Türk Dövlətləri Təşkilatının baş katibi Qarabağda qondarma prezident seçkisi ilə bağlı bəyanat yaydı
Türk Dövlətləri Təşkilatının baş katibi Kubanıçbek Ömüraliyev Azərbaycan Respublikası ərazisində qanunsuz rejimin təşkil etdiyi qondarma prezident seçkisi ilə bağlı bəyanat verib.
Bəyanat Türk Dövlətləri Təşkilatının (TDT) rəsmi səhifəsində dərc olunub.
"Türk Dövlətləri Təşkilatının Baş katibi Ermənistanın Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaratdığı qanunsuz rejim tərəfindən 9 sentyabr 2023-cü ildə təşkil edilmiş qondarma prezident seçkisi ilə bağlı dərin narahatlığını ifadə edir.
Biz bu təxribatçı əməli beynəlxalq hüququn, eləcə də Azərbaycan Konstitusiyasının və qanunlarının ciddi şəkildə pozulması, regionda sülh və sabitliyə xələl gətirilməsi kimi qiymətləndiririk və qətiyyətlə pisləyirik. Eyni zamanda biz Azərbaycanın Qarabağ bölgəsinin erməni əhalisini öz konstitusiya sisteminə reinteqrasiya etmək səylərini yüksək qiymətləndiririk.
Baş katib bir daha bəyan edir ki, Qarabağ bölgəsi Azərbaycanın və türk dünyasının tərkib hissəsidir. Buna görə də Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesinə mane ola biləcək hər hansı hərəkətlərdən çəkinməyə və konstruktiv dialoqa çağırır", - deyə bəyanatda qeyd edilib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bakıda maraqlı toy karvanı - Video
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb