafizəsi bildirib ki, tapılan dağıntılara əsasən, gəmidə imploziya - yəni içəriyə doğru partlayış baş verə bilərdi.

Xatırladaq ki, bundan əvvəl "OceanGate" şirkətinin sahibi Stokton Raş ilə "Titanik"də həlak olan iki sərnişin arasında qohumluq əlaqələri üzə çıxmışdı.
"Titan" sərnişinlərinin son saatları: İçilməyən qəhvə, kantri musiqisi, isti corab və papaq... - FOTO"Titan" sərnişinlərinin son saatları: İçilməyən qəhvə, kantri musiqisi, isti corab və papaq... - FOTO


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1738   Tarix: 03 iyul 2023  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Niyə evdə qızılgül saxlaya bilməzsiniz? Bu, yalnız əlamətlərlə bağlı deyil

Az adam düşünür ki, qızılgül gözəlliyinə baxmayaraq, narahatlıq yarada bilər və hətta sağlamlığa təsir edə bilər. sizə niyə bəzən evinizdə qızılgül saxlamamaq daha yaxşıdır, onların rahatlıq və sağlamlıq üçün hansı problemlər yarada biləcəyini təqdim edir. 1. Qızılgüllər həşəratları cəlb edir. Midges

5 yanvar
.

Roma Papası rahibələri "üz turşutduqlarına" görə tənqid etdi

Roma Papası Fransisk "Siena Müqəddəs Yekaterina" Missionerlik İttifaqından olan rahibələr qrupunu üzlərini turşutduqlarına görə tənqid edib və daha mehriban olmağa çağırıb. -ın verdiyi məlumat görə, bu barədə "The Times" qəzeti məlumat verib. Papa Dominikan bacılar qrupuna rahibələri

6 yanvar
.

Qəhvənin günün hansı vaxtında xərçəngin qarşısını aldığı öyrənilib

"Qəhvəni səhər içən insanlar ürək-damar xəstəlikləri və xərçəngdən daha az əziyyət çəkirlər". -ın verdiyi məlumata görə, bu, "European Heart Journal"da dərc edilmiş məlumatlarda öz əksini tapıb. Bildirilib ki, alimlər ilk dəfə qəhvənin qəbul edilmə vaxtının sağlamlığa təsirini öyrəniblər

9 yanvar
.

Roma İmperiyasının süqutunun gözlənilməz səbəbi: Avropadakı insanlar qəfildən axmaqlaşıblar

Roma İmperiyasının süqutunun heyrətamiz səbəbi açıqlanıb. Məlum olub ki, buna səbəb Avropadakı insanların qəfildən axmaqlaşması olub. -ın verdiyi məlumata görə, bu barədə "Proceedings of the National Academy of Sciences" jurnalında dərc edilmiş tədqiqatda qeyd edilib. Bildirilir ki, Qədim Romad

8 yanvar
.

Lukaşenko sevimli ətirinin adını AÇIQLADI

Belarus prezidenti Aleksandr Lukaşenko jurnalistlərə hansı ətirə üstünlük verdiyini açıqlayıb. -ın xarici mətbuata istinadla məlumatına görə, Lukaşenko 30 ildir ki, "Eternity" ətrinə üstünlük verdiyini bildirib. O, bu məlumatı siyasətçinin ətirinə diqqət çəkən jurnalistin sözlərinə cavab olara

7 yanvar
.

Məşhur aktrisa filmin çəkilişi zamanı niyə 16 stəkan süd içdiyini açıqladı

Baş rollarda Nikola Kidman və Harris Dikinsonun oynadığı "Babygirl" filmi cəsarətli səhnələri ilə gündəm olub. xarici mediaya istinadən xəbər verir ki, Kidman filmin çəkiliş prosesi ilə bağlı müsahibə verib. O filmin bəzi səhnələri çəkilən zaman 16 stəkan süd içdiyini etiraf edib. Bu açıqlam

8 yanvar
.

Niyə sərçələr yerimir, tullanır?

Ən çox yayılmış versiyaya görə, bu quşlar kəndli tarlalarından yetişmiş taxıl oğurlamağı sevdikləri üçün adını alıblar. Hündür mərtəbəli binaların həyətlərində və meydanlarda və parklarda kolluqlarda iki növ ötkən quşdan biri - ev sərçəsi yaşayır. xarici mediaya istinadla bildirir ki, bu kiçik quşlar

8 yanvar
.

Ən böyük dəniz kərtənkələsinin qalıqları tapıldı

Bir qrup alim Uruqvayın şimal-şərqindəki Laqerştettdə elmə məlum olan ən böyük mezozavrın - 250 milyon ildən çox müddət əvvəl yaşamış qədim dəniz kərtənkələsinin qalıqlarını aşkar ediblər. -ın xəbərinə görə, tapıntı barədə məlumat "Fossil Studies" jurnalında dərc edilib. Məlumata görə, fosillər

7 yanvar
.

Bu kəndin sakinlərinə xəstələnmək və evlərindən tez-tez çıxmaq qadağan edildi

Belkastro kəndinin meri "hər hansı bir xəstəlikdən yayınmaq" əmri verən fərman imzalayıb. İtaliyanın Belkastro kəndinin (İtaliya, Kalabriya) meri Antonio Torkia "təcili tibbi yardım tələb edən hər hansı bir xəstəliyə yoluxmamaq üçün" fərman verib. -ın xarici mətbuata istinadla xəbərin

9 yanvar