İlham Əliyev qırğız həmkarını təbrik edib
Prezident İlham Əliyev Qırğız Respublikasının Prezidenti Sadır Japarova təbrik məktubu ünvanlayıb.
President.az-ın xəbərinə görə, məktubda deyilir:
"Hörmətli Sadır Nurqojoyeviç, Qırğız Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımı çatdırıram.
Keçən il qardaş Qırğızıstana dövlət səfərim zamanı Sizin rəhbərliyiniz altında aparılan genişmiqyaslı islahatların və quruculuq işlərinin ölkənizin hərtərəfli inkişafına və rifahına xidmət etdiyini görməkdən məmnun oldum.
Diplomatik münasibətlərimizin qurulmasından ötən otuz ildə qardaş xalqlarımızın iradəsindən qaynaqlanan Azərbaycan-Qırğızıstan dostluq əlaqələri möhkəmlənib, qarşılıqlı maraq doğuran əməkdaşlığımız davamlı şəkildə inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.
Əminəm ki, ortaq köklərə, qardaşlığa, qarşılıqlı inam və etimada əsaslanan dövlətlərarası münasibətlərimizin genişləndirilməsi, yüksələn xətlə inkişaf edən strateji tərəfdaşlığımızın daha da möhkəmləndirilməsi naminə birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə müvəffəqiyyətlər, qardaş Qırğız Respublikasına daim əmin-amanlıq və firavanlıq arzulayıram".
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 648 Tarix: 31 avqust 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTürküstünda TDT liderləri çay süfrəsində söhbətləşiblər
Qazaxıstanın Türküstan şəhərində Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü ərəfəsində liderlər çay süfrəsində bir araya gəliblər. xəbər verir ki, görüşdə Azərbaycan, Türkiyə və Özbəkistan liderləri, həmçinin Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Omuraliye
15 mayHərbi qulluqçuların Kəlbəcərdə minaya düşməsi ilə bağlı araşdırma aparılır
Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçularının Kəlbəcər rayonu ərazisində minanın partlaması nəticəsində xəsarət almaları faktı ilə bağlı Kəlbəcər Hərbi Prokurorluğunda araşdırma aparılır. xəbər verir ki, bu barədə Hərbi Prokurorluğundan məlumat verilib. Qeyd edək ki, mayın 11-d
12 mayMüasir müstəqil Azərbaycan dövlətinin banisi
Tarixin axarında elə liderlər meydana çıxır ki, onların uzaqgörənliyi, cəsarəti və xilaskarlıq missiyası bir millətin taleyində həlledici dönüş nöqtəsinə çevrilir. Belə şəxsiyyətlər dərin böhranlar şəraitində çıxış yolu göstərərək varlığı və gələcəyi təhlükə altında olan bir xalqın dirçəliş iradəsin
7 mayİlham Əliyev bp şirkətinin baş icraçı direktorunu qəbul edib - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 12-də bp şirkətinin baş icraçı direktoru Meq O’Nili qəbul edib. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı Meq O’Nili bp şirkətinin baş icraçı direktoru vəzifəsinə təyin olunması münasibətilə təbrik edib, onun rəhbərliyi ilə SOCAR-b
12 mayİlham Əliyev Qazaxıstana işgüzar səfərə gedib - FOTO - VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak etmək üçün mayın 15-də bu ölkəyə işgüzar səfərə gedib. AZƏRTAC-a istinadən xəbər verir ki, Türküsta
15 mayİlham Əliyevin Qazaxıstan səfəri başa çatdı - Video
Prezident İlham Əliyevin Qazaxıstana işgüzar səfəri başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Türküstan şəhərinin Hazret Sultan Beynəlxalq Aeroportunda dövlət başçısını Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev yola saldı
15 may