AzQAC-ın baş katibi: "Keçid reallaşsa, Qarabağda yaşayan ermənilərə növbəti yardıma hazırlıq görüləcək"
"Keçid reallaşsa, Qarabağda yaşayan ermənilərin ərzaq və ya qeyri - ərzaq məhsullarına olan təminatı müəyyən etmık üçün, sorğu götürərək növbəti yardım üçün hazırlıq görüləcək".
"Report"un Qarabağ bürosu xəbər verir ki, bunu Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) baş katibi Ceyhun Mirzəyev gətirilən humanitar yardımın keçidi üçün hələ də müsbət nəticənin olmadığnı bildirib.
"Artıq 20 gündür ki, müvafiq işçi heyətimizlə bərabər ərazidəyik. Bütün müvafiq danışıqlar aparılıb, hələ ki cavab yoxdur. Ərzaq yüklü avtomobillər də burdadır".
C.Mirzəyev onu da bildirib ki, əsas məqsəd Xankəndidə yaşayan erməniəsilli sakinlər, 40 ton unu çatdırmaqdır.
"Hazırda gözləyirik, bu və ya digər şəkildə keçid üçün tam hazırıq. Məqsədimiz odur ki, Xankəndidə yaşayan erməniəsilli sakinlərə, 40 ton unu çatdıraq. Çatdırılana qədərdə burda gözləyəciyik", - AzQAC-ın baş katibi vurğulayıb.
"Əgər keçid baş tutarsa biz orda insanlar arasında bir sorğu qiymətlındirmə aparmalıyıq ki, ehtiyacları müəyyən edək. Ehtiyacları müəyyən etdikdən sonra növbəti mərhələdə ərzaq, qeyri-ərzaq və digər tələbatla bağlı planlama aparıb yardım etməyə hazırlaşacıyıq", - C.Mirzəyev Qızıl Aypara Cəmiyyətinin buna tam hazır olduğunu da ifadə edib.
Qeyd edək ki, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin nümayəndələri gətirdikləri yükün keyfiyyət və mənşə sertifikatını Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarına təqdim ediblər.
AzQAC-ın göndərdiyi 40 ton unla dolu yük avtomobilləri, artıq 20 gündür, Ağdam-Xankəndi yolunda gözləyir.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bakıda maraqlı toy karvanı - Video
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb