BQXK-nın Qarabağda "humanitar" fəaliyyəti onun nüfuzuna ciddi zərbə vurdu

BQXK-nın Qarabağda "humanitar" fəaliyyəti onun nüfuzuna ciddi zərbə vurduRəsmi Bakının Beynəlxalq Qırmızı Xaç Komitəsinin Qarabağdakı fəaliyyəti ilə bağlı narazılığı artır. Əsas tələb budur ki, təşkilat Azərbaycanın dövlət sərhədlərinə, qanunlarına hörmət etməli, fəaliyyətində şəffaf olmalıdır.

"Müstəqil, bitərəf, qərəzsiz fəaliyyət". Sadə azərbaycanlıların adını, demək olar ki, hər gün eşitdiyi Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) münaqişə bölgələrindəki fəaliyyətinin məhz bu prinsiplərə əsaslandığını iddia edir. Lakin təşkilatın Azərbaycanın suveren ərazilərində, müvəqqəti rus sülhməramlılarının nəzarətində olan Qarabağ bölgəsindəki fəaliyyəti heç də qeyd etdiyimiz prinsiplərə uyğun gəlmir.

"Kaspi.az" qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

"Qırmızı Xaç"ın nüfuzuna ciddi zərbə

Son bir neçə ayda Laçın sərhəd buraxılış məntəqəsində yaşananlar bu qənaətə gəlməyə ciddi əsas yaradır. Azərbaycan humanizm prinsipini əsas tutaraq, Qarabağdakı xəstə ermənilərin BQXK vasitəsilə Ermənistan və əks istiqamətdə hərəkətinə imkan yaratdı. Lakin BQXK maşınlarında çoxsaylı qaçaqmalçılıq məhsulları aşkarlandı. Hansı ki, bu, beynəlxalq humanitar hüququn aşkar şəkildə pozulması idi. Bu, BQXK-nın humanitar mandatına və beynəlxalq nüfuzuna ciddi zərbə vurdu.

Cinayətkarlar "xəstə" adı ilə qaçırılır

BQXK-nın Qarabağdakı "humanitar fəaliyyət"ini zərbə altında qoyan hadisələrin kuliminasiya nöqtəsi isə 1990-cı illərin əvvəllərində Xocalı rayonunun Meşəli kəndində onlarla silahsız dinc azərbaycanlını qətlə yetirən Vaqif Xaçatryanın sərhəddə hüquq-mühafizə orqanları tərəfindən saxlanılması oldu. Soyqırımı cinayətləri törədən bu şəxs məhz BQXK tərəfindən Ermənistana "xəstə" adı ilə aparılırdı. Sual yaranır: təşkilat kimləri apardığını araşdırmayıbmı? BQXK-nın 30 ildən artıq beynəlxalq axtarışda olan şəxsin kimliyi və əməllərindən xəbərdar olmaması barədə bəhanələri isə sadəcə nonsensdir.

Meşəli qətliamında bilavasitə iştirak etmiş Vaqif Xaçatryanın həbsi separatçıları da təşvişə salıb. Təşvişin səbəbi isə bəllidir. Cinayətkarların BQXK çətiri altında ədalət məhkəməsindən qaçmaq imkanları artıq əllərindən çıxıb. Cinayətlərin üzərindən nə qədər keçsə də, canilər mütləq məsuliyyətə cəlb edilirlər.

Azərbaycanlıların taleyinə biganə münasibət
Əslində BQXK-nın fəaliyyəti zamanı işğala məruz qalan Azərbaycan və bu işğalın, həmçinin çoxsaylı soyqırımların qurbanına çevrilmiş azərbaycanlıların taleyinə biganə münasibəti heç kimə sirr deyil. Faktlara diqqət yetirək:

90-cı illərdə BQXK 54 nəfər azərbaycanlı əsirlə bağlı izə düşmüş, Ermənistan tərəfi ilə dialoq nəticəsində onlardan 17 nəfərinin meyitlərini alaraq Azərbaycan tərəfinə təhvil vermişdi. Ancaq həmin siyahı üzrə 37 nəfərin taleyi hələ də bilinmir. Bu barədə təşkilat da hansısa açıqlama vermir. Azərbaycan tərəfi ilə BQXK arasında həmin 54 nəfərin əsirlikdə olduğunu təsdiq edən yazışmalar indi də durur. Şahid ifadələri zamanı terrorçu ermənilərin əsir azərbaycanlıları öldürərək onların orqanlarını satmasına dair çox ciddi ehtimallar var. BQXK-nın bu məsələdəki susqunluğu isə çox ciddi ittihamları özündə cəmləyən açıq suallar doğurmaqdadır.

Digər bir fakt. Hələ işğal davam edən zaman - 2000-ci illərdə BQXK rəsmi Bakının razılığı olmadan Xankəndidə "ofis"ini açdı, hətta separatçı rejimlə "saziş" də imzaladı. Azərbaycan tərəfinin dəfələrlə rəsmi müraciətlərinə baxmayaraq, həmin "saziş" konfidensiallıq adı altında gizlədildi, təqdim olunmadı. Lakin rəsmi Bakının israrlı araşdırmalarından sonra təşkilatın "Xankəndi ofisi"nin Bakıdakı nümayəndəliyə deyil, İrəvandakı nümayəndəliyinə tabe etdirildiyi ortaya çıxdı.

BQXK beynəlxalq qurumlara çağırış etməlidir

İndi isə Azərbaycan humanitar yardımlar üçün Ağdam-Xankəndi yolunu təklif edir. Bu təşəbbüs bir çox beynəlxalq təşkilatlar və vasitəçilər tərəfindən də dəstəklənir. Amma BQXK susur. Təşkilat nədənsə unudur ki, Laçın yolunun bağlanmasına əsas səbəb ermənilərin təxribatlarıdır. Humanitar yardım üçün Ağdam-Xankəndi yoluna beton sədlər çəkən də azərbaycanlılar yox, məhz separatçılar və onların əlaltılarıdır. Humanitar missiya fəaliyyətini təşkil edən beynəlxalq qurum olaraq BQXK məhz bu yolun açılması və humanitar yüklərin daşınmasına şərait yaradılması üçün separatçılara, beynəlxalq qurumlara çağırış etməli, Azərbaycanı beynəlxalq səviyyədə "hədəf"ə çevirmək istəyənlərin dəyirmanına su tökməməlidir.

"Xankəndi ofisi" niyə Bakıya yox, İrəvana tabedir?!

Azərbaycanın BQXK ilə bağlı tələbləri ən yüksək səviyyədə də ifadə olundu. Prezident İlham Əliyev "Euronews" kanalına müsahibəsində ölkəmizə qarşı "humanitar tələblər" irəli sürənlərə cavab olaraq BQXK-nın Qarabağdakı fəaliyyətinə dair mühüm açıqlamalar verdi. Qırmızı Xaç Komitəsinin yük maşınlarının yoxlanılması zamanı siqaret, "iPhone"lar və benzin kimi məhsulların qaçaqmalçılıqla keçirilməsinin aşkarlandığını deyən Prezident İlham Əliyev bildirib ki, təşkilat özü də bunu etiraf etdi: "Bildirdi ki, onlar buna görə heç bir məsuliyyət daşımırlar. Lakin bu yük maşınlarının üzərində Qırmızı Xaçın emblemi var idi və sürücülərin uniformaları üzərində də emblemlər var idi. Beləliklə, yol yenidən bu şəkildə bağlanıldı və biz Qırmızı Xaç Komitəsindən buna son qoyulmasını və bizimlə daha konstruktiv işləməsini xahiş etdik. Çünki əfsuslar olsun ki, bu günə kimi onların Qarabağdakı ofisi Bakı ofisinə yox, İrəvandakı ofisə tabedir. Bu da yolverilməzdir. Çünki bütün dünya Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyır. Hətta, Ermənistanın baş naziri dəfələrlə "Qarabağ Azərbaycandır" söyləyib. Bəs nəyə görə Qırmızı Xaç Komitəsinin Xankəndidəki ofisi Bakı ofisinə yox, İrəvandakı ofisə tabedir? Bu, bizim legitim tələbimizdir".

Göründüyü kimi, Azərbaycan rəhbərliyi, dövləti və cəmiyyəti ümummilli maraqların təminində, soydaşlarımıza qarşı cinayət törədənlərin ədalət məhkəməsinə təslim edilməsində, ölkəmizi təhdid edən istənilən qurumun və təşkilatın qanunlarımıza mütləq riayət etməsində vahid mövqe nümayiş etdirir. Bu iradəni heç bir qüvvə dəyişə bilməz.


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 877   Tarix: 05 avqust 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Prezidentlə xanımı Şamaxıya getdi - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Şamaxı rayonuna səfər ediblər. "Qafqazinfo" xəbər verir ki, dövlət başçısı və birinci xanım Ümummilli Lider Heydər Əliyevin Şamaxı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət ediblər

17 sentyabr
.

Azərbaycan və digər türk dövlətləri təhlükəsizlik məsələlərində ortaq hərəkət etməlidirlər - ŞƏRH

"Türk Dövlətləri Təşkilatının təhlükəsizlik məsələləri ən ciddi məsələlər sırasındadır. Türk dövlətləri olaraq ortaq təşkilatda birləşiriksə və daha irəli getmək istəyiriksə, təhlükəsizlik məsələlərinə də ciddi diqqət yetirməliyik. Ən əsası isə bu sahədə ortaq hərəkət etməliyik. Çünki ayrı-ayr

17 sentyabr
.

Prezident İlham Əliyev Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olublar. AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına və birinci xanım

17 sentyabr
.

Azərbaycan XİN: "Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb"

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat yayıb. həmin bəyanatı təqdim edir:. "20 sentyabr dövlət suverenliyimizin bərqərar olduğu, xalqımızın çoxəsrlik dövlətçilik salnaməsinə qızıl hərflərlə yazılmış tarixi gündür. 19-20 sentyabr 2023-cü il tarixlərind

20 sentyabr
.

TDT məkanında Azərbaycanın tranzit və enerji imkanları genişlənir

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin yerləşdiyi geniş coğrafi məkan enerji və nəqliyyat dəhlizləri baxımından strateji əhəmiyyət daşıyır. Bu coğrafiyadan keçən mühüm enerji və nəqliyyat marşrutları yalnız üzv dövlətlər arasında əlaqələrin inkişafına deyil, daha geniş regionda iqtisadi əməkdaşlığı

18 sentyabr
.

"Köhnə avtomobillə yorğan-döşək gətirmişdi" - Prezident Sərvərdən danışdı+Video

Ötən gün Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyənin Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi ilə görüşü zamanı 2023-cü ildə Türkiyədə baş verən dəhşətli zəlzələ zamanı Türk dövlətlərinin göstərdiyi dəstəkdən danışılıb. "Qafqazinfo" xəbər verir ki, söhbət əsnasında 2023-cü ild

18 sentyabr
.

Şamaxıda "Pirqulu Park" hotelinin açılışı olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Pirqulu Park" hotelinin açılışında iştirak ediblər. AZƏRTAC-a istinadən xəbər verir ki, "Moderngroup" MMC-nin təmsilçisi Fariz Abbaszadə dövlətimizin başçısına və birinc

17 sentyabr
.

Prezidentlə xanımının Şamaxıdan səmimi görüntüləri - Video

Prezident İlham Əliyevin sosial media hesablarında Şamaxıya səfəri ilə bağlı videoçarx paylaşılıb. "Qafqazinfo" həmin paylaşımı təqdim edir:

18 sentyabr
.

Türk dünyasının yeni strateji erası

Son illər beynəlxalq münasibətlər sistemində sürətlə cərəyan edən geosiyasi dəyişikliklər, qlobal münaqişələrin coğrafiyasının genişlənməsi və beynəlxalq hüquq mexanizmlərinin təsirsizliyi fonunda region dövlətlərinin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi prioritet məsələyə çevrilmişdir. Bel

18 sentyabr