"İlham Əliyevin siyasəti ölkəmizlə yanaşı, dünya xalqlarının sülh, əmin-amanlıq halında yaşamalarına xidmət edir"-Deputat

"İlham Əliyevin siyasəti ölkəmizlə yanaşı, dünya xalqlarının sülh, əmin-amanlıq halında yaşamalarına xidmət edir"-Deputat"Prezident cənab İlham Əliyevin Azərbaycanın üzv olmadığı beynəlxalq təşkilatların tədbirlərinə fəxri qonaq kimi dəvət olunması ölkə başçımızın güclü siyasətçi, Azərbaycan dövlətinin dünyada böyük nüfuza sahib olmasının sübutudur".

Bu sözləri Milli Məclisin deputatı Kamilə Əliyeva Sonxeber.az-a bildirib.

Deputat qeyd edib ki, Prezident cənab İlham Əliyevin son iki ildə Mərkəzi Asiya dövlətlərinə 9 dəfə səfər etməsi ölkə başçımızın region dövlətləri ilə sıx əməkdaşlıq qurulmasına böyük əhəmiyyət verdiyinin nümunəsidir:

"14 sentyabr tarixlində Prezident cənab İlham Əliyevin Tacikistanın paytaxtı Düşənbə şəhərində Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşünə fəxri qonaq qismində dəvət olunması bu regionda yerləşən dövlətlərin Azərbaycan dövləti ilə sıx siyası, iqtisadi əlaqələr qurulmasına böyük maraq göstərdiklərinin nümunəsidir. Bu gün Azərbaycan dünyada müstəqil siyasət həyata keçirən, iqtisadi cəhətdən heç bir ölkədən asılı olmayan, söz sahibinə malik bir ölkə kimi qəbul olunur. Bir çox dövlətlər Azərbaycanı özlərinə dost və etibarlı tərəfdaş ölkə hesab edirlər.
Prezident cənab İlham Əliyevin son iki ildə Mərkəzi Asiya dövlətlərinə 9 dəfə səfər etməsi ölkə başçımızın region dövlətləri ilə sıx əməkdaşlıq qurulmasına böyük əhəmiyyət verdiyinin nümunəsidir. Düşənbə şəhərində keçirilən Məşvərət görüşündə Prezident cənab İlham Əliyev Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında mövcud siyasi və iqtisadi əlaqələrdən, eləcə də gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan iqtisadi əlaqələrin genişləndirilməsi istiqamətində görüləcək layihələr barədə çıxış etdi. Son dövrlər Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında iqtisadi, ticari əlaqələr artmaqdadır. Ötən il Azərbaycanla Mərkəzi Asiya dövlətləri ilə ticarət dövriyyəsi 3 dəfədən çox artmışdır. Birgə sənaye fondları yaradılmışdı və növbəti 3 ildə 1 milyard dollardan artıq qarşılıqlı sərmayələrin həcminin artırılması nəzərdə tutulmuşdur. Kənd təsərrüfatının və sənayenin bir çox sahələrində, eləcə də gəmiqayırma sahəsində çoxsaylı layihələr həyata keçirilir. Bu gün Mərkəzi Asiya dövlətlərinin şirkətləri Azərbaycanda yaradılmış Ələt Azad İqtisadi Zonasına böyük maraq göstərirlər.
Azərbaycanda nəqliyyat- logistika sahəsində böyük layihələr icra edilmişdir. Ölkəmiz Mərkəzi Asiya dövlətlərinin Türkiyə və Avropa bazarlarına çıxışı üçün tranzit ölkə və qapıdır. Ölkə başçımız çıxışında Azərbaycanın nəqliyyat və logistika infrastrukturunun Mərkəzi Asiyadaki qardaş dövlətlər üçün hər zaman açıq olduğunu vurğuladı.
Azərbaycanda Qərblə Şərqi birləşdirən müasir və iqtisadi cəhətdən səmərəli nəqliyyat-loqistika şəbəkəsi yaradılmışdır. Bakı-Tbilisi-Qars dəmir yolu Şərqdən Qərbə və əks istiqamətdə yük daşımalar üçün ən səmərəli bir marşrut xəttidir. Bu marşrut vasitəsilə yükdaşımaların həcmi hər il artmaqdadır. Qürurla söyləyə bilərik ki, Azərbaycan Xəzərdə ən böyük ticarət donanmasına malikdir. Azərbaycanın imkanlarından istifadə edərək Mərkəzi Asiya dövlətlərindən Avropaya daşınan yüklərin həcmi artacaq ki, bunun nəticəsində bu ölkələr öz iqtisadiyyatlarını xeyli yüksəltmiş olacaqlar.
Prezident cənab İlham Əliyevin siyasəti ölkəmizlə yanaşı, dünya dövlətlərinin və xalqlarının sülh, əmin-amanlıq, rifah halında yaşamalarına xidmət edir".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1098   Tarix: 18 sentyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Prezidentdən Famil Mustafayevlə bağlı sərəncam

Famil Front oğlu Mustafayev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. -a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. O, Azərbaycan Respublikasında elmi fəaliyyətin qiymətləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə bu təltifə layi

17 sentyabr
.

Tariximizə qızıl hərflərlə yazılan gün - 20 sentyabr

Vətən müharibəsində misilsiz şücaət göstərən Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2023-cü il sentyabr ayının 19-20-də lokal xarakterli antiterror tədbirləri keçirməklə düşmənə növbəti dəfə hünərini göstərdi. Birgünlük hərbi əməliyyatlar nəticəsində Qarabağdakı qanunsuz hərb

17 sentyabr
.

Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur

Sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunur. xatırladır ki, bununla bağlı Prezident İlham Əliyev 2024-cü il sentyabrın 19-da Sərəncam imzalayıb. Ermənistanın ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbayca

20 sentyabr
.

İlham Əliyevin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar paylaşım edilib. paylaşımı təqdim edir:

19 sentyabr
.

İlham Əliyev neft sənayesi işçilərini təltif etdi - Siyahı

Prezident İlham Əliyev neft sənayesi işçilərinin təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, onlar Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə təltif ediliblər. 3-cü dərəcəli "Əmək" ordeni ilə. Bağırova Ülviyə Adil qızı. Bayatlı Tamam Fərman qızı

19 sentyabr
.

Azərbaycan Prezidenti: "BMT sistemi normal fəaliyyət göstərsəydi, ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq"

Prezident İlham Əliyev sentyabrın 17-də TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən beynəlxalq hüququn pozulması hallarından danışıb. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı deyib: "Azərbaycan 30 il ərzində bununla üzləşib. Biz öz hüquqlarımız

17 sentyabr
.

İlham Əliyev: "Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir"

"Azərbaycan-Türkiyə bu gün dünyada və bölgəmizdə vahid bir məkan kimi çox önəmli amildir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib. "Bizim birgə fəaliyyətimiz bölgəmizdə və dünyad

17 sentyabr
.

"Köhnə avtomobillə yorğan-döşək gətirmişdi" - Prezident Sərvərdən danışdı+Video

Ötən gün Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyənin Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi ilə görüşü zamanı 2023-cü ildə Türkiyədə baş verən dəhşətli zəlzələ zamanı Türk dövlətlərinin göstərdiyi dəstəkdən danışılıb. "Qafqazinfo" xəbər verir ki, söhbət əsnasında 2023-cü ild

18 sentyabr
.

Prezident: "Enerji təhlükəsizliyi ilə bağlı məsələlər bugünkü şəraitdə mühüm əhəmiyyət kəsb edir"

"Ölkələrimiz böyük təbii ehtiyatlara malikdir və bu da böyük üstünlükdür. Bu təbii ehtiyatlar dövlətlərimizin möhkəmlənməsinə, xalqlarımızın rifahının yüksəlməsinə xidmət edir, həmçinin bütün dünya üçün mühüm rol oynayır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliye

17 sentyabr