"Paşinyanın söylədiyi fikirləri və təxribat xarakterli hərəkətləri sülh sazişinin imzalanmasına böyük maneələr törədir" - Deputat

"Paşinyanın söylədiyi fikirləri və təxribat xarakterli hərəkətləri sülh sazişinin imzalanmasına böyük maneələr törədir" - Deputat"Ermənistan rəhbərliyi Azərbaycana qarşı Avropa ictimaiyyətində mənfi fikir formalaşdırmağa çalışır. Ermənistanın Baş Naziri Paşinyanın söylədiyi fikirləri və təxribat xarakterli hərəkətləri sülh sazişinin imzalanmaslna böyük maneələr törədir".

Bu sözləri Milli Məclisin deputatı Kamilə Əliyeva Sonxeber.az-a bildirib.

O qeyd edib ki, bəzi qüvvələr ATƏT in Minsk qrupunun vasitəçilik missiyasını yenidən bərpa etmək barədə fikirlər səsləndirir. Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən sonra əvvəldən fəaliyyət göstərməyən Minsk qrupunun fəaliyyətinin bərpası mümkün deyil və bu təşkilat ölmüş bir qurumdur:

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iyulun 22-də Euronews kanalına Azərbaycan dövlətinin bölgədə sülhün təmin edilməsində həyata keçirdiyi siyasət, sülh prosesinə töhfə verə biləcək istənilən platformada danışıqlara müsbət yanaşması barədə verdiyi müsahibə erməni yalanlarını ifşa etdi.
Müharibədən sonra sülhün bərqərar olması üçün Prezident İlham Əliyevin irəli sürdüyü ölkələrin bir- birinin ərazi bütövlüyü, suverenliyi, beynəlxalq səviyyədə gəbul edilmiş sərhədlərin tanınmasını ifadə edən beş əsas prinsip beynəlxalq hüquqa əsaslanır. Ermənistan 30 ilə yaxın Azərbaycan torpaqlarını işğalda saxladı, bir milyon azərbaycanlı öz torpaqlarından məcburi şəkildə qovuldu, insanlarımız qətlə yetirildi. Azərbaycan güc və siyasi yolla torpaqlarımızı işğaldan azad etməklə ədaləti bərpa etdi. Azərbaycan bölgədə sülhün yaranması üçün Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanması təklifini irəli sürdü. Bu, Azərbaycan dövlətinin ədalətli mövqeyinin, bölgədə əmin-amanlığın bərqərar olunmasına çalışmasının nümunəsii idi. Azərbaycan Ermənistanla münasibətlərin normallaşmasına Avropa İttifaqının vasitəçilik səylərini yüksək qiymətləndirir. Avropa İttifaqı Şurası Prezidentinin təşəbbüsü ilə keçirilən üçtərəfli görüşlər bir sıra məsələlərin həll olunmasına töhfə verir. Bəzi qüvvələr ATƏT in Minsk qrupunun vasitəçilik missiyasını yenidən bərpa etmək barədə fikirlər səsləndirir. Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən sonra əvvəldən fəaliyyət göstərməyən Minsk qrupunun fəaliyyətinin bərpası mümkün deyil və bu təşkilat ölmüş bir qurumdur".

Deputat qeyd edib ki, erməni əsilli Azərbaycan vətəndaşları Laçın yolunun tikintisilə məşğul olan işçilərə yaxınlaşıb münasibət qururlar:

"2020-ci noyabrın 10-da Rusiyanın vasitəçiliyi ilə Bəyannamə imzalanmışdır. Bəyannamə müharibədə Azərbaycan dövlətinin qalib, Ermənistanın isə məğlub olmasını şərtləndirən və atəşkəsin elan edilməsi barədə bir sənəd idi. Müharibədən sonra Rusiyanın iştirakı ilə münasibətlərin normallaşdırılması üçün Moskvada üçtərəfli görüşlər təşkil olunsa da Rusiya-Ukrayna müharibəsi başlandıqdan sonra münasibətlərin normallaşdırılmasında Avropa İttifaqı və ABŞ bu missiyanı öz üzərinə götürdü. Azərbaycan münasibətlərin normallaşdırılmasına töhfə verə biləcək istənilən platformada görüşlərin aparılmasına və sülh müqaviləsinin imzalanmasına tərəfdar olduğunu bəyan etmişdir.
Bu gün Azərbaycanla Rusiya arasında münasibətlər bir birinin ərazi bütövlüyünün, suverenliyinin tanınmasına əsaslanır. Hər iki ölkə arasında bir sıra iqtisadi və ticarət əlaqələri barədə layihələr mövcuddur. Ölkəmizin Avropa İttifaqı ilə əlaqələri arzu olunan səviyyədədir. Eyni zamanda bu gün Azərbaycan Avropa İttifaqına üzv ölkələrin enerji təhlükəsizliyində mühüm rol oynayır.Prezident cənab İlham Əliyev müsahibəsində müharibə və müharibədən sonrakı dövrlərdə Laçın yolu ilə bağlı yaranmış vəziyyət barədə məlumat verdi. Müharibədən əvvəl ermənilər Laçın dəhlizi vasitəsilə Qarabağa silah - sursat da daxil olmaqla hər cür yük daşıyırdılar. 2020-ci il 10 noyabr Bəyannaməsindən sonra Laçın yoluna Rusiya Sülhməramlıları nəzarət etməyə başladı, lakin dəhlizdən keçirilən yük daşımalarında mahiyyət dəyişmədi.
Ermənistan Laçın dəhlizi vasitəsilə Azərbaycanın təbii sərvətlərini daşıyırdı. Azərbaycanda vətəndaş cəmiyyətinin nümayəndələri və ekoloji fəallar bu qeyri-qanuni fəaliyyətə etiraz əlaməti olaraq yola müəyyən qədər nəzarət etməyə başladı. Sonrakı dövrdə Azərbaycanın Laçın yolunda nəzarət buraxılış məntəqəsini təsis etməsi beynəlxalq hüquqa əsaslanır. Hər bir suveren, müstəqil dövlətin digər ölkə ilə sərhəddə nəzarət buraxılış məntəqəsi yaratmaq hüquqi vardır. Ermənistan rəhbərliyi Qarabağda yaşayan ermənilərin güya blokadada qalması barədə yaydıqları informasiyaların heç bir əsası yoxdur və onların qaldırdığı iddia Ədalət Məhkəməsi tərəfindən də qəbul edilməmişdir. Nəzarət buraxılış məntəqəsi təsis edildikdən sonra 2000-dən çox sakin Qarabağdan Ermənistana və əks istiqamətdə gedib gəlib. Ölkə başçımız müsahibəsində Qırmızı Xaç Komitəsinin Qarabağda qanunsuz əməllərə yol verməsi barədə də məlumat verdi. Bu təşkilatın avtomobillərində Qarabağa qaçaqmalçılıq yolu ilə malların keçirilməsi aşkarlanmış və onlar özləri də bu faktları etiraf etmişdilər. Ümumiyyətlə Qarabağdakı Qırmızı Xaç Komitəsinin nümayəndəliyinin Bakı ofisinə deyil, İrəvandakı ofisinə tabe olması qeyri qanunidir. 30 illik işğal zamanı ermənilər şəhər və kəndlərimizi viran qoymuş, tamamilə dağıtmışdılar. Şuşa və bir neçə kəndlərimizdə xaricdən gətirilən erməniləri qeyri-qanuni məskunlaşdırmışdılar. Müharibədə qələbəmizdən sonra ermənilərin, Azərbaycanın Ermənistana qarşı torpaq iddiasında olması barədə fikirləri tamamilə əsassızdır. Prezident cənab İlham Əliyev bütün çıxışlarında bölgədə sülhün bərqərar olmasını və Ermənistana qarşı heç bir ərazi iddiasında olmadığımızı vurğulamışdı. Azərbaycan Qarabağda yaşayan ermənilərə seçim hüququ verəcək. Hal - hazırda Qarabağda Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti nəzarət etdiyi ərazilərdə yaşayan ermənilər gələcəkdə burada yaşamaq istəsələr onların hüquqları Azərbaycanda yaşayan digər milli azlıqların hüquqları ilə eyni qaydada Azərbaycan Konstitusiyasına uyğun qorunacaq və heç bir ayrı-seçkiliyə yol verilməyəcək.
Bu gün separatizmlə mübarizədə Qərb və Avropa Ukraynaya göstərdikləri mövqeyi təəssüf ki, Azərbaycana göstərmir.
Prezident cənab İlham Əliyev müharibədən əvvəl Ermənistandan qovulan azərbaycanlıların öz yurd yerlərinə dönmək hüquqlarının olması barədə də fikirlər söylədi.
Müharibədən əvvəl yüz minlərlə azərbaycanlı Ermənistan ərazisində yaşayıb və onlar zorla yaşadıqları yerlərdən qovulublar. Tarix boyu bu ərazilərdə yaşayan azərbaycanlılar etnik təmizlənməyə məruz qalıb və ermənilər azərbaycanlılara məxsus mədəni və irsi abidələri tamamilə dağıdıb. Azərbaycanla Ermənistan arasında diplomatik münasibətlər qurulduqdan sonra bu insanların da öz evlərinə dönmək hüququ olacaq və bu baş verəcəkdir. Ermənistan hökuməti sağlam düşüncə ilə beynəlxalq hüquqa riayət edərək azərbaycanlıların hüquqlarını və təhlükəsizliklərini təmin edərək onların öz torpaqlarına qayıtmalarına şərait yaratmalıdır.
Qarabağda yaşayan sadə ermənilər Azərbaycanda yaşamaq arzusunda olduqlarını gizlətmirlər. Erməni əsilli Azərbaycan vətəndaşları Laçın yolunun tikintisilə məşğul olan işçilərə yaxınlaşıb münasibət qururlar. Azərbaycan dövləti Qarabağda yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının təhlükəsizliyi, o cümlədən təhsil, mədəniyyət hüquqlarını qorunmasını təmin edəcək və onlar ölkəmizdə normal şəkildə yaşayacaq".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 843   Tarix: 08 avqust 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Əli Əsədov Şimali Kiprin Baş naziri ilə ikitərəfli əməkdaşlığı müzakirə edib

Azərbaycanın Baş naziri Əli Əsədov iyunun 13-də Şimali Kiprin Baş naziri Ünal Üstel ilə görüşüb. Bu barədə "Report"a Nazirlər Kabinetindən məlumat verilib. Bildirilib ki, görüşdə Azərbaycan ilə Şimali Kipr arasında yüksək səviyyəli təmasların dinamikası, parlamentlərarası əlaqələrin və siyas

13 iyun
.

Əli Əsədov Denis Afanasyevi qəbul edib

İyunun 25-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Rusiya Federasiyasının Həştərxan vilayətinin vitse-qubernatoru və Hökumətinin sədri Denis Afanasyevi qəbul edib. xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb. Bildirilib ki, qəbul zamanı Azərbaycan Respublikası ilə Rusiya Federasiyasını

25 iyun
.

"Bu gün Azərbaycan Ordusu dövlətimizin təhlükəsizliyinin etibarlı təminatçısıdır" - DEPUTAT

"Azərbaycan Respublikasının Silahlı Qüvvələri son illərdə əldə etdiyi tarixi qələbələr, yüksək döyüş hazırlığı və müasir hərbi imkanları ilə regionun təhlükəsizlik arxitekturasında mühüm rol oynayan güclü hərbi qüvvəyə çevrilmişdir. Bu gün Azərbaycan Ordusunun əldə etdiyi nailiyyətlər təsadüfi deyil

23 iyun
.

Kim Çen In Putinə dəstək mesajı göndərdi: Strateji tərəfdaşlıq möhkəmlənəcək

Şimali Koreya lideri Kim Çen In Rusiyanın Milli Günü münasibətilə Rusiya Prezidenti Vladimir Putinə təbrik məktubu göndərib. xarici mediaya istinadən xəbər verir ki, Şimali Koreya dövlət mediasının yaydığı məlumata görə, Kim məktubunda Moskva rəhbərliyinə tam dəstəyini ifadə edib. O, Pxenyanın Rusiyanı

12 iyun
.

"Gənclər bilməlidirlər ki, müstəqillik təkcə əldə edilən deyil, həm də qorunub saxlanılan dəyərdir" - AÇIQLAMA

"15 İyun - Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin taleyini müəyyən edən ən mühüm tarixi mərhələlərdən biridir. Məhz 1993-cü ilin iyununda ölkədə dərin siyasi böhran, vətəndaş qarşıdurması təhlükəsi və dövlət idarəçiliyində yaranmış xaos fonunda xalqın tələbi ilə Ümummilli Lider Heydər Əliyevi

9 iyun
.

"Bəyannamə regionda sülh və təhlükəsizliyin təmin olunmasına mühüm töhfə verir" - DEPUTAT

"2021-ci il iyunun 15-də Azərbaycan Respublikasının mədəniyyət paytaxtı Şuşa şəhərində imzalanmış "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi" təkcə iki qardaş dövlət arasında münasibətlərin inkişafında deyil, bütövlükd

11 iyun
.

Azərbaycanda bir sıra qanunlar "Maliyyə icarəsi haqqında" qanuna uyğunlaşdırılıb

Prezident İlham Əliyev Milli Məclisin mayın 26-da qəbul etdiyi bir sıra qanunlarda dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib. "Report"a istinadən xəbər verir ki, söhbət Mülki Məcəllə, Vergi Məcəlləsi, Rəqabət Məcəlləsi, "Müflisləşmə və iflas haqqında", "Taxıl haqqında"

25 iyun
.

"Təhsil proqramları hər bir dövlətin strateji inkişaf yolunda əsas alətlərdən biridir" - DEPUTAT

"Cəmiyyətin bütün sahələr üzrə inkişafını təmin etmək üçün elmi-kütləvi, mədəni-maarif və təhsil proqramlarının hazırlanması olduqca vacibdir. Çünki dövlətin inkişafını şərtləndirən ən mühüm amillərdən biri də onun təhsil sektorunun inkişaf etdirilməsidir. Müstəqil Azərbaycan dövlətini bugünkü inkişa

18 iyun
.

Prezident portuqaliyalı həmkarını təbrik edib

Prezident İlham Əliyev Portuqaliya Respublikasının Prezidenti Antoniu Joze Sequruya təbrik məktubu ünvanlayıb. -a istinadən xəbər verir ki, məktubda deyilir:. "Hörmətli cənab prezident, Portuqaliya Respublikasının milli bayramı münasibətilə sizi və sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbayca

10 iyun