Həkim Fuad Nəzərovun sünnət zamanı cinsi orqanını zədələdiyi uşağın atası danışdı

Həkim Fuad Nəzərovun sünnət zamanı cinsi orqanını zədələdiyi uşağın atası danışdıHəkim Fuad Nəzərov 8 yaşlı Mirməhəmməd Seyidlini sünnət əməliyyatı edərkən cinsiyyət oqanını zədələyib.

O, uşağı başqa həkimlərə yönləndirsə də, problemi həll etmək mümkün olmayıb.

Bu barədə Sonxeber.az-a danışan ata Çingiz Seyidli bildirib ki, Fuad həkim dərini artıq kəsib və kanalını yandırıb. Mirməhəmməd hər dəfə sidiyə gedəndə əziyyət çəkib. Fuad həkim öz səhvini düzəltmək üçün onu başqa həkimlərə yönləndirib. Rafael Soltanov həkim olaraq əlindən gələni edib. Sidiyə getmə zamanı qanaxmanın qarşısı alınsa da, Fuad həkimin səhvini düzətmək mümkün olmayıb. Fuad Nəzərov uşağın cinsiyyət orqanını yandırdığına görə Rafael həkimin uşağın dodağından kəsib cinsi orqana tikdiyi dəri tam tutmayıb:

"Keçən il sentyabrın 20-də övladım Mirməhəmmədi sünnət etdirmək üçün M.Ə.Əfəndiyev adına 2 saylı Şəhər Klinik Xəstəxanasına apardım. Orada Fuad Nəzərov adlı cərrah var idi. O dedi ki, 2 saylı Şəhər Klinik Xəstəxanasında antisanitar şərait olduğuna görə uşağı özəl MedAura klinikasında əməliyyat edək. Dövlət xəstəxanasında əməliyyat 200-250 manat olsa da, antisanitar vəziyyət var, özəldə bir az baha olsa da, təmizdir. MedAura klinikasında 750 manat ödəniş etdim. Uşağa narkoz verdilər, əməliyyata saldılar. 2 saata yaxın əməliyyatda qaldı. Səhərisi evə gəldik. Həkim kremlər yazmışdı ki, bunları çəksəz, yara keçəcək. 3 gün sonra gördüm ki, uşaq qan içindədir. Sidiyə gedəndə uşaqdan qan gəlirdi. Fuad həkimə bu barədə məlumat verdim. O qeyd etdi ki, narahat olmayım keçib gedəcək. Sarğı qoyduğu yerə baxanda gördüm ki, uşağın cinsi orqanını düzgün kəsməyib, tamamilə zədələyib. Dərini artıq kəsib və kanalını yandırıb. Uşaq sidiyə normal şəkildə yox, aşağıdan gedir. Dəfələrlə Fuad həkimin yanında oldum. Bildirdi ki, narahat olma həll yolunu tapacam. Məni Leyla Şıxlinskaya adına Klinikada Gündüz Ağayev adlı həkimə yönləndirdi. Gündüz həkim uşağı müayinə etdi və dedi ki , toxumaların bərkiməsi üçün 8 ay gözləmək lazımdır. 8 ay sonra yenə Gündüz Ağayevin yanına getdim. Uşağa baxıb dedi ki, mən bunu əməliyyat edə bilmərəm. Bildirdim ki, axı mənə demişdiz 8 ay sonra əməliyyat edəcəm. Gündüz həkim dedi ki, M. Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxanda Rafael Soltanov adlı həkim var. Səni tapşıracam ki, o əməliyyat etsin. Ora getdim, uşaqdan analiz götürdülər və dedilər ki, aparatlar işləmir. Yenə qayıtdım Fuad və Gündüz həkimin yanına. Fuad həkimlə mübahisə etdim. Onlar yenə Rafaeı həkimlə əlaqə saxladılar. Rafael həkim məni məcburən qəbul etdi. İyulun 14-ü əməliyyata götürdülər. Uşaq 4 saat 40 dəqiqə əməliyyatda qaldı. Alt dodağından ət götürüb cinsiyyət orqanına tikdilər. 5 gün xəstəxanada qaldı. 6-cı gün dedilər ki, Qurban bayramı ilə əlaqədar həkim burada olmayacaq, uşağı çıxara bilərsən. Mirməhəmmədə silikon kateter qoyulmuşdu. Uşaq yenə sidiyə gedəndə qan gəlirdi. Yenə Rafael həkimə məlumat verdim. Həkim müayinəyə çağırdı. Güvən klinikasına apardım və Rafael həkim dedi ki, düzələcək, hələ təzə əməliyyat olub. Evə gələndən bir gün sonra kateter yerə düşdü. Gördüm uşaq yenə qan içindədir. Həqiqətən də kateter düşəndən sonra qanaxma dayandı. Amma gördüm ki, tikişlər yenə də tutmayıb. Rafael həkim əvvəlcədən bildirmişdi ki, usağın cinsi orqanı yandırıldığına görə qoyduğu dərinin bir tərəfi tuta bilər, digər tərəfi tutmaya bilər. Uşaq yenə həmin vəziyyətdədir. Dəri tutmayıb və zədəli vəziyyətdədir. Sidiyə gedəndə isə yayılır. Rafael həkim bildirdi kiç 3 ay gözləməyə məcburdur . Çünki Mirməhəmmədə yenə narkoz verə bilməz.
Mənim şikayətim Fuad Nəzərovdandır. Çünki ilk əməliyyatı o edib. Rafael soltanov bir həkim olaraq əlindən gələni etdi".

Qarşı tərəfin mövqeyini öyrənmək üçün Fuad Nəzərovla əlaqə saxladıq. O bildirdi ki, atanın iddiaları əsassızdır. Uşaqda psixoloji və uroloji problemlər olub. Hazırkı problem sünnət əməliyyatı ilə əlaqəli deyil.

Həkim Fuad Nəzərovun sünnət zamanı cinsi orqanını zədələdiyi uşağın atası danışdıHəkim Fuad Nəzərovun sünnət zamanı cinsi orqanını zədələdiyi uşağın atası danışdı


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 4681   Tarix: 02 avqust 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Anar Bayramov TƏBİB-in icraçı direktoru təyin edildi

"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" (TƏBİB) publik hüquqi şəxsin Müşahidə Şurasının sədri, Azərbaycan Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisi Xalid Əhədovun sədrliyi ilə Şuranın iclası keçirilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb. Bildirili

14 aprel
.

Bakının mərkəzində yol çökdü - FOTO

Ötən gün paytaxtın Rəşid Behbudov küçəsi ilə Süleyman Rəhimov küçəsinin kəsişməsində yol çöküb. Ərazi hasara alınıb, xəbərdaredici lövhə asılıb. Bizim.Media-ya istinadla xəbər verir ki, məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti açıqlama yayıb. Qurumdan bildirilib ki, Nəsimi rayonu

14 aprel
.

Zığ yolunda dəhşətli qəza - Anbaan video

Aprelin 12-si gecə saatlarında paytaxtın Suraxanı rayonu, Zığ şosesində ağır yol qəzası olub. "Qafqazinfo" xəbər verir ki, DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi hadisənin görüntülərini yayıb. Bildirilib ki, baş verən bu yol-nəqliyyat hadisəsi sükan arxasında olarkən diqqətli olmağı

13 aprel
.

Dodaq balzamı, göz damcıları, əl kremi - Zərərliadi məhsullar

Bir çox insan burun spreylərinin asılılıq yaratdığını eşitsə də, az adam bilir ki, eyni problem dodaq balzamı, göz damcıları və hətta əl kremləri ilə də yarana bilər. Bu vasitələr reseptsiz satıldığı və geniş istifadə edildiyi üçün təhlükəsiz kimi qəbul olunur. Lakin mütəxəssislər xəbərdarlıq edir ki

14 aprel
.

Dəm qazından zəhərlənən uşaqlardan ikisi xəstəxanadan evə buraxıldı

Hacı Zeynalabdin qəsəbəsində dəm qazından zəhərlənən iki uşaq ambulator müalicə üçün xəstəxanadan evə buraxılıb. Bu barədə -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. Xatırladaq ki, aprelin 1-i Sumqayıt şəhəri Hacı Zeynalabdin qəsəbəsində bir ailəni

14 aprel
.

Şahin Həsənov yüksək vəzifəyə təyin olundu - FOTO

Milli Məclis Aparatının rəhbərinə yeni müavin təyin olunub. APA-ya istinadən xəbər verir ki, bu vəzifəyə Şahin Həsənov təyin edilib. Qeyd edək ki, Şahin Həsənov bundan əvvəl Milli Məclis Aparatında İnformasiya resursları və texnologiyaları şöbəsinin müdiri olub. Fotoda Şahin Həsənov. Xatırladaq ki, dah

14 aprel
.

Gec gələn zəng qadının məzarlıqda ölməsinə səbəb oldu - VİDEO

Türkiyənin Aksaray vilayətində məzarlıq ziyarəti zamanı dəhşətli qətl hadisəsi baş verib. xarici mediaya istinadən xəbər verir ki, hadisə Ortaköy rayonunun Oğuzlar kəndində, Gamze Yıldırım adlı qadının valideynlərinin məzarını ziyarət edib dua etdiyi vaxt baş verib. Bu zaman qadının boşanmaq üzrə olduğ

13 aprel
.

Sabah Bakıya yağış yağacaq

Bakıda və Abşeron yarımadasında aprelin 15-də bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Qeyd edilib ki, yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensivləşəcəyi ehtimalı var. Gündüz yağıntıda fasilə olacaq. Mülayi

14 aprel
.

Bakının mərkəzində restoran yandı: Bina sakinləri ayağa qalxdılar - VİDEO

Paytaxtın mərkəzində, 28 May küçəsində yerləşən "El Pizza" restoranında axşam saatlarında yanğın baş verib. Baku TV-yə istinadən xəbər verir ki, hadisə yerinə оperativ şəkildə müdaxilə olunub və alovun geniş əraziyə yayılmasının qarşısı alınıb. Hazırda yanğın tam söndürülüb, ərazidə isə tüstülənm

13 aprel