Qərbi Azərbaycan Xronikası: Göyçə mahalının camaatı şəkər xəstəliyinə tutulmayan kəndi - VİDEO

Qərbi Azərbaycan Xronikası: Göyçə mahalının camaatı şəkər xəstəliyinə tutulmayan kəndi - VİDEOQərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında Göyçə mahalı, Basarkeçər rayonu, Pəmbək kəndi haqqında xüsusi buraxılış hazırlanıb.

Verilişdə Pəmbək kəndinin adının mənasından söhbət açılıb. Qeyd olunub ki, bu toponim quşçu türk etnonimi ilə "iki dağ və ya təpə arasında, eləcə də düzənlikdə uzun dərin çuxur" mənasında işlənən dərə sözünün birləşməsindən əmələ gəlib. Pəmbək sözü "dərədə quşçu tayfasının yaşadığı kənd" mənasını ifadə edir və etnotoponimdir, quruluşca mürəkkəb toponimdir. Kəndin qədim tarixə malik olduğu diqqətə çatdırılaraq o da vurğulanıb ki, buradakı albanlara, oğuzlara məxsus qəbiristanlıqlarının xarabalığı müasir dövrümüzə kimi gəlib çatıb.

Bildirilib ki, Basarkeçər rayon mərkəzindən 24 kilometr şimal-qərbdə, Göyçə gölünün sahilində yerləşən Pəmbək kəndi bütün Göyçə mahalının aranı hesab edilib. Kənd başdan-başa meyvə ağaclarından ibarət olub. Burada bitən alma, armud, ərik, gavalı, gilas, qoz, üzüm və sair öz tamı və ətri ilə digər yerlərin meyvələrindən tamamilə fərqlənib. Pəmbək meşələrində də çır alma, armuddan başqa qarağac, keçiməməsi, itburnu və ya zincirli, qoyungözü, iydə və çaytikanı kimi min dərdin dərmanı hesab olan meyvə və giləmeyvə ağacları olub. Arxası meşəli yüksək dağlara söykənmiş kəndin ətəyi isə saf, dumduru suyu olan Göyçə gölünə birləşib. Bu gölün təmiz və şirin suyu adı dillər əzbəri olan balıqlarla zəngin olub. Pəmbək kəndində yaşayan azərbaycanlıların 1988-ci ildə deportasiyaya məruz qaldığı, öz tarixi-etnik torpaqlarından qovulduğu vurğulanıb.

Verilişdə Göyçə mahalının ən isti kəndi sayılan Pəmbəkin qəribə adətlərindən, həmçinin bir qayaüstü rəsmin bütün kəndi tilsimdə saxlamasından, bu yaşayış məntəqəsi sakinlərinin şəkərli diabet xəstəliyinə tutulmamalarından, kəndi şər qüvvələrdən qoruyan sehrli daşdan söhbət açılıb. Verilişdə Pəmbək kəndinə məxsus mətbəxin fərqli nümunələri təqdim olunub, qış tədarükü, mövsümi hazırlıqlar göstərilib.
Həmçinin kəndin etnik mədəni tarixini təcəssüm etdirən dekorativ-tətbiqi sənət növləri, el oyunları, adətlər və aşıq yaradıcılığı haqqında geniş məlumat verilib. Qeyd olunub ki, Pəmbək kəndinin sakinləri tutduqları mövqedən, mənsub olduqları yaşdan asılı olmayaraq, bu yaşayış məntəqəsinin tarixini, adətlərini xatırlayır, yaşadır və özlərindən sonra gələnlərə ötürürlər. Bununla təkcə Pəmbək kəndini yaşatmır, eyni zamanda Böyük Qayıdış üçün də əsaslı zəmin yaradırlar. Verilişdəki müsahibə və çıxışlarda bu məqamlar daha qabarıq tərzdə özünü əks etdirib.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1158   Tarix: 17 sentyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Prezidentdən Famil Mustafayevlə bağlı sərəncam

Famil Front oğlu Mustafayev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. -a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. O, Azərbaycan Respublikasında elmi fəaliyyətin qiymətləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə bu təltifə layi

17 sentyabr
.

Tariximizə qızıl hərflərlə yazılan gün - 20 sentyabr

Vətən müharibəsində misilsiz şücaət göstərən Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2023-cü il sentyabr ayının 19-20-də lokal xarakterli antiterror tədbirləri keçirməklə düşmənə növbəti dəfə hünərini göstərdi. Birgünlük hərbi əməliyyatlar nəticəsində Qarabağdakı qanunsuz hərb

17 sentyabr
.

Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur

Sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunur. xatırladır ki, bununla bağlı Prezident İlham Əliyev 2024-cü il sentyabrın 19-da Sərəncam imzalayıb. Ermənistanın ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbayca

20 sentyabr
.

İlham Əliyevin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar paylaşım edilib. paylaşımı təqdim edir:

19 sentyabr
.

İlham Əliyev neft sənayesi işçilərini təltif etdi - Siyahı

Prezident İlham Əliyev neft sənayesi işçilərinin təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, onlar Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə təltif ediliblər. 3-cü dərəcəli "Əmək" ordeni ilə. Bağırova Ülviyə Adil qızı. Bayatlı Tamam Fərman qızı

19 sentyabr
.

Azərbaycan Prezidenti: "BMT sistemi normal fəaliyyət göstərsəydi, ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq"

Prezident İlham Əliyev sentyabrın 17-də TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən beynəlxalq hüququn pozulması hallarından danışıb. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı deyib: "Azərbaycan 30 il ərzində bununla üzləşib. Biz öz hüquqlarımız

17 sentyabr
.

İlham Əliyev: "Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir"

"Azərbaycan-Türkiyə bu gün dünyada və bölgəmizdə vahid bir məkan kimi çox önəmli amildir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib. "Bizim birgə fəaliyyətimiz bölgəmizdə və dünyad

17 sentyabr
.

"Köhnə avtomobillə yorğan-döşək gətirmişdi" - Prezident Sərvərdən danışdı+Video

Ötən gün Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyənin Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi ilə görüşü zamanı 2023-cü ildə Türkiyədə baş verən dəhşətli zəlzələ zamanı Türk dövlətlərinin göstərdiyi dəstəkdən danışılıb. "Qafqazinfo" xəbər verir ki, söhbət əsnasında 2023-cü ild

18 sentyabr
.

Prezident: "Enerji təhlükəsizliyi ilə bağlı məsələlər bugünkü şəraitdə mühüm əhəmiyyət kəsb edir"

"Ölkələrimiz böyük təbii ehtiyatlara malikdir və bu da böyük üstünlükdür. Bu təbii ehtiyatlar dövlətlərimizin möhkəmlənməsinə, xalqlarımızın rifahının yüksəlməsinə xidmət edir, həmçinin bütün dünya üçün mühüm rol oynayır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliye

17 sentyabr