Səudiyyə Ərəbistanının yeni səfiri etimadnaməsinin surətini Azərbaycan XİN başçısına təqdim edib - FOTO
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov sentyabrın 16-da Səudiyyə Ərəbistanının yeni təyin olunmuş səfiri İssam bin Saleh əl-Cuteylini qəbul edib. Görüş zamanı səfir etimadnaməsinin surətini nazirə təqdim edib. C.Bayramov dost ölkə olan Səudiyyə Ərəbistanının səfirinə uğurlar arzulayıb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat yayıb.
Bildirilib ki, nazir Azərbaycan və Səudiyyə Ərəbistanı arasında müxtəlif, o cümlədən siyasi, iqtisadi, enerji təhlükəsizliyi, humanitar və s. sahələr üzrə ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin mövcudluğunu məmnuniyyətlə qeyd edərək, münasibətlərin inkişafında qarşılıqlı səfərlərin və təmasların mühüm rol oynadığını bildirib. Xüsusilə iki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı həmrəyliyin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə dəstəyin nümayiş etdirilməsi məmnunluqla xatırlanıb.
Xarici işlər nazirlərinin qarşılıqlı səfərlərinin, nazirliklər arasında keçirilmiş məsləhətləşmələrin əhəmiyyəti vurğulanıb.
Səfir iki ölkə arasında əlaqələrin inkişafından və son zamanlar həyata keçirilən ikitərəfli görüşlərdən bəhs edib. Ölkələrimiz arasında ticarət dövriyyəsinin daha da genişlənməsi istiqamətində səyləri daha da artıracağını qeyd edib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.


Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 655 Tarix: 16 sentyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İlham Əliyev Martin Çunqonqu qəbul edib - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 5-də Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqu qəbul edib. AZƏRTAC-a istinadən xəbər verir ki, söhbət zamanı dövlətimizin başçısının Martin Çunqonqla görüşləri məmnunluqla xatırlanıb. Parlamentlərarası İttifaqın baş katibi Azərbaycanl
5 mayƏbədiyaşar lider - Heydər Əliyev
Düz 103 il əvvəl may ayının 10-da Azərbaycan Respublikasının Naxçıvan şəhərində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev anadan olmuşdur. Ulu Öndər, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev Azərbaycan tarixinin yetirdiyi ən böyük şəxsiyyətlərdən biridir. Azərbaycanın 40 ilə yaxı
7 mayİlham Əliyev Qazaxıstana işgüzar səfərə gedib - FOTO - VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak etmək üçün mayın 15-də bu ölkəyə işgüzar səfərə gedib. AZƏRTAC-a istinadən xəbər verir ki, Türküsta
15 mayMeloninin Azərbaycana səfərindən - Video
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloninin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb. "Qafqazinfo" paylaşımı təqdim edir:
5 mayPrezident Melonini belə qarşıladı - Video
Xəbər verdiyimiz kimi, İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni Azərbaycana səfərə gəlib. "Qafqazinfo" xəbər verir ki, onu Prezident İlham Əliyev qarşılayıb. Qeyd edək ki, İlham Əliyev və Ciorcia Meloninin təkbətək görüşü keçirilib
4 may