"Bugünkü əlamətdar tarixdə Prezident və xanımının Laçında olması hər bir azərbaycanlını qürurlandırır"

"Bugünkü əlamətdar tarixdə Prezident və xanımının Laçında olması hər bir azərbaycanlını qürurlandırır""Bugünkü əlamətdar tarixdə Prezident İlham Əliyev və Mehriban Əliyevanın azad Laçında laçınlılarla bir yerdə olması hər bir azərbaycanlını qürurlandırır və bu hadisə böyük siyasi əhəmiyyət daşıyır".

Bu sözləri "Report"a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

Onun sözlərinə görə, torpaqlarımızı işğaldan azad etmək, bu ərazilərdə məcburi köçkünlərimiz üçün layiqli həyat şəraiti yaratmaq Prezident İlham Əliyev və Mehriban Əliyevanın ən böyük arzusu, həyat amalı olub:

"44 günlük Vətən müharibəsi başa çatandan sonra prezident və birinci xanım işğaldan azad olunmuş ərazilərə saysız hesabsız səfərlər edir, hər yeri qarış-qarış gəzir, quruculuq işləri ilə bağlı müvafiq tapşırıqlar verirlər. Artıq 30 ilə yaxın erməni işğalı altında qalmış ərazilərimizə yenidən həyat qayıdır.

Prezident İlham Əliyev və Mehriban Əliyeva torpaqlarımız erməni işğalı altında olduğu dövrdə öz ad günlərini və həyatlarının əlamətdar hadisələrini məcburi köçkün və qaçqınlarla görüşərək onlara mənzillər verir, sosial problemlərini həll edir və yenidən doğma yurdlarına qayıdacağı ilə bağlı söz verirdilər. Artıq dövlət başçımız bu vədi yüksək səviyyədə icra etdi və bu gün artıq Böyük Qayıdışa dair Dövlət Proqramı uğurla həyata keçirilir".
Deputat bildirib ki, artıq torpaqlarımız azaddır, Prezident İlham Əliyev və Mehriban Əliyeva bir fateh kimi işğaldan azad olunmuş ərazilərə səfərlər edirlər:

"Onlar həyatlarının əlamətdar günlərini bu ərazilərdə yeni layihələrin təməlqoyma və ya açılış mərasimlərinə həsr edərək öz doğma yurdlarına qayıtmış keçmiş məcburi köçkünlərlə qeyd edir və sevinclərini bir yerdə bölüşürlər".

A.Badamov qeyd edib ki, Prezident İlham Əliyevin və Mehriban Əliyevanın Kəlbəcər və Laçın rayonlarına səfəri də bu baxımdan çox əhəmiyyətli və yüksək dəyərləndirilən hadisədir:

"Ölkə başçımız və birinci xanım Kəlbəcər rayonuna səfəri çərçivəsində "AzərEnerji" Açıq Səhmdar Cəmiyyətinin "Çıraq-1" və "Çıraq-2" Kiçik Su Elektrik stansiyalarının açılışında iştirak ediblər, Zar kəndinin təməlqoyma mərasiminə qatılıblar və "İstisu" mineral sudoldurma zavodunun tikintisi və "İstisu" Müalicə-İstirahət Kompleksində görülən işlərlə tanış olublar. Dövlətimizin başçısının və birinci vitse-prezidentin Laçına səfəri xüsusi hadisələrlə yadda qalıb. Belə ki, Prezident İlham Əliyev və Mehriban Əliyeva səfər zamanı "Mişni" və "Alxaslı" Kiçik Su Elektrik stansiyalarının, "Hoçazfilm" yaradıcılıq studiyasının çəkiliş pavilyonunun, "Həkəri Balıq Təsərrüfatı"nın, 2 nömrəli tam orta məktəbin əsaslı təmirdən sonra açılışında iştirak ediblər. Bundan əlavə, onlar Kəlbəcər–Laçın avtomobil yolunun 38-ci kilometrliyindən 76-cı kilometrliyinədək olan hissəsində görülən işlərlə, Laçının sənaye zonasında mebel fabrikinin açılışında iştirak edib, bir sıra müəssisələrdə yaradılan şəraitlə, Zabux kəndində görülmüş işlərlə tanış olublar və sakinlərlə görüşüblər. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Laçın şəhərində Mənzərəli terrasda və Bayraq Meydanının qarşısında keçirilən "Laçın şəhəri günü" bayram şənliklərində iştirak ediblər".

Milli Məclisin deputatı xatırladıb ki, bu gün - 26 avqust Azərbaycanın Birinci vitse-prezidenti, ölkənin birinci xanımı Mehriban Əliyevanın doğum günüdür:

"Hesab edirəm ki, belə bir əlamətdar gündə Prezident İlham Əliyev və Mehriban Əliyevanın azad Laçında laçınlılarla bir yerdə olması hər bir azərbaycanlını qürurlandırır və bu hadisə böyük siyasi əhəmiyyət daşıyır. Xalqını sevən dövlət rəhbərlərini xalq da sevir və hər zaman dövlət başçısına dayaq dayanır. Fürsətdən istifadə edərək Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edir, can sağlığı və gələcək fəaliyyətlərində uğurlar arzulayıram".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1285   Tarix: 26 avqust 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar videoçarx paylaşılıb. paylaşımı təqdim edir:

20 sentyabr
.

"Əsrin müqaviləsi"nin imzalanmasının 32-ci ildönümüdür

"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il ötür. xatırladır ki, sentyabrın 20-si Azərbaycanda Xəzərin milli sektorunda yerləşən "Azəri-Çıraq-Dərinsulu Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü Sazişinin ("Əsrin müqaviləsi") ildönümü və neft-qa

20 sentyabr
.

Prezident Ramil Usubovu və həmkarlarını qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubovu, Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi, Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi, Özbəkistan Respublikasının Prezident

17 sentyabr
.

Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur

Sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunur. xatırladır ki, bununla bağlı Prezident İlham Əliyev 2024-cü il sentyabrın 19-da Sərəncam imzalayıb. Ermənistanın ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbayca

20 sentyabr
.

Prezident İlham Əliyev: "Regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır"

"Ətrafımızda müharibələr gedir və bu müharibələrin nə sonu, nə də qurtaracağı görünür. Müharibələrin coğrafiyası genişlənir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən səsləndirib. "Döyüşə

17 sentyabr
.

Prezidentdən Famil Mustafayevlə bağlı sərəncam

Famil Front oğlu Mustafayev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. -a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. O, Azərbaycan Respublikasında elmi fəaliyyətin qiymətləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə bu təltifə layi

17 sentyabr
.

İlham Əliyevin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar paylaşım edilib. paylaşımı təqdim edir:

19 sentyabr
.

Prezident İlham Əliyev Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olublar. AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına və birinci xanım

17 sentyabr
.

"Köhnə avtomobillə yorğan-döşək gətirmişdi" - Prezident Sərvərdən danışdı+Video

Ötən gün Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyənin Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi ilə görüşü zamanı 2023-cü ildə Türkiyədə baş verən dəhşətli zəlzələ zamanı Türk dövlətlərinin göstərdiyi dəstəkdən danışılıb. "Qafqazinfo" xəbər verir ki, söhbət əsnasında 2023-cü ild

18 sentyabr