Qərbi Azərbaycan Xronikası: Ardanışda 4000 illik türk məzarlığında gizlədilənlər - FOTO/VİDEO

Qərbi Azərbaycan Xronikası: Ardanışda 4000 illik türk məzarlığında gizlədilənlər - FOTO/VİDEOQərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında Göyçə mahalının, Çəmbərək (Krasnoselo) rayonunun Ardanış kəndi haqqında xüsusi buraxılış hazırlanıb.

"Report" xəbər verir ki, verilişdə Ardanış kəndinin tarixi, etnoqrafiyası, mədəniyyəti, xalçaçılığı, mətbəxi, toyları, aşıq sənəti, bayram ənənələri, iqtidsadiyyatı, kənd təsərrüfatı və digər sahələrindən geniş söhbət açılıb.

Bildirilib ki, Ardanış Göyçə gölünün sahilində, dəniz səviyyəsindən 1975 metr hündürlükdə yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə "Ərdanuc", Qafqa­zın 5 verstlik xəritəsində "Ardanic" formasında qeyd edilib. Toponim qədim türk dilində "dağ", "dağlıq", "dağ kəndi" mənasında işlənən "art" sözündən və məkan an­layışı bildirən "-an" və "-ış" sözdüzəldici şəkilçi­sindən ibarət olub, "dağlıq yerdə yerləşən kənd" mənasını bildirir. Kənddə yal­nız azərbaycanlı yaşayıb və müxtəlif illərdə, ən son isə 1988-ci il noyabrın 24-dən 28-dək ta­rixi-etnik torpaqlarından qovulub.

Qeyd olunub ki, Ardanış qədim və zəngin tarixə malik bir bölgədə - Göyçə mahalının şimal-şərqində yerləşir. Ərazidəki tarixi abidələr - Armudlu ərazisində Alban məbədinin qalıqları, o cümlədən Çaldakı alban qəbiristanlığı, eləcə də "Ocağın başı" adlanan dağ zirvəsində alban kilsəsinin qalıqları, Adatəpə, Böyük meşənin qənşərində və bir sıra digər yerlərdə aşkar edilmiş qədim oğuz qəbirləri, Ardanış yaxınlığındakı mağaralar və s. qədim dövrlərin yadigarları olaraq minilliklər boyu bu diyarın, bu ərazinin yaşayış məskəni olduğunu sübut edir. Ardanış ərazisindəki tarixi abidələr və tapılan maddi-mədəniyyət nümunələri bu ərazinin bizim eradan əvvəl III-II minilliklərdə məskunlaşdığını göstərir.

Həmçinin diqqətə çatdırılır ki, əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıq olub. Kənddə iqtisadiyyatın əsasını tütünçülük, taxılçılıq, heyvandarlıq təşkil edib. Balıqçılıq, bağçılıq və arıçılıq da xeyli inkişaf edib. Kənddə üçmərtəbəli orta məktəb binası, mədəniyyət evi, ticarət və ictimai-iaşə müəssisələri, hamam, elektriklə işləyən dəyirman, ağac emalı qurğusu, heyvandarlıq üçün yem emalı sexi və s. var idi.

Verilişdə Ardanışda olan 4000 illik türk məzarlığında gizlədilənlər, alban abidələri, Nadir şahın ordusunun, taun xəstəliyindən qırılan Nadir şahın ordusunun kütləvi məzarlıqları, Ardanış-türk tarixini əks etdirən abidələrin üzərində yazı və simgələr üzə çıxarılır, "Əmir Teymur Ardanışda alban abidəsini niyə dağıdıb" sualına aydınlıq gətirilir.

Vurğulanır ki, Göyçədə 2000 ildən çox torpaq altında qalmış mərz daşının üzərindəki yazı Azərbaycan dilində ən qədim yazı nümunəsidir.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş avqustun 26-da saat 19:30-da "Baku TV"nin efirində və yutub kanalında yayımlanıb.


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 2097   Tarix: 27 avqust 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar videoçarx paylaşılıb. paylaşımı təqdim edir:

20 sentyabr
.

"Əsrin müqaviləsi"nin imzalanmasının 32-ci ildönümüdür

"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il ötür. xatırladır ki, sentyabrın 20-si Azərbaycanda Xəzərin milli sektorunda yerləşən "Azəri-Çıraq-Dərinsulu Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü Sazişinin ("Əsrin müqaviləsi") ildönümü və neft-qa

20 sentyabr
.

Prezident Ramil Usubovu və həmkarlarını qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubovu, Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi, Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi, Özbəkistan Respublikasının Prezident

17 sentyabr
.

Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur

Sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunur. xatırladır ki, bununla bağlı Prezident İlham Əliyev 2024-cü il sentyabrın 19-da Sərəncam imzalayıb. Ermənistanın ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbayca

20 sentyabr
.

Prezident İlham Əliyev: "Regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır"

"Ətrafımızda müharibələr gedir və bu müharibələrin nə sonu, nə də qurtaracağı görünür. Müharibələrin coğrafiyası genişlənir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən səsləndirib. "Döyüşə

17 sentyabr
.

Prezidentdən Famil Mustafayevlə bağlı sərəncam

Famil Front oğlu Mustafayev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. -a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. O, Azərbaycan Respublikasında elmi fəaliyyətin qiymətləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə bu təltifə layi

17 sentyabr
.

İlham Əliyevin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar paylaşım edilib. paylaşımı təqdim edir:

19 sentyabr
.

Prezident İlham Əliyev Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olublar. AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına və birinci xanım

17 sentyabr
.

"Köhnə avtomobillə yorğan-döşək gətirmişdi" - Prezident Sərvərdən danışdı+Video

Ötən gün Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyənin Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi ilə görüşü zamanı 2023-cü ildə Türkiyədə baş verən dəhşətli zəlzələ zamanı Türk dövlətlərinin göstərdiyi dəstəkdən danışılıb. "Qafqazinfo" xəbər verir ki, söhbət əsnasında 2023-cü ild

18 sentyabr