Azərbaycan XİN başçısının müavini avstriyalı rəsmiləri Ermənistanın təxribatları barədə məlumatlandırıb

Azərbaycan XİN başçısının müavini avstriyalı rəsmiləri Ermənistanın təxribatları barədə məlumatlandırıbAzərbaycanın XİN başçısının müavini Fariz Rzayev avstriyalı rəsmiləri Ermənistanın təxribatları barədə məlumatlandırıb.

Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, avqustun 22-25-də Azərbaycanın xarici işlər nazirinin müavini Fariz Rzayevin Avstriyaya səfəri baş tutub. Səfər zamanı F.Rzayev Avstriyanın Avropa və Beynəlxalq Məsələlər üzrə Federal Nazirliyinin baş katibi Peter Launskiy-Tiffenthal, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi, BMT-nin Kosmik Fəza Məsələləri İdarəsinin (UNOOSA) direktoru vəzifələrini icra edən Niklas Hedman ilə ikitərəfli görüşlər keçirib, BMT-nin Vyana bölməsində "Azərbaycanın kosmik fəzada yeri: 74-cü Beynəlxalq Avtronovtika Konqresi, Bakı Azərbaycan" başlığı altında keçirilən sərginin açılış mərasimində iştirak edib.

Avstriyanın Avropa və Beynəlxalq Məsələlər üzrə Federal Nazirliyinin baş katibi Peter Launskiy-Tiffenthal ilə keçirilmiş görüşdə Azərbaycan ilə Avstriya arasında ikitərəfli münasibətlər, siyasi, iqtisadi, və humanitar sahələrdə, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib.

Qarşı tərəf post-münaqişə dövründə bölgədə mövcud vəziyyət, Azərbaycanın regionda sülh və təhlükəsizliyin bərqərar edilməsi istiqamətində davamlı fəaliyyəti, habelə Ermənistan tərəfindən törədilən təxribatlar barədə məlumatlandırılıb.

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Rafael Qrossi ilə baş tutmuş görüş zamanı Azərbaycan ilə AEBA arasında inkişaf edən əməkdaşlıq münasibətləri, nüvə texnologiyalarının sülh məqsədləri üçün istifadəsi, AEBA-nın texniki əməkdaşlıq proqramı çərçivəsində Azərbaycanda həyata keçirilən layihələr, o cümlədən, kənd təsərrüfatı sahəsində nüvə texnologiyalarının tətbiqi ilə əldə olunan uğurlu təcrübələr barədə geniş müzakirələr aparılıb.

BMT-nin Kosmik Fəza Məsələləri İdarəsinin direktoru vəzifələrini icra edən Niklas Hedman ilə keçirilmiş görüşdə UNOOSA ilə Azərbaycan arasında mövcud olan uğurlu əməkdaşlıq münasibətlərinə diqqət çəkilib. Son dövrlər Azərbaycanın kosmik sənaye sahəsində sürətlə inkişaf edən ölkələrdən birinə çevrildiyi və mühüm uğurlara imza atdığı vurğulanıb. Kosmik sənaye sahəsində dünyada ən böyük tədbir olan Beynəlxalq Astronavtika Konqresinin Azərbaycanda keçirilməsinin bunun bariz nümunəsi olduğu bildirilib.
Səfər çərçivəsində F.Rzayev BMT-nin Vyana bölməsində "Azərbaycanın kosmik fəzada rolu: 74-cü Beynəlxalq Astronavtika Konqresi, Bakı Azərbaycan" başlığı altında keçirilən sərginin açılış mərasimində iştirak edib.

Tədbirdə çıxış edən nazir müavini Azərbaycanın kosmik sənaye fəaliyyətləri barədə ətraflı məlumat verib.

F.Rzayev 2023-cü ilin Azərbaycanda Heydər Əliyev ili elan olduğunu vurğulayaraq, məhz bu il 74-cü Beynəlxalq Astronavtika Konqresinin Bakıda keçirilməsinin ümummilli liderin anadan olmasının 100 illiyinə təsadüf etməsinin ölkəmiz üçün əhəmiyyətini diqqətə çatdırıb. Həmçinin qeyd olunub ki, məhz 50 il əvvəl, 1973-cü ildə Azərbaycan Respublikasının ümummilli lideri Heydər Əliyevin Azərbaycana rəhbərliyi zamanı ölkəmiz 24-cü Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edib.

F.Rzayev ölkəmizin müstəqilliyinin ilk illərində ümummilli liderin Azərbaycanın həyatında oynadığı misilsiz rol barədə məlumat verib və bu gün ölkəmizin bütün sahələrdə, o cümlədən kosmik sənaye sahəsində əldə etdiyi nailiyyətlərinin H.Əliyevin uzaqgörən siyasətinin və strategiyasının bəhrəsi olduğunu vurğulayıb.

Həmçinin, Azərbaycanın kosmik fəza sahəsində əldə etdiyi təcrübə və uğurların işğaldan azad edilmiş ərazilərimizin bərpası və yenidən qurulması istiqamətində müvəffəqiyyətlə tətbiq edildiyi bildirilib.

Tədbirdə, BMT-nin Kosmik Fəza Məsələləri İdarəsinin direktoru vəzifələrini icra edən Niklas Hedman, BMT-nin Vyana ofisinin icraçı direktoru adından tədbirdə iştirak edən Jan Luc Lemahieu, 74-cü Beynəlxalq Astronavtika Konqresinin layihə rəhbəri və Azərkosmos-un departament rəhbəri Rəna Cəfərova, Beynəlxalq Astronavtika Federasiyasının keçmiş prezidenti Paskal Ehrenfreund və digər qonaqlar çıxış edib və Azərbaycanın kosmik sahədə əldə etdiyi nailiyyətlərə və Bakıda keçiriləcək 74-cü Beynəlxalq Astronavtika Konqresinin əhəmiyyəti vurğulanıb.


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 909   Tarix: 26 avqust 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar videoçarx paylaşılıb. paylaşımı təqdim edir:

20 sentyabr
.

"Əsrin müqaviləsi"nin imzalanmasının 32-ci ildönümüdür

"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il ötür. xatırladır ki, sentyabrın 20-si Azərbaycanda Xəzərin milli sektorunda yerləşən "Azəri-Çıraq-Dərinsulu Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü Sazişinin ("Əsrin müqaviləsi") ildönümü və neft-qa

20 sentyabr
.

Prezident Ramil Usubovu və həmkarlarını qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubovu, Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi, Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi, Özbəkistan Respublikasının Prezident

17 sentyabr
.

Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur

Sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunur. xatırladır ki, bununla bağlı Prezident İlham Əliyev 2024-cü il sentyabrın 19-da Sərəncam imzalayıb. Ermənistanın ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbayca

20 sentyabr
.

Prezident İlham Əliyev: "Regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır"

"Ətrafımızda müharibələr gedir və bu müharibələrin nə sonu, nə də qurtaracağı görünür. Müharibələrin coğrafiyası genişlənir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən səsləndirib. "Döyüşə

17 sentyabr
.

Prezidentdən Famil Mustafayevlə bağlı sərəncam

Famil Front oğlu Mustafayev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. -a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. O, Azərbaycan Respublikasında elmi fəaliyyətin qiymətləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə bu təltifə layi

17 sentyabr
.

İlham Əliyevin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar paylaşım edilib. paylaşımı təqdim edir:

19 sentyabr
.

Prezident İlham Əliyev Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olublar. AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına və birinci xanım

17 sentyabr
.

"Köhnə avtomobillə yorğan-döşək gətirmişdi" - Prezident Sərvərdən danışdı+Video

Ötən gün Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyənin Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi ilə görüşü zamanı 2023-cü ildə Türkiyədə baş verən dəhşətli zəlzələ zamanı Türk dövlətlərinin göstərdiyi dəstəkdən danışılıb. "Qafqazinfo" xəbər verir ki, söhbət əsnasında 2023-cü ild

18 sentyabr