Ermənistanın Azərbaycana qarşı təxribatları intensivləşir - ŞƏRH
Ermənistan silahlı qüvvələri və Azərbaycan ərazisindəki cinayətkar rejimin tör-töküntüləri tərəfindən ölkəmizə qarşı həm şərti sərhəddə, həm də Azərbaycanın Qarabağ iqtisadi rayonunda törədilən təxribatlar getdikcə daha da intensivləşir və onların coğrafiyası genişlənir.
AZƏRTAC xəbər verir ki, son aylar baş vermiş təxribatların sayında müşahidə edilən artım da bunu bir daha göstərir.
Belə ki, əgər bu ilin iyul ayında Ermənistan-Azərbaycan şərti sərhədində və Azərbaycanın Qarabağ iqtisadi rayonunda törədilmiş təxribatların ümumi sayı 28 idisə (şərti sərhəddə - 12, Qarabağ iqtisadi rayonunda - 7, kvadrokopter və dron tətbiqi - 1, fortifikasiya işləri - 6, digər təxribatlar - 2), avqust ayında onların ümumi sayı 45-ə çatıb (şərti sərhəddə - 17, Qarabağ iqtisadi rayonunda - 3, kvadrokopter və dron tətbiqi - 4, diversiya qruplarının fəaliyyəti - 2, fortifikasiya işləri - 11, digər təxribatlar - 8).
Sentyabr ayında isə təxribatların sayı kəskin surətdə çoxalıb. Belə ki, hələ ayın yarısını geridə qoymağımıza baxmayaraq, Ermənistan silahlı qüvvələri və Azərbaycan ərazisindəki cinayətkar rejimin tör-töküntüləri tərəfindən törədilən təxribatların sayı artıq 61-ə çatıb (şərti sərhəddə - 29, Qarabağ iqtisadi rayonunda - 3, kvadrokopter və dron tətbiqi - 6, diversiya qruplarının fəaliyyəti - 1, fortifikasiya işləri - 18, digər təxribatlar - 4).
Bütün bunlar göstərir ki, Ermənistan Azərbaycanın irəli sürdüyü sülh təklifini qəbul etmir, bölgədə vəziyyəti qəsdən gərginləşdirməkdə maraqlıdır. Ermənistanın təxribatlarının qarşısını almaq məqsədilə Azərbaycan Respublikasının Silahlı Qüvvələri bütün lazımi tədbirləri görür və bundan sonra da görəcək. Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, vəziyyətin qəsdən gərginləşdirilməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bakıda maraqlı toy karvanı - Video
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb