Avropa və Asiya arasında Orta Dəhlizin effektivliyinin qiymətləndirilməsi aparılıb

Avropa və Asiya arasında Orta Dəhlizin effektivliyinin qiymətləndirilməsi aparılıbTransxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) əhəmiyyətli dərəcədə yaxşılaşdırılması üçün tələb olunan ümumi investisiya təxminən 18,5 milyard avro həcmində qiymətləndirilir.

"Report" Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) araşdırmasına istinadən xəbər verir ki, bu investisiya ehtiyacları dəmiryol və avtomobil yolları şəbəkəsinin bərpası və modernləşdirilməsi, vaqonların sayının artırılması, limanların ötürücülük qabiliyyətinin artması, Mərkəzi Asiyanın beş ölkəsinin hamısında sərhəd-keçid məntəqələrinin, multimodal logistika mərkəzlərinin və köməkçi şəbəkə əlaqələrinin təkmilləşdirilməsi ilə əlaqəlidir.

Müəyyən edilmiş investisiya ehtiyacları Mərkəzi Asiya ölkələrinin hər birinin öz ehtiyaclarını, prioritetlərini, imkanlarını və spesifik şərtlərini nəzərə alır.

Avropa və Asiya arasında quru nəqliyyat dəhlizlərinin tədqiqatına əsasən, demək olar ki, Avropa İttifaqı (Aİ) ilə Mərkəzi Asiya arasında ümumi ticarət son 10 ildə 38,8% artaraq 2012-ci ildəki 34,2 milyard avrodan 2022-ci ildə 47,5 milyard avroya çatıb. Özü də burada ümumi ticarətin üçdə ikisini Aİ-nin idxalı təşkil edir.

Aİ-nin idxal etdiyi əsas məhsullar mineral məhsullar, adi metallar və onlardan hazırlanmış məmulatlar, həmçinin kimyəvi maddələr və əlaqəli məhsullardır (Aİ-nin ümumi ixracının 92%-i). Aİ-nin Mərkəzi Asiyaya əsas ixracı isə maşın və avadanlıqlar, kimyəvi maddələr və ya əlaqəli məhsullar və nəqliyyat avadanlığıdır (Aİ-nin ümumi ixracının 70,7%-i).

"Avropa və Mərkəzi Asiya arasında ticarətin artmasına baxmayaraq, Çin Avropa və Asiya arasında ən böyük mal tədarükçüsüdür. O, həmçinin, Aİ-nin iki ən böyük ticarət tərəfdaşından biridir. Tarixən Avropa və Çin arasında mal ticarətinin böyük hissəsi dəniz yolu ilə həyata keçirilib (Aİ ilə Çin arasında bütün ticarətin təxminən 80-85%-i olduğu hesab edilir), quru nəqliyyatının və hava nəqliyyatının payına isə təxminən 10% düşüb", - hesabatda deyilir.

Asiya ilə Avropa arasında quru nəqliyyatı üç əsas dəhliz üzrə həyata keçirilir.
Asiya ilə Avropanı birləşdirən Şimal Dəhlizi Çindən başlayır, Qazaxıstan, Rusiya və Belarusdan keçərək Polşa vasitəsilə Aİ-yə daxil olur. Qatarlar, həmçinin, Monqolustandan və ya Transsibir dəmir yolu ilə birbaşa Rusiyadan keçir. Bu marşrutun uzunluğu təxminən 10 min km, malın yolda olma müddəti isə orta hesabla 14 gün təşkil edir.

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Asiya və Avropanı Qazaxıstan və Xəzər dənizi vasitəsilə birləşdirir. Mallar Bakı limanı vasitəsilə Qafqaza daxil olur və Gürcüstana doğru yola davam edir, oradan isə Bolqarıstan və ya Rumıniya vasitəsilə Aİ-yə çatmazdan əvvəl iki alternativ yol var: Türkiyədən keçməklə quru yolu və Qara dənizdən keçməklə dəniz yolu. EBRD analitikləri qeyd edirlər ki, o, Şimal Dəhlizindən daha qısa (yeddi min km) olsa da, hazırda özündə 14 gündən 45 gün arasında dəyişən, lakin şəraitdən asılı olaraq 60 günə qədər davam edə bilən gözlənilməz yolda olma müddəti ehtiva edir.

Cənub Dəhlizi Bolqarıstan və ya Yunanıstan vasitəsilə Avropaya çatmazdan əvvəl Qırğızıstan və ya Tacikistan, Özbəkistan, Türkmənistan, İran və Türkiyədən keçir. Tədqiqatda qeyd edilir ki, Cənub Dəhlizi boyunca digər potensial marşrut Əfqanıstan və Mərkəzi Asiyadan keçərək Qafqaz vasitəsilə Aİ-yə keçir, lakin bu variant geosiyasi səbəblərdən bu tədqiqatın məqsədləri üçün qiymətləndirilməyib. Bu, avtomobil daşıyıcılarının daha çox üstünlük verdiyi quru dəhlizdir, çünki o, Xəzər dənizi ilə kəsişmədən, onunla bağlı problemlərlə, o cümlədən limanların qeyri-səmərəliliyi və məhdud və gözlənilməz tranzit vaxtları ilə üzləşmədən malların daşınmasını təmin edir. Qeyd olunur ki, Aİ-yə daxil olmayan təyinat nöqtələri üçün tranzit vaxtı təxminən 14-20 gün təşkil edir, lakin 60 gün və ya daha çox da çəkə bilər.

"Regionun strateji mövqeyinə və iki qitə arasında quru körpü rolunu oynama qabiliyyətinə baxmayaraq, müvafiq işlər zamanı tez-tez baş verən "qırılmalar", ləngimələr (əsasən, Xəzər və Qara dənizlərini keçmə ilə bağlı olan) və razılaşdırılmamış tranzit prosedurları ilə çoxsaylı beynəlxalq sərhəd keçid məntəqələri konteyner daşımalarına mane olur və əsasən, vaxta həssas olmayan yüklərin Mərkəzi Asiya dəhlizləri ilə daşınmasına gətirib çıxarır", - EBRD-dən qeyd ediblər.

Qiymətləndirməyə əsasən, Orta Dəhliz Avropa və Mərkəzi Asiya arasında ən dayanıqlı nəqliyyat əlaqəsi kimi müəyyən edilib.

"Orta Dəhliz ikisəviyyəli əhatə dairəsi (300 km şimala və cənuba) sayəsində Mərkəzi Asiyanın bütün əsas iqtisadi və əhali mərkəzlərini əhatə edir və əsas nəqliyyat şəbəkələri vasitəsilə region daxilində və Avropa ilə əlaqəni təmin edir. Bu marşrut gələcək inkişaf üçün ən böyük potensiala malik olanıdır, çünki o, nəinki nəqliyyat şəbəkəsini inkişaf etdirməyə imkan verir, həm də Mərkəzi Asiyada regional inkişafı dəstəkləyə bilər. Bu region geniş nəqliyyat şəbəkəsinə malikdir və bu, gələcək regional əməkdaşlıq və layihələrin koordinasiyalı şəkildə həyata keçirilməsi üçün əsas ola bilər", - tədqiqatda deyilir.


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 1395   Tarix: 12 avqust 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Sahibkarlara ŞAD XƏBƏR: Bu xərclərdən azad olunacaqsınız

Qeyri-neft sektorunun inkişafı və ixracın stimullaşdırılması dövlətin iqtisadi siyasətində əsas prioritet istiqamətlərdən biri kimi ön plana çıxır. Bu çərçivədə Azərbaycan mənşəli qeyri-neft-qaz məhsullarını ixrac edən mikro, kiçik və orta sahibkarlıq subyektlərinə gömrük rəsmiləşdirilməsi xərclərini

4 avqust
.

Azərbaycandan tranzit keçməklə Ermənistana buğda və gübrə göndərildi

"Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) Biləcəri stansiyasından Böyük Kəsik istiqaməti üzrə Ermənistana 4 vaqondan ibarət, ümumi çəkisi 280 ton Rusiyadan olan buğda, həmçinin 4 vaqondan ibarət, çəkisi 277 ton təşkil edən gübrə yükü göndərilib. Qaynarinfo xəbər verir ki, sözügedən tədarük Rusiyada

29 may
.

Azərbaycanda nağdsız ödənişlər apreldə 2 %-dən çox azalıb

Bu ilin aprel ayında Azərbaycanda nağdsız ödənişlərin məbləği ötən ilin eyni ayı ilə müqayisədə 2,2 % azalaraq 9 milyard 94 milyon manat təşkil edib. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bunun 7,969 milyard manatı (87,6 %-i) elektron ticarətin payına düşüb. Ödənişləri

30 may
.

Azərbaycanda əhalinin gəlirləri nə qədər artıb?

Bu ilin yanvar-may aylarında Azərbaycan əhalisinin nominal gəlirləri 37 milyard 699.8 milyon manata çatıb. xəbər bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Məlumatda qeyd olunub ki, əhalinin nominal gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 10.2 faiz artıb

10 iyun
.

Azərbaycanda mis məftil istehsalı 6 dəfəyə yaxın artıb

Bu ilin yanvar-may aylarında Azərbaycanda 169,5 ton mis məftil istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,8 dəfə çoxdur. Bu il iyunun 1-nə, sənaye müəssisələrinin anbarlarında hazır məhsul ehtiyatı olmayıb. Xatırlada

28 iyun
.

Bankların beş ayda əldə etdiyi xalis mənfəətin həcmi açıqlandı

2026-cı ilin yanvar-may aylarında Azərbaycanda fəaliyyət göstərən banklar 557.1 milyon manat xalis mənfəət əldə ediblər. xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb. Məlumata görə, hesabat dövründə bank sektorunun əməliyyat mənfəəti 837.5 milyon manat təşkil edib. Bildirili

25 iyun
.

Azərbaycan manatının nominal və real effektiv məzənnələri apreldə azalıb

Bu il mayın 1-nə Azərbaycan manatının xarici valyutalara nisbətən nominal effektiv məzənnəsi 102,9 bənd təşkil edib. "Report" bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. Bu, aylıq müqayisədə 1 bənd az, ilin əvvəli ilə müqayisədə 0,4 bənd çox, ötən ilin mayın 1-nə nisbətən 1,

30 may
.

Ruslan Quliyev dəfn olundu

Dünən qəfil vəfat edən Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının prezidenti, "Milenium Konqres Turizm" şirkətinin rəhbəri, turizm mütəxəssisi Ruslan Quliyev bu gün dəfn edilib. "Qafqazinfo" xəbər verir ki, dəfn mərasimində ictimaiyyət nümayəndələri, mərhumun dostlar

9 iyun
.

Azərbaycan dəri istehsalını 2 dəfədən çox artırıb

Bu ilin yanvar-may aylarında Azərbaycanda 25,2 min kvadratmetr emal edilmiş dəri istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 dəfə çoxdur. Bu il iyunun 1-nə, Azərbaycanda 137,9 min kvadratmetr hazır məhsul ehtiyat

27 iyun