Paşinyan: "Ermənistan Arazdəyən-Sədərək-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolunun açılmasının tərəfdarıdır"
Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyə ilə Azərbaycan arasında Ermənistan ərazisindən keçən nəqliyyat əlaqələrinin tərəfdarı olduğunu bildirib.
"Ermənistan Arazdəyən-Sədərək-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolunun açılmasının əleyhinə deyil, əksinə, biz bunun tərəfdarıyıq. Bu, Ermənistan üçün çox mühüm layihədir. Biz doğrudanmı regionda nəqliyyat kommunikasiyalarının açılmasının əleyhinəyik? Xeyr, biz Türkiyə ilə Azərbaycan, eləcə də Naxçıvan və Azərbaycanın qərb bölgələri arasında Ermənistan ərazisindən kommunikasiyanın qurulmasının tərəfdarıyıq", - deyə Paşinyan parlamentdə deyib.
O, regional kommunikasiyaların, qaz və neft kəmərlərinin, elektrik şəbəkələrinin Ermənistan ərazisindən keçməsinin əleyhinə olmadığını bəyan edib. Bir şərtlə ki, kommunikasiya xətləri keçəcək ölkələrin suverenliyinə hörmətlə yanaşılsın./Oxu.az
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 4916 Tarix: 13 sentyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
20 sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Sentyabrın 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür. Bu il Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü artıq ikinci dəfə qeyd olunur. Prezident İlham Əliyevin 2024-cu il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavən
17 sentyabrPrezident Ramil Usubovu və həmkarlarını qəbul edib - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubovu, Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi, Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi, Özbəkistan Respublikasının Prezident
17 sentyabrPrezidentlə xanımı Şamaxıya getdi - Fotolar
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Şamaxı rayonuna səfər ediblər. "Qafqazinfo" xəbər verir ki, dövlət başçısı və birinci xanım Ümummilli Lider Heydər Əliyevin Şamaxı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət ediblər
17 sentyabr