Artıq çəkinin psixoloji səbəbləri nədir?
Müasir dünyada tez-tez artıq çəki problemi ilə qarşılaşırıq. Artıq çəkinin olması və olmaması fərdi bir məsələdir. Bəzi insanlar 10-15 kiloqram artıq çəki ilə özünü normal hiss edə bilər, bəziləri isə əlavə bir kiloqramla belə özünü yaxşı hiss etmir. Artıq kilolar həqiqətən insan sağlamlığı üçün problem yarada bilər. Fiziki sağlamlığa təsirdən əlavə, piylənmə həm də mövcud olan psixoloji problemləri ağırlaşdıra bilər.
Bu barədə Sonxeber.az-a açlıqlamasında psixoloq Sevinc Həbibova danışıb.
Onun sözlərinə görə, əgər artıq çəki psixosomatikadan (psixoloji, emosional və sosial hadisələrin bədən xəstəlikləri ilə əlaqəsini öyrənən elm) qaynaqlanırsa və "zehni yaralar" heç vaxt müalicə olunmursa, bu, ciddi yemək pozğunluqlarına – anoreksiya və bulimiyaya səbəb ola bilər.
Bəs artıq çəkinin psixoloji səbəbləri nədir?
Sualı cavablandıran psixoloq bunun bir neçə əsas psixoloji səbəbinin olduğunu bildirib:
1. Yemək antidepressant olur. Çoxları üçün sevimli yemək əsəb gərginliyini aradan qaldırmağın ən əlverişli yoludur. Bu vəziyyətdə stresin çəkiyə təsiri göz qabağındadır. Lakin gərginliyi başqa yollarla idarə etməyi öyrənməlisiniz.
2. Özünü aşağı qiymətləndirmək. Çox vaxt uşaqlıqda özünə hörməti aşağı olan insanlar daha çox kilolu olur və ya yetkin yaşlarında piylənmədən əziyyət çəkirlər.
3. Məsuliyyət hissinin aşağı səviyyədə olması. Bütün dərdlərində başqalarını və ya xarici şərtləri günahlandıran bu kateqoriya insanlar da risk altındadır. Tədqiqatçıların müşahidələrinə görə, onların çəkisi tez-tez artır.
4. Müsbət emosiyaların çatışmazlığı. İnsan qida vasitəsilə mənfi emosiyalardan qurtulur. Nəticədə - əlavə çəki kifayət qədər tez yığılır.
5. Günahkarlıq hissi. Çox vaxt özünü nədəsə günahkar hiss edib, əzab çəkən insanlar şüuraltı olaraq artıq çəki qazanmaqla özlərini cəzalandırırlar. Lakin nəticədə, bu, onlara mənəvi rahatlıq vermir və sağlamlıq problemləri daha da artır.
6. Qoruma ehtiyacı. Bu, bəlkə də, insanların kökəlməsinin ən çox yayılan səbəbidir. Şüuraltı səviyyədə bir insan təhlükəsiz olduğuna inanmırsa, bir qayda olaraq yeməyə söykənməyə başlayır və sonradan qazanılmış kiloqramlar qoruyucu bir qabıq rolunu oynayır.
7. Özünə əhəmiyyət əlavə etmək ehtiyacı. Çox vaxt vəzifəyə keçəndən sonra bir çox insan "nüfuzlu şəxs" kimi görünməsi üçün kilo alır. Eyni şey övladları onlara itaət etməyən valideynlərlə də baş verə bilər: öz səlahiyyətlərini artırmaq üçün bilmədən kökələ bilərlər.
Belə hallarda artıq çəki və ya piylənmədən qurtulmaq yalnız psixoloqla işləmək sayəsində mümkündür.
Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq Baxılıb: 1594 Tarix: 08 sentyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Protein niyə lazımdır?
Mütəxəssis bildirir ki, günorta saatlarında yaranan halsızlıq və enerji azalmasının əsas səbəblərindən biri düzgün qidalanmamaqdır. Axşam.az xəbər verir ki, zülal və ya lif baxımından kasad olan nahar yeməkləri günün ikinci yarısında yorğunluq, diqqət dağınıqlığı və beyin dağınıqlılığı daha da artırır
1 noyabrQonşunun məsləhəti sizi xəstə edə bilər! - ƏHALİYƏ XƏBƏRDARLIQ
Baş ağrıyır, aptekə gedirik, soyuqlayırıq, tanışdan eşitdiyimiz dərmanı alıb içirik. Bəzən qonşunun məsləhəti, bəzən qohumun tövsiyəsi, bəzən də sosial şəbəkələrdə oxuduğumuz məlumat bizi həkimə getmədən müalicəyə başlamağa sövq edir. "Filankəs içib, xeyrini görüb, mənə də kömək edər" deyi
1 noyabrCOVID-dən sonra dadbilmənin niyə bərpa olunmadığı AÇIQLANDI
Bəzi insanlarda COVID-19 infeksiyasından bir ildən çox vaxt keçməsinə baxmayaraq, dadbilmə qabiliyyətinin niyə tam bərpa olunmadığına dair yeni məlumatlar əldə edilib. xarici mediaya istinadən xəbər verir ki, alimlər uzunmüddətli dadbilmə pozğunluğu yaşayan şəxslərin dad reseptorlarını araşdırıblar
25 oktyabrQışda dəriyə qulluq zamanı edilən əsas səhvlər
İstilik mövsümündə mənzillərdə havanın quruması dərinin daha sürətlə nəm itirməsinə səbəb olur. Bu dövrdə isti su ilə yuyunmaq, skrablardan həddindən artıq istifadə etmək və dərini tez-tez təmizləmək isə qoruyucu baryeri zəiflədərək quruluğu daha da artıra bilər. Qaynarinfo xəbər verir ki, bu barəd
28 oktyabrDiabet xəstələri banan yeyə bilər?
Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. Bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir. Lakin elmi məlumatlar məsələnin daha mürəkkəb olduğunu ortaya qoyur. Burada yalnız meyvənin tərkibindəki təbii şəkəri
25 oktyabrGecə altı saatdan az yatanları ciddi təhlükə gözləyir
Müntəzəm yuxu çatışmazlığı ürək-damar sisteminə, maddələr mübadiləsinə, beyin fəaliyyətinə və immun sisteminə mənfi təsir göstərə bilər. xəbər verir ki, bunu rusiyalı nevroloq Anna Suşa -ya açıqlamasında bildirib. Onun sözlərinə görə, yetkin insanların gündə 7-9 saat yatması tövsiyə olunur. "Davaml
30 oktyabrQrip mövsümündə nə yemək lazımdır? - Diyetoloq əsas qidaları açıqladı
Qrip mövsümü getdikcə güclənir və məhz bu dövrdə orqanizmin daxildən dəstəklənməsi xüsusi əhəmiyyət daşıyır. Diyetoloqlar immun sisteminin viruslara qarşı daha yaxşı mübarizə aparmasına kömək edən qida və içkiləri açıqlayıblar. Qaynarinfo xəbər verir ki, bu barədə "Fox News" məlumat yayıb
14 oktyabrƏt yeyənlər vegetarianlardan daha uzun yaşaya bilər - Araşdırmanın nəticəsi
Alimlər 80 yaşdan yuxarı insanlar arasında apardıqları araşdırmada ət yeyən qadınların 100 yaşına çatmaq ehtimalının vegetarianlarla müqayisədə daha yüksək olduğunu müəyyən ediblər. Lakin tədqiqatın nəticələri bütün insanlara şamil edilmir və burada mühüm bir məqam var: qidalanma ilə yanaşı, insanı
16 oktyabrHepatit B və C tam müalicə olunur? - Mütəxəssis danışdı
Virus hepatitləri qaraciyərin iltihabına səbəb olan və geniş yayılmış infeksion xəstəliklər sırasındadır. Xəstəliyin bəzi növləri kəskin formada keçsə də, hepatit B və C uzun müddət heç bir əlamət vermədən inkişaf edərək xroniki xarakter ala, qaraciyərin ciddi zədələnməsinə səbəb ola bilər. Bununla yanaşı
1 noyabr