Samer Elias: "Danimarka Quranın yandırılmasını qadağan edəcək, Türkiyə isə İsveçi NATO-ya buraxmayacaq"

Samer Elias: "Danimarka Quranın yandırılmasını qadağan edəcək, Türkiyə isə İsveçi NATO-ya buraxmayacaq""Quran"ın yandırılması hallarının qeydə alındığı Danimarkada bu qəbildən hərəkətlərin qadağan edilməsinin planlaşdırıldığı açıqlanıb. Və ola bilər ki, bir aydan sonra belə bir qərar verilsin".

Bu sözləri Danimarkadan olan jurnalist, analitik, beynəlxalq əlaqələr üzrə ekspert Samer Elias deyib.

Samer Elias ötən yay İsveçin ardınca Danimarkada da "Quran"ın yandırılması ilə əlaqədar təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, eləcə də Danimarka hakimiyyətinin dini kitabların təhqir olunmasını qadağan etmək qərarı barədə bildirib ki, belə bir qanunun qəbul olunması mümkündür.

"Bəli, bu belədir. Şans var ki, belə bir qanunun parlamentdən keçirilməsinə nail olunsun. Çünki hökumət koalisiyası ölkənin qanunverici orqanında çoxluğa malikdir. Amma qanuna görə, bir ay ərzində məsləhətləşmələr aparılmalıdır, ondan sonra isə Folketinqdə (Xalq Şurasında) üç oxunuşda nəzərdən keçiriləcək. Hazırda bu məsələ ilə bağlı ciddi müzakirələr gedir. Əksəriyyət bu qərarı alqışlayır, lakin təbii ki, buna qarşı çıxan bir neçə partiya da var. Bəzi sol və ultrasağ partiyalar da onların sırasındadır. Bununla belə düşünürəm ki, nəticədə qanun qəbul olunacaq", - deyə analitik qeyd edib.

Samer Elias "Quran"ın yandırılması ilə bağlı barbar hərəkətlər davam edəcəyi halda Türkiyə parlamentinin İsveçin NATO-ya qəbulu ilə bağlı protokolları təsdiq edib-etməyəcəyi ilə bağlı da fikrini bildirib.
"Hesab edirəm ki, Türkiyə parlamenti təsdiq etməyəcək. Türkiyənin arxasından hələ Macarıstan da "boylanır" ki, bu ölkə parlamenti də hələ öz sözünü deməyib.

Və nə qədər qəribə səslənsə də, bu, Türkiyənin xeyrinədir. Çünki Ankaranın Qərb, Ukrayna və Rusiya arasında vasitəçi mövqeyi yalnız güclənəcək. Türkiyə bu cür danışıqlar apara biləcək yeganə ölkədir", - deyə ekspert vurğulayıb.


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 812   Tarix: 09 sentyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Prezident: "Enerji təhlükəsizliyi ilə bağlı məsələlər bugünkü şəraitdə mühüm əhəmiyyət kəsb edir"

"Ölkələrimiz böyük təbii ehtiyatlara malikdir və bu da böyük üstünlükdür. Bu təbii ehtiyatlar dövlətlərimizin möhkəmlənməsinə, xalqlarımızın rifahının yüksəlməsinə xidmət edir, həmçinin bütün dünya üçün mühüm rol oynayır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliye

17 sentyabr
.

Lokal antiterror əməliyyatı Azərbaycanın və İlham Əliyevin qüdrətini bütün dünyaya göstərdi - ŞƏRH

"2023-cü il sentyabrın 19-20-də bir sutkadan da az davam edən lokal antiterror əməliyyatı nəticəsində Qarabağdakı bölücülüyə və Ermənistanın təcavüzünə birdəfəlik son qoyuldu. Eyni zamanda, Ermənistanın arxasındakı qüvvələrə açıq mesaj verildi ki, Azərbaycanla bu oyunlar dayandırılmalıdır və birdəfəli

19 sentyabr
.

20 sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

Sentyabrın 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür. Bu il Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü artıq ikinci dəfə qeyd olunur. Prezident İlham Əliyevin 2024-cu il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavən

17 sentyabr
.

Prezident Ramil Usubovu və həmkarlarını qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubovu, Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi, Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi, Özbəkistan Respublikasının Prezident

17 sentyabr
.

İlham Əliyevin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar paylaşım edilib. paylaşımı təqdim edir:

19 sentyabr
.

Prezidentlə xanımı Şamaxıya getdi - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Şamaxı rayonuna səfər ediblər. "Qafqazinfo" xəbər verir ki, dövlət başçısı və birinci xanım Ümummilli Lider Heydər Əliyevin Şamaxı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət ediblər

17 sentyabr
.

Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH

"2023-cü il sentyabrın 28-də qondarma "Artsax" rejiminin özünü lider kimi təqdim edən Samvel Şahramanyan tərəfindən imzalanmış sənədin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpa olunması tarixində heç bir əhəmiyyəti, dəyəri və məzmunu yoxdur. Çünki Şahramanyan həmin sənədi imzalayan

21 sentyabr
.

Prezidentdən TDT-yə üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət ünvanlayıb. AZƏRTAC-a istinadən xəbər verir ki, müraciətdə deyilir:. "Hörmətli tədbir iştirakçıları!. Sizi Türk Dövlətləri Təşkilatına üzv ölkələri

17 sentyabr
.

Azərbaycan Prezidenti: "TDT çərçivəsində gənclər təşkilatlarımızın qarşılıqlı fəaliyyətinə daha çox diqqət yetirməliyik"

"Müəyyən beynəlxalq mərkəzlərdən ölkələrimizin dövlət maraqlarının sarsıdılmasına yönəlmiş fəaliyyət prinsipləri dəyişməz olaraq qalır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Onları

17 sentyabr