Benzin və dizel BAHALAŞACAQ?

Benzin və dizel BAHALAŞACAQ?Dövlət Statistika Komitəsinin bu gün açıqladığı hesabata əsasən, bu ilin yanvar-iyul aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılar tərəfindən təkcə avtomobil benzini və dizel yanacağına 1 milyard 681,7 milyon manat xərclənib. Bu göstərici 2022-ci ilin müvafiq dövrünün göstəricisini 5,7% üstələyir.

"Avtomobil idxalının artması yanacağın sərfiyyatına da təsir edir"

Bunun səbəblərini Bizim.Media-ya açıqlayan neft Neft Araşdırmaları Mərkəzinin sədri İlham Şaban bu xərclərin ildən-ilə daha da artdığını bildirib.

Onun sözlərinə görə, hər il ölkəyə 50-60 minə qədər avtomobil idxal olunur ki, bu da yanacağın sərfiyyatının artmasına təsir edir.

"Hər bir kilometr üçün 0,8 – 1,2 litrə qədər yanacağın sərf olunduğunu nəzərə alsaq və hər 100 km-ə isə 80-120 litr götürsək, il ərzində kifayət qədər yanacağın istifadə olunduğunu açıq görmək olar".

Ölkəmizdə yanacağın istehlakının son 2-3 ildə daha da artdığını söyləyən ekspert qeyd etdi ki, bu da illik 2,6-27 milyard ton yanacaq deməkdir:

"Ondan əvvəlki illərdə isə bu sərfiyyət bir qədər aşağı idi. Ölkəmizdə yanacaqla işləyən avtomobillərin say həddindən çoxdur. Əgər ölkəmizə elektromobillərin idxalına üstünlük verilsəydi, o zaman yanacağa xərclənən vəsaitin həcminin azalmağı ilə nə isə demək olardı. Bu zamanda, nə qədər elektrik enerjisinin sərf olunması ilə bağlı statistik rəqəmləri açıqlayacaqlar.

Bu gün istifadə olunan avtomobillərin çoxu paytaxtın üzərinə düşür ki, bu da küçələrimizdə böyük sıxlıqlarla müşayiət olunur".

Xatırladaq ki, ötən il Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılar tərəfindən təkcə avtomobil benzini və dizel yanacağına 2 milyard 768,7 milyon manat xərclənib, bu göstərici 2021-ci ilin göstəricisini 7,9% üstələyir.

Ölkəmizdə yanacaq sərfiyyatının artması qiymətlərə necə təsir edəcək? Bu sahədə bahalaşma baş verəcək, yoxsa qiymətlər sabit qalacaq?

"Ölkədə yacacağın qiymətinin artmasını düşünmürəm"

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyevin fikrincə, əgər ölkədə tələb və təklif artırsa, o zaman buna uyğun olaraq qiymətlər də arta bilər:

"Ancaq burada başqa bir faktor əsas rol oynayır. Azərbaycanda benzin və dizel ehtiyatları kifayət qədərdir, üstəlik yanacaq istehsal edən zavodların gücü çox böyükdür. Bu baxımdan da qiymətlərin bahalaşacağını düşünmürəm. Bunun sonuncu dəfə 2022-ci ilin əvvəlində baş verdiyini nəzərə alsaq, ölkədə qiymət artımı baş verməməlidir. Burada bir məsələ də var ki, əhalinin artması sərfiyyatın da artımına təsir edir".

Onun sözlərinə görə, pandemiya dövründən sonra ölkəyə müxtəlif növ minik avtomobillərin idxalı digərlərinə nisbətən 14-15 faiz artıb:

"Bu göstərici ildən-ilə daha da artır. Bizi narahat edən əsas məsələ, paytaxt küçələrində hər gün baş verən tıxaclarla bağlıdır. Hər il də bu problem kəskin xarakter alır ki, bunlar da öz növbəsində sərfiyyata öz təsirini göstərir".

Qeyd edək ki, Azərbaycanda neft, təməli 1953-cü ildə qoyulmuş Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda emal edilir. Hazırda NEZ-də yenidənqurma və modernləşdirmə işləri aparılır.


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 4439   Tarix: 12 avqust 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Azərbaycanın şəkər ixracından gəliri 2 dəfədən çox artıb

Bu ilin yanvar-avqust aylarında ölkədən 91 milyon ABŞ dolları dəyərində 146,9 min tondan çox şəkər ixrac edilib. xəbər verir ki, Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə ixracın dəyəri 2,3 dəfə artıb. Cari ilin ilk yarısında şəkərin ümumi ixracda xüsus

16 sentyabr
.

Gürcüstan Azərbaycandan neft və neft yağları idxalına çəkdiyi xərci 2 dəfə artırıb

Bu ilin yanvar-avqust aylarında Gürcüstan Azərbaycandan 102 milyon ABŞ dolları dəyərində 101 min 43 ton neft və neft yağları idxal edib. -ın Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində

21 sentyabr
.

Avropada yanacaq qiyməti niyə bahalaşır? - AÇIQLAMA

Avropada yanacağın qiymətindəki dəyişikliklər son dövrdə həm qlobal enerji bazarındakı proseslər, həm də regiondakı geosiyasi gərginliklərlə əlaqələndirilir. Neftin dünya bazarında bahalaşması ilə yanaşı, yanacağın daşınması və emalı xərcləri, təchizat zəncirində yaranan problemlər və Avropa ölkələrind

16 sentyabr
.

Azərbaycanda aqrar sektor 3 %-ə yaxın böyüyüb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 10 milyard 57,4 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,6 % çoxdur. Hesabat dövründə heyvandarlıq məhsullarının istehsalı 2 %, bitkiçili

11 sentyabr
.

Azərbaycan nefti ucuzlaşıb

"Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 5.88 ABŞ dolları və ya 4.59 % azalaraq 122.15 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizin əvvəlki qiyməti 128.03 ABŞ dolları olub

17 sentyabr
.

Azərbaycanda pul bazası 15 %-ə yaxın artıb

Bu il sentyabrın 1-nə Azərbaycanda pul bazası 24 milyard 238,8 milyon manat təşkil edib. Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, avqustun 1-i ilə müqayisədə 1,2 % çoxdur. Bununla belə, ölkədə pul bazası ilin əvvəlinə nisbətən 7,9 %, son 1 ildə isə 14,8 % artıb

7 sentyabr
.

Brent markalı neftin qiyməti artaraq 107,44 dollar/barelə çatıb

Bazarın Yaxın Şərqdəki vəziyyətə diqqəti davam etdirməsi ilə çərşənbə axşamı səhəri neft qiymətləri yüksəlir. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında noyabr ayı üçün çatdırılma ilə Brent markalı neftin fyuçerslərinin qiyməti əvvəlki bağlanışdan 1,76 dollar (1,67%) çox, bir barel üçü

15 sentyabr
.

Çindən Azərbaycana turist axını 5 % artıb

2026-cı ilin avqust ayında Çindən Azərbaycana gələn turistlərin sayı 5 % artıb. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Turizm Bürosunun İdarə Heyəti sədrinin müavini Teymur Süleymanzadə "China Southern Airlines" aviaşirkətinin Bakıdakı nümayəndəliyinin fəaliyyətə başlamasını

10 sentyabr
.

Azərbaycanda mobil cihazların bazar payı avqustda 17 %-dən çox azalıb

Bu ilin avqust ayında Azərbaycanın elektron cihaz bazarında (kompüter, mobil cihaz və planşetlər) mobil cihazların payı 51,81 % təşkil edib. "Statcounter" agentliyinin son hesabatına istinadən xəbər verir ki, bu, iyul ayına nisbətən 10,88 faiz bəndi və ya 17,4 %, 2025-ci ilin avqust ayını

2 sentyabr