Vaşinqtonda Qubad İbadoğluna dəstək aksiyasında Ermənistan bayrağı qaldırıldı - FOTO
Sentyabrın 12-də Vaşinqtonda Azərbaycan Demokratiya və Rifah Partiyasının həbsdə olan sədri Qubad İbadoğluna dəstək aksiyasında Ermənistan bayrağı qaldırılıb.
Daha əvvəl Ermənistanın ABŞ-də üç qatı lobbiçisi - senatorlar Bob Menendes, Kris Van Hollen, konqresmen Kris Smit, eləcə də Azərbaycan və Türkiyə əleyhinə olan amerikalı siyasətçilərin Qubad İbadoğluna dəstəklərini ifadə etdiyini və onun dərhal azadlığa buraxılmasını tələb etdiklərini nəzərə alsaq, bu fakt təəccüb doğurmur.
Onların antiazərbaycan və ermənipərəst mesajlarının əks olunduğu kifayət qədər material tapmaq olar.
Qeyd edək ki, Qubad İbadoğlu bu ilin iyulunda həbs edilib. O, ilkin olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 204.3.1-ci (mütəşəkkil dəstə tərəfindən saxta pul və ya qiymətli kağızların hazırlanması, əldə edilməsi və ya satılması) maddəsi ilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib. Nərimanov Rayon Məhkəməsinin qərarı ilə onun barəsində üç ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
Daha sonra ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 167.3.1-ci (Dini ekstremist materialların, yəni dini ekstremist fəaliyyətə çağırış və ya bu cür fəaliyyətə haqq qazandıran və ya bu cür fəaliyyətin zəruriliyini əsaslandıran materialların hazırlanması, saxlanması və ya yayılması) maddəsi ilə yeni ittiham irəli sürülüb./Oxu.az



Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bakıda maraqlı toy karvanı - Video
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb