"ABŞ Qarabağdakı hərbi xuntanı leqallaşdırmağa çalışır" - RƏY
"ABŞ bugünkü reallıqları görməzdən gəlir və ciddi cəhdlə Qarabağdakı hərbi xuntanı leqallaşdırmağa çalışır".
"Report" xəbər verir ki, bunu "Xankəndi" Məcburi Köçkünlərə Dəstək İctimai Birliyinin sədri Xatirə Vəliyeva deyib.
O bildirib ki, hegemonluğu ilə dünyaya meydan oxuyan ABŞ erməniləri öz maşasıyla aşağı-yuxarı "fatı qalx, fatı otur" komandası ilə tənzimləyir:
"ABŞ-nin yürütdüyü siyasətin təməlində yalnız öz maraqlarının dayandığı, riyakarlığın, xəyanətin və satqınlığın dövlət siyasəti səviyyəsinə yüksəldiyi aydın görünür. Belə olmasaydı, ABŞ Dövlət Departamentinin nümayəndəsi Yuri Kim Konqresdəki çıxışında mövcud olmayan "Dağlıq Qarabağ xalqının hüquqları"ndan danışmazdı. Bununla o, yenə sülhə, əmin-amanlığa qarşı çıxaraq yalnız və yalnız qan tökülməsini, Azərbaycan ərazisində terror aktlarının həyata keçirilməsinə bilavasitə dəstək verir!"
Ekspert xatırladıb ki, 1988-ci ildə ermənilər və onların havadarları tərəfindən 3-4 dəfə məcburi köçkünlük həyatı yaşamağa məruz qalan Xankəndi, Xocalı, Xocavənd, Şüşa, Laçın və bütövlükdə Qarabağ sakinləri Amerika Birləşmiş Ştatları tərəfindən nə mənəvi, nə də maddi dəstək görməyib, əvəzində işğalçı Ermənistana milyonlarla yardım edilib:
"Əfqanıstanı xaraba qoyan, sonra isə biabırçılıqla qaçaraq terrorçu elan etdiyi, əslində isə özü yaratdığı "Taliban"ı hakimiyyətə qaytaran ABŞ əsl mahiyyətini bu tipli layihələr gerçəkləşdirməklə hər addımda nümayiş etdirir. 20 illik işğal dövründə ABŞ Əfqanıstanda bir yol belə çəkmədi, bir məktəb tikmədi. Dünyaya tolerantlıqdan "dərs deyən" ABŞ vəhşi erməni qəbiləsinin Qarabağı "boz zona"ya çevirməsinə səssiz qalıb və bu gün Qarabağın dirçəlməsinə, yenidən həyata qayıdışına dözə bilməyib qərəzli bəyanatlar qəbul edir. Qarabağda çəkilən yollar, tikilən məktəblər, salınan xiyaban ABŞ-nin gözünə ox olub batır!" - X.Vəliyeva qeyd edib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bakıda maraqlı toy karvanı - Video
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb