KİV: "Okampo Qarabağdakı rusiyayönlü separatçıların rəhbəri ilə əlaqə saxlayır"
Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş prokuroru, bir neçə il əvvəl korrupsiya və cinsi təqibdə ittiham olunan Luis Moreno Okampo indi də Qarabağdakı rusiyayönlü separatçıların rəhbəri Arayik Arutyunyanla əlaqə saxlayır.
"Report" xəbər verir ki, bu barədə Ukraynanın 5-ci kanalı məlumat yayıb.
Okamponun hesabatını araşdıran beynəlxalq KİV ("EU Today", "Digi24", "The Washington Times", "Focus", "Sofiaglobe" və başqaları) rusiyapərəst erməni separatçı ilə açıq-aydın əlaqə tapıb.
"Okamponun qərəzliliyi və qiymətləndirməsinin əsassızlığı bu sənədin ortaya çıxması ilə müşayiət olunan hallarla asanlıqla izah olunur. İyulun 29-da qondarma "rəhbər" Arayik Arutyunyan Okampodan Qarabağdakı vəziyyətə münasibət bildirməyi xahiş edib - bu, faktdır. Cəmi doqquz gün sonra eks-prokuror tapşırığı yerinə yetirib. Maraqlıdır ki, doqquz ildə bir işi çətinliklə bağlayan Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş prokuroru cəmi doqquz gündə Qarabağdakı vəziyyətdən "baş çıxara" bilib", - "EU Today" qeyd edir.
Keçmiş prokurorun hesabatı ilin əvvəlindən beynəlxalq KİV tərəfindən dəfələrlə təkzib edilən təbliğat ideyasının – Qarabağda "humanitar fəlakət" yaşanması ilə yersiz iddianın davamıdır. Okamponun hesabatının legitimliyi aparıcı hüquqşünas və beynəlxalq hüquq eksperti, "Temple Garden Chambers" hüquq firmasının müşaviri Rodni Dikson tərəfindən tamamilə təkzib edilib.
Ermənistan Okamponun qərəzli hesabatına əsaslanaraq avqustun 11-də BMT Təhlükəsizlik Şurasından bu məsələ ilə bağlı təcili iclas çağırmağı xahiş edib ki, bu da, mətbuatın yazdığına görə, yalnız Rusiyaya sərf edir.
"Aydındır ki, nə Arutyunyan, nə də Paşinyan Cənubi Qafqazda yaşanacaq potensial eskalasiyadan nəsə qazanmayacaq. Əslində sifarişli hesabatından və ondan sonra keçirilən BMT Təhlükəsizlik Şurasının "fövqəladə iclasından" yeganə faydalanan Rusiyadır. Dünya mediası bununla bağlı ilin əvvəlindən bəri xəbərdarlıq edir", - Rumıniyanın "Digi24" nəşri qeyd edir.
Öz növbəsində, "The Washington Times" yazır ki, Rusiya rejimi Cənubi Qafqazda etnik münaqişələri qızışdırmaq və Ermənistan hakimiyyətini Moskvanın kuklası ilə əvəzləmək üçün Azərbaycanın Qarabağ bölgəsinin erməni əhalisi ilə manipulyasiya edir. "Bu ssenari Kremlin öz imperiya təsir dairəsini saxlamaq üçün Gürcüstanda, Moldovada və ya Ukraynada uydurduğu digər mübahisələri xatırladır", - məqalədə deyilir.
"Putin Gürcüstanda osetinlər və abxazlar, Krım və Donbassda "rus sülhü"nün tərəfdarları ilə etdiyi kimi, Qarabağda da erməni separatçı-marionetkalarından öz məqsədləri üçün istifadə edir", - Ukraynanın "Tsenzor" xəbər saytı vurğulayır.
Digər Ukrayna nəşri "Focus" qeyd edir ki, Okamponun separatçılarla əlaqələri çoxdan başlayıb. 2010-cu ildə Okampo Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru statusunda İrəvana səfər edib və o zaman Ermənistan prezidenti olmuş Serj Sarqsyanla görüşüb. Beş il sonra isə Okampo "Soyqırımı cinayətinə qarşı" forumunda iştirak etmək üçün yenidən İrəvana səfər edib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bakıda maraqlı toy karvanı - Video
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb