XİN: "ABŞ rəsmisinin fikirləri Ermənistanın Azərbaycana qarşı qarayaxma kampaniyasının elementləridir"
ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifələrini icra edən Yuri Kimin səsləndirdiyi reallığı əks etdirməyən fikirlər Ermənistanın Azərbaycana qarşı qarayaxma kampaniyasının elementlərini ehtiva edir.
BAKU.WS xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə ABŞ Senatında dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Yuri Kimin iştirakı ilə keçirilmiş dinləmələrdə səsləndirilən iddialara dair yerli mətbuatın sualına cavabında deyib.
"Bu fikirlər, 1 sentyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ABŞ dövlət katibi Antoni Blinken arasında təmaslar zamanı Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarından eyni vaxtda istifadə məsələsində razılaşma ilə ziddiyyət təşkil etməklə yanaşı, təəssüf ki, özündə Ermənistanın Azərbaycana qarşı bütün dünyada qarayaxma kampaniyasının elementlərini ehtiva edir. ABŞ tərəfinin də vasitəçiliyi ilə icra edilməsi nəzərdə tutulan bu razılaşmanın Ermənistan və onun yaratdığı qondarma rejim tərəfindən pozulması və bununla "blokada və humanitar vəziyyət" ilə bağlı iddiaların əsassız olduğu ABŞ tərəfinə yaxşı məlumdur", - deyə bildirilib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bakıda maraqlı toy karvanı - Video
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb