Fidan-Abdullahian danışıqlarında Azərbaycanın yeri

Fidan-Abdullahian danışıqlarında Azərbaycanın yeriTürkiyənin xarici işlər naziri Hakan Fidanın Tehrana səfər edərək İranın baş diplomatı Hüseyn Əmir-Abdullahianla danışıqlarında Azərbaycan üçün vacib sayıla biləcək bir nüans müzakirə predmetinə çevrildi.

Söhbət Türkiyə və İran xarici işlər nazirlərinin Bakı-Ankara-Tehran danışıqlar formatının yaradılması ilə bağlı razılaşdırdığı nöqtədən gedir.

Bu barədə "Kaspi" qəzeti material hazırlayıb.

Klassik yanaşmanın dəyişməsindən danışa bilmərik

Bu razılıq İranla Türkiyənin regional planlarının irəliləməsinə hazırlıq mərhələsinin ikitərəfli əməkdaşlıqla möhkəmləndirilməsi məqsədlərini özündə ehtiva edir.

Lakin İran bütün regiona və qlobal oyunçulara birmənalı surətdə bəlli edir ki, Cənubi Qafqazda geosiyasi dəyişikliklər qəbuledilməzdir, Türkiyə isə Azərbaycanın yeni reallıqlar yaratmaq qabiliyyətinə nəhəng dəstək verir.

Deməli, Türkiyə ilə İran Cənubi Qafqazdakı vəziyyət üzərindən regional maraqlarını yaxınlaşdırmağa çalışsalar da, hər iki dövlətin adət edilmiş vərdişlərinin və bundan irəli gələn maraqların təminindəki klassik yanaşmasının dəyişdiyindən söz aça bilmərik.

Bununla belə, Ankara-Tehran trafikindəki əməkdaşlığın Cənubi Qafqazı əhatə edəcək sərhədlərini təyin etmək qarşılıqlı ehtiyaclardan dolayı əhəmiyyət daşıyır.

Bu mənada Abdullahian-Fidan danışıqlarının nəticələrinin Qafqaz regionu üzrə çalarlarını iki regional oyunçunun yeni tendensiyalar haqqında birgə məruzə hazırlamağa razılıq əlamətləri kimi də şərh etmək olar.

Türkiyəni narahat edən səbəb

Təbii ki, tərəflər bir-birlərinin strategiyasındakı dəyişməz ölçülərə hörməti nümayiş etdirə bilən diplomatik və hərbi-siyasi nəzakəti qorumaq öhdəliklərini də göstərməlidirlər.

Belə strateji sistem daxilində tərəflər bir-birinə qarşı hərbi seçim etmək prinsipindən qaçırlar, çünki nə Türkiyə, nə də İran bir-birilə açıq toqquşmada maraqlıdır.

İranın Azərbaycan məsələsindəki doktrinası isə Türkiyənin narahatlığına səbəb olur, çünki Ankara Bakının strateji müttəfiqi olduğundan onun strateji müdafiəsinə cavabdehlik məsuliyyətini dərk edir.

Türkiyə-İran danışıqlarının aspektlərindən aşkar olunan budur ki, onlar Cənubi Qafqazdakı gündəlik üzrə iddialarını saxlasalar da, bunun icrası üzrə izləmə konsepsiyasını qarşılıqlı şəkildə hazırlamağı düşünürlər.

Razılaşmanın anatomiyasında iqtisadi aspektlər ön plandadır

Yeri gəlmişkən, Azərbaycan üçün qeyd olunan əməkdaşlığın faydalılıq dərəcəsi Zəngəzur dəhlizi layihəsinin formatı çərçivəsində qiymətlidir. Çünki regionda "3+3" formatı (Azərbaycan, Türkiyə, Rusiya, İran, Gürcüstan, Ermənistan) səmərəli əməkdaşlıq modeli kimi təhlükəsizliyə də töhfə verən nəzəri aspektlərə malikdir.
Abdullahianla Fidanın danışıqları ümid yaradır ki, İran Zəngəzur koridorunun açılması mövzusunda Azərbaycanın mövqeyinə yaxınlaşan dairə cıza bilər.

Lakin köklü siyasətdə dəyişiklik gözlənilmədiyindən İranın Zəngəzur dəhlizinin strateji kontekstinə davamlı qarşı çıxması gözləniləndir.

Türkiyə ilə İranın razılaşmasının anatomiyasında iqtisadi aspektlər ön plandadır, belə ki, Zəngəzur koridorunu beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizinin şaxələndirilməsindəki roluna diqqət yetirilir.

Bu amil Rusiya üçün də önəm daşıyır, çünki Şimal-Cənub Nəqliyyat Dəhlizinin diversifikasiyası qlobal tədarük zəncirlərində maneələrlə üzləşən Moskvaya kompensasiyaedici platforma təqdim edir.

Azərbaycanla Türkiyə üçün isə Zəngəzur dəhlizi mövzusu "Şimal-Cənub"la yanaşı, Şərq-Qərb Beynəlxalq Nəqliyyat Marşrutunun içərisində böyüyən strateji məntiqə söykəyir.

Deməli, Azərbaycan-Türkiyə-İran formatındakı mümkün danışıqlarda ən çox iqtisadi-ticari layihələrin parlaqlaşacağını vurğulaya bilərik.

Təhlükəli təhlükəsizlik reseptləri

İqtisadi faza üzərindən regional təhlükəsizlik üçün reseptlər müxtəlif versiyalarla hazırlanmalıdır, hərçənd bu mövzuda Tehranın strateji zəkası Bakı-Ankara müttəfiqliyinin müştərək məntiqindən fərqli meyarlara söykənir.

Təkcə ona görə yox ki, Azərbaycan-Türkiyə müttəfiqliyinə qarşı İranın klassik qısqanclığı mövcuddur. Həm də bu amil nəzərə alınmalıdır ki, regionda Azərbaycan-Türkiyə-İsrail üçbucağı çəkilir və təhlükəsizlik sahəsindəki meyarlar dəyişir.

Bu faza təhlükəsizlik üzrə prioritetlərin icrasını yenidən qızışdırır, hələ nəzərə alanda ki, regionda Azərbaycan-Türkiyə-Pakistan əməkdaşlıq səviyyəsi də yüksəlir, vəziyyətin rəngini müəyyən etmək çətinləşir.

Bakı-Ankara-İslamabad ruhuna qarşı tövr nümayiş etdirən alternativ güc olan Hindistan da İranla ortaq məxrəcə gəlmək istəyir. Bu, xüsusilə Azərbaycan-Ermənistan gündəliyinə münasibətdə özünü aydın şəkildə göstərir.

Bu faktoru da qeyd etmək zəruridir ki, İran Türkiyənin ərəb dünyası və Mərkəzi Asiya ilə münasibətlərini diqqətlə izləyir. Ankaranın xarici siyasət konsepsiyasındakı formaca yeni tendensiyalara Azərbaycan və İsrail də dəstək göstərir. Bu da təbii ki, İranın maraqları ilə uyuşan səviyyədən kənardadır.

Bütün bunlardan yola çıxsaq, qarşıda hələ Azərbaycan-Türkiyə-İran formatında danışılası və yerinə yetiriləsi çox işlərin olduğu qənaəti asanlıqla formalaşır.

Ancaq Bakı-Ankara-Tehran formatı regionda dinamikanı artırmağa və siyasət, təhlükəsizlik sahəsindəki maneələri aradan qaldırmağa imkan verə biləcək faydaya malikdir.

Faydaların praktiki əhəmiyyəti daha çox İranın sərgiləyə biləcəyi davranışların xarakterindən asılıdır.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1373   Tarix: 10 sentyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

"Reuters": Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək

Kanadanın Baş naziri Mark Karni bu ay Türkiyəyə səfər etməyi və ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüş keçirməyi planlaşdırır. "Report" xəbər verir ki, bu barədə "Reuters" mənbələrə istinadən məlumat yayıb. Bildirilib ki, bu, Kanada Baş nazirinin Türkiyəyə ilk rəsmi səfəri olacaq

4 oktyabr
.

Moskvadan Kiyevdəki xarici diplomatlara xəbərdarlıq

Rusiya Xarici İşlər Nazirliyi diplomatik missiyanın personalı da daxil olmaqla, xarici vətəndaşlara Kiyevdə və Ukraynanın hərbi təyinatlı obyektlərinin yaxınlığında olmamaq barədə bir daha xəbərdarlıq edib. -ın xəbərinə görə, bu barədə bəyanat nazirliyin mətbuat xidməti tərəfindən dərc edilib. Xaric

4 oktyabr
.

Diş ağzından deyil, gözündən çıxdı - 16 yaşlı oğlanda inanılmaz hadisə - FOTO

Hindistanda 16 yaşlı yeniyetmənin göz qapağında olduqca nadir tibbi hadisə aşkarlanıb. xəbər verir ki, yeniyetmə təxminən bir ay davam edən, ağrı verməyən sol üst göz qapağındakı şişkinlik səbəbindən həkimə müraciət edib. Müayinə zamanı həkimlər iki sərt, ağ çıxıntı görüblər. Kompüter tomoqrafiyası həmi

4 oktyabr
.

Putindən Kadırovla bağlı mühüm tapşırıq - Video

"Rosqvardiya"nın direktoru Viktor Zolotov Çeçenistan rəhbəri Ramzan Kadırova ordu generalı poqonlarını və tünd qırmızı beretini təqdim edib. -ın xəbərinə görə, bu barədə TASS məlumat verib. Zolotov bildirib ki, Kadırovu Vladimir Putin vəzifəyə yüksəldib. Ona - Zolotova tapşırıq verilib ki

3 oktyabr
.

Rusiyada məhbus qatarda konvoy əməkdaşını güllələyib

Kabarda-Balkariyada (Rusiya) məhbusun məhkumların daşınması üçün olan vaqonda konvoyçulara hücumu nəticəsində Cəzaların İcrası Federal Xidmətinin bir əməkdaşı həlak olub, üç nəfər yaralanıb. "Report" xəbər verir ki, bu barədə TASS qurumun mətbuat xidmətinə istinadən məlumat yayıb. "Murtazov

4 oktyabr
.

Buryatiyada insanların həyatına təhlükə yaradan 330-dan çox ayı zərərsizləşdirilib

Mütəxəssislər Buryatiyada yaşayış məntəqələrinə yaxınlaşaraq insanlar üçün təhlükə yaradan 330-dan çox ayını zərərsizləşdiriblər. "Report" xəbər verir ki, bu barədə TASS "Burprirodnadzor"a istinadən məlumat yayıb. "İnsanlar üçün təhlükə yaradan 331 ayı zərərsizləşdirilib. Buryatiyad

3 oktyabr
.

Avropa İttifaqı Ukraynanın 2027-ci ildə təşkilata üzvlüyünü istisna edib

"Ukraynanın 2027-ci ildə Avropa İttifaqına qəbul edilməsi gözlənilmir. Həmçinin rəsmi Kiyevə siyasi birliyə inteqrasiya prosesində heç bir xüsusi imtiyaz və ya güzəştlər verilməyəcək". xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) Genişlənmə üzrə komissarı Marta Kos "Corriere"

4 oktyabr
.

Məşhur rusiyalı bloqerin Türkiyədə faciəli ölümü: Təqsirkara hökm oxundu

Məşhur rusiyalı bloqer Tatyana Ozolinanın ölümündə təqsirli bilinən türkiyəli bayker Onur Obut təxminən üç ilə qədər həbs cəzasına məhkum edilib. -ın xəbərinə görə, bu barədə mərhumun keçmiş əri Stanislav Fedorçenko sosial şəbəkə hesabında məlumat verib. "Məhkəmə onu təqsirli bildi və 2 il 11 a

3 oktyabr
.

Şimali Kiprdə gəmi qəzası: Məhkəmədə dəhşətli faktlar üzə çıxdı

Avqustun 30-da Şimali Kipr Türk Respublikasının (ŞKTR) Girnə şəhərinin sahillərində qəzaya uğrayan "FiloJet" sürət katamaranı ilə bağlı aparılan istintaq çərçivəsində həbs edilən doqquz şübhəli bu gün altıncı dəfə hakim qarşısına çıxarılıb. "Haber Global" telekanalına istinadən xəbə

4 oktyabr