İran ordunu sərhədimizə yığır: "müdaxilə" edə bilər?

İran ordunu sərhədimizə yığır: "müdaxilə" edə bilər?İranın dövlət mediası, SEPAH-a bağlı informasiya resursları ordunun hazır vəziyyətə gətirilməsi ilə bağlı xəbərlər tirajlayır. Bildirilir ki, Azərbaycan və Ermənistanın sərhəd bölgələrində PUA-lar kəşfiyyat uçuşları aparır. Tehranın Ermənistanın ərazi bütünlüyünə qarşı atılan hər hansı addıma səssiz qalmayacağı və reaksiya verəcəyi vurğulanır.

Bu sözləri Axar.az-a Güney Azərbaycan Milli Dirəniş Təşkilatının sözçüsü Məcid Cavadi İran ordusunun hazır vəziyyətə gətirilməsi ilə bağlı yayılan xəbərləri şərh edərkən deyib.

O bildirib ki, Tehran hökumətinin bu məsələdə ciddi addımlar atacağı real görünmür:

"Bununla bağlı iki məsələyə diqqət çəkmək istəyirəm. Birincisi odur ki, İran Güney Azərbaycan məsələsindən və orada əhalinin 40 faizindən çoxunu təşkil edən türklərdən dolayı, antitürk siyasəti aparır. Çalışır ki, Türkiyə və Azərbaycanın Zəngəzur üzərindən birləşməsinə mane olsun. Bunun İranın daxilində gələcək "tarazlığa", yəni fars millətçilik axınına zərər vura biləcəyini anlayır. Amma düşünmürəm ki, İran Azərbaycana qarşı ciddi bir təxribata əl atsın. Burada daxili məsələlərlə yanaşı, xarici ölkələr faktoru da var. Sadəcə, psixoloji hərbi təbliğatla məşğuldur".

Onun sözlərinə görə, İran belə bir fikir formalaşdırmaqla daxildəki problemlərdən diqqəti yayındırmaq istəyir:

"Ötənilki sentyabr etirazlarının ildönümü yaxınlaşır. Rejim etirazların təkrar ola biləcəyindən çox qorxur. Odur ki, fərqli işlərə əl atır. İstər Güney Azərbaycanda, istər ölkənin başqa bölgələrində etirazları zəiflətmək üçün əlindən gələni edir. Böyük ehtimalla, xarici düşmən və təhdid bəhanəsi uyduraraq, ictimaiyyətin diqqətini əsas məsələdən yayındırmağa çalışır".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 2238   Tarix: 09 sentyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezident: "Gənc nəslin vətənpərvərlik, milli prinsiplərə sadiqlik ruhunda tərbiyə olunması da çox vacibdir"

"Ölkələrimizdə (TDT ölkələrində - red.) milli prinsiplər, milli özünüdərk prinsipləri bəzən bizə kənardan təlqin etməyə çalışdıqları digər prinsiplərdən üstündür". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərin

17 sentyabr
.

Prezident: "Birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə daha böyük rol oynasın"

"Biz birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə, beynəlxalq təhlükəsizlik, beynəlxalq ticarət, enerji təhlükəsizliyi və nəqliyyat bağlantıları ilə əlaqədar məsələlərdə daha böyük rol oynasın". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələri

17 sentyabr
.

Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar videoçarx paylaşılıb. paylaşımı təqdim edir:

20 sentyabr
.

Bu gün regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır

Sentyabr ayında Bakıda Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində növbəti tədbirlər keçirilib. Əvvəlcə paytaxtımız Türk Dövlətləri Təşkilatına üzv ölkələrin müsəlman dini idarə rəhbərlərinin VII görüşünə ev sahibliyi edib, Ağdam Cümə məscidində isə böyük şair, mütəfəkkir Seyid Yəhya Bakuviyə həsr olunmu

18 sentyabr
.

Lokal antiterror əməliyyatı Azərbaycanın və İlham Əliyevin qüdrətini bütün dünyaya göstərdi - ŞƏRH

"2023-cü il sentyabrın 19-20-də bir sutkadan da az davam edən lokal antiterror əməliyyatı nəticəsində Qarabağdakı bölücülüyə və Ermənistanın təcavüzünə birdəfəlik son qoyuldu. Eyni zamanda, Ermənistanın arxasındakı qüvvələrə açıq mesaj verildi ki, Azərbaycanla bu oyunlar dayandırılmalıdır və birdəfəli

19 sentyabr
.

Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur

Sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunur. xatırladır ki, bununla bağlı Prezident İlham Əliyev 2024-cü il sentyabrın 19-da Sərəncam imzalayıb. Ermənistanın ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbayca

20 sentyabr
.

Azərbaycan Prezidenti: "TDT çərçivəsində gənclər təşkilatlarımızın qarşılıqlı fəaliyyətinə daha çox diqqət yetirməliyik"

"Müəyyən beynəlxalq mərkəzlərdən ölkələrimizin dövlət maraqlarının sarsıdılmasına yönəlmiş fəaliyyət prinsipləri dəyişməz olaraq qalır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Onları

17 sentyabr
.

Prezident İlham Əliyev: "Regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır"

"Ətrafımızda müharibələr gedir və bu müharibələrin nə sonu, nə də qurtaracağı görünür. Müharibələrin coğrafiyası genişlənir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən səsləndirib. "Döyüşə

17 sentyabr
.

Prezident: "Enerji təhlükəsizliyi ilə bağlı məsələlər bugünkü şəraitdə mühüm əhəmiyyət kəsb edir"

"Ölkələrimiz böyük təbii ehtiyatlara malikdir və bu da böyük üstünlükdür. Bu təbii ehtiyatlar dövlətlərimizin möhkəmlənməsinə, xalqlarımızın rifahının yüksəlməsinə xidmət edir, həmçinin bütün dünya üçün mühüm rol oynayır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliye

17 sentyabr