Meksika qəzeti Azərbaycana qarşı qarayaxma kampaniyası barədə: Riyakarlıq və manipulyasiya sülhə maneədir

Meksika qəzeti Azərbaycana qarşı qarayaxma kampaniyası barədə: Riyakarlıq və manipulyasiya sülhə maneədirMeksikanın geniş oxuyucu kütləsinə malik olan "El Universal" qəzetində "Riyakarlıq və manipulyasiya sülhə maneə törədir" sərlövhəli məqalə dərc edilib.

Bu barədə Azərbaycanın Meksikadakı səfirliyindən bildirilib.

Məqalədə Ermənistanın "blokada" və "humanitar böhran" kimi yalanlarının, ölkəmizə qarşı apardığı qarayaxma və spekulyasiyanın, nümayiş etdirdiyi ikiüzlülük siyasətinin sülh prosesinə ciddi zərbə vurduğuna diqqət çəkilir.

Qeyd olunur ki, Praqa, Soçi və Brüssel danışıqlarından sonra hər iki ölkənin bir-birilərinin ərazi bütövlüyünü və suverenliyini tanıdığını, hətta Ermənistan baş nazirinin Qarabağı Azərbaycanın tərkib hissəsi kimi qəbul etdiyini bəyan etməsinə baxmayaraq, sözləri ilə əməlləri üst-üstə düşməyən Ermənistan rəhbərliyinin sonrakı məsuliyyətsiz hərəkətləri və Azərbaycana qarşı başlatdıqları geniş qarayaxma kampaniyası bölgədə dayanıqlı sülhün əldə olunmasını çətinləşdirir.

Məqalədə Ermənistan və onun havadarlarının "soyqırımı" terminindən sui-istifadə hallarının yalnız narazılıq doğurduğu və yəhudi icmalarının ravvinlərinin bu məqsədlə Ermənistan rəhbərliyinə etiraz məktubu ünvanlayaraq Holokostu çirkin siyasi təbliğat vasitəsinə çevirməməyə və onun qurbanlarına hörmətlə yanaşmağa çağırdığı bildirilir.

Eyni zamanda, beynəlxalq ekspert Rodni Diksonun "Okampo hesabatını" iflasa uğratdığına diqqət çəkilir, Fransa, ABŞ kimi ölkələrin siyasətçilərinin Azərbaycan xalqının uzun illər məruz qaldığı misli görülməmiş erməni vəhşiliyinə və etnik təmizləməyə, şəhər və kəndlərimizin xarabalığa çevrilməsinə göz yummalarının riyakarlıqdan başqa bir şey olmadığı vurğulanır.

Xatırladılır ki, Rusiyanın hərbi müttəfiqi olan Ermənistanın ölkəmizin ərazisində həyata keçirdiyi mina terrorunun ağır nəticələri hələ də davam edir və post-münaqişə dövründə də ermənilər məhz Laçın yolundan ölkəmizin ərazisinə mina və hərbi sursatlar daşımaq üçün sui-istifadə etmişlər. Guya "aclıqdan əziyyət çəkən" ermənilərin daha qısa və asan Ağdam yolu vasitəsilə yüklərin qəbulundan imtina etmələri isə Ermənistanın bu məsələni siyasiləşdirmək məqsədi daşımasının bariz nümunəsidir.

Həmçinin, regionda sabitliyin əldə olunması üçün bütün səylərin səfərbər edilməsinin, ölkələrin bir-birilərinin ərazi bütövlüyü və suverenliyini qarşılıqlı olaraq tanımasının və Rusiya sülhməramlılarnın nəzarəti altında olan ərazilərdən Ermənistan silahlı qüvvələrinin qalıqlarının çıxarılmasının vacibliyi vurğulanır.


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 698   Tarix: 17 sentyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Enerji sektoru iki ölkə arasındakı strateji münasibətlərin ən həlledici sütunudur" - AÇIQLAMA

"Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana reallaşdırdığı bu tarixi dövlət səfəri və Bakıda keçirilən yüksək səviyyəli strateji görüşlər iki qardaş ölkə arasındakı münasibətləri keyfiyyətcə tamamilə yeni bir pilləyə qaldırır. Xəzərin iki sahilini birləşdirən Bakı və Aşqabad ittifaq

23 iyun
.

Bu institut ləğv edilir

"Bakımənzilkommunlayihə" Layihə İnstitutu ləğv ediləcək. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Fərman imzalayıb. "Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Bakımənzilkommunlayihə" Layihə İnstitutunun ləğv edilməsi ilə bağlı zəruri tədbirlə

10 iyun
.

"Bu gün Azərbaycan Ordusu regionun ən güclü silahlı qüvvələrindən biri hesab olunur" - Pərvanə Vəliyeva

"Azərbaycan dövlətçiliyinin, müstəqilliyinin və milli təhlükəsizliyinin əlamətdar tarixi günlərindən olan 26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü xalqımızın qəhrəmanlıq salnaməsini, ordumuzun şərəfli inkişaf yolunu və vətən uğrunda canından keçmiş igid oğul və qızlarımızın əzi

23 iyun
.

Azov dənizində həlak olan iki soydaşımızın nəşi TAPILDI

İyun 5-i tarixində Azov dənizində dron hücumları nəticəsində zərər görmüş gəmilərin heyət üzvləri olan 19 nəfər Azərbaycan vətəndaşı ölkəmizə yola salınıb və onların 9 iyun tarixində günorta radələrində ölkəmizə çatmaları gözlənilir. xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirili

9 iyun
.

"Paşinyanın qələbəsi ona Azərbaycanla sülh müqaviləsinin yekunlaşdırılması istiqamətində daha güclü siyasi mandat verir" - AÇIQLAMA

"Ermənistanda keçirilən parlament seçkilərinin nəticələri göstərdi ki, Nikol Paşinyan hələ də ölkənin siyasi gündəmini müəyyənləşdirən əsas fiqur olaraq qalır. İlkin rəsmi nəticələrə görə, onun rəhbərlik etdiyi Vətəndaş Müqaviləsi Partiyası səslərin təxminən 49,8 faizini toplayaraq seçkilərin qalib

8 iyun
.

Səfir: "Almaniyada bu il Azərbaycan Prezidentinin səfərinə ümid edirlər"

"Almaniya ümid edir ki, Azərbaycan Prezidenti İlham Əliyev bu il Berlinə rəsmi səfər edəcək". "Report"a istinadən xəbər verir ki, bu barədə Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann jurnalistlərlə vida görüşündə bildirib. "Prezident Əliyevi Almaniyaya dəvət ediblər. Bi

15 iyun
.

Prezident portuqaliyalı həmkarını təbrik edib

Prezident İlham Əliyev Portuqaliya Respublikasının Prezidenti Antoniu Joze Sequruya təbrik məktubu ünvanlayıb. -a istinadən xəbər verir ki, məktubda deyilir:. "Hörmətli cənab prezident, Portuqaliya Respublikasının milli bayramı münasibətilə sizi və sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbayca

10 iyun
.

Prezident dövlət agentliyi ilə Esvatininin dövlət qurumu arasında memorandumu təsdiqlədi

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Esvatini Krallığının İnformasiya, Kommunikasiyalar və Texnologiya Nazirliyi arasında dövlət xidmətlərinin göstərilməsinin qabaqcıl mexanizminin yaradılması sahəsində əməkdaşlığa dair Anlaşm

30 iyun
.

Prezident sloveniyalı həmkarını təbrik edib

Prezident İlham Əliyev Sloveniya Respublikasının Prezidenti Nataşa Pirts Musara təbrik məktubu ünvanlayıb. -a istinadən xəbər verir ki, təbrik məktubunda deyilir:. "Hörmətli xanım Prezident,. Sloveniya Respublikasının milli bayramı - Dövlətçilik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan v

25 iyun