Prezident taleyi müəyyən olunmuş itkin şəhidlərin ailələrinə başsağlığı verib
"Mən taleyi müəyyən olunmuş itkin şəhidlərimizin ailələrinə dərin hüznlə başsağlığı verir, onlara səbr diləyirəm".
BAKU.WS xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin "İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün milli və beynəlxalq səylərin artırılması" mövzusunda Bakıda keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciətində bildirilib.
Müraciətdə qeyd olunub ki, 30 il əvvəl itkin düşmüş vətəndaşlarımızın taleyinin aydınlaşdırılması ciddi ictimai hadisə olmaqla yanaşı, həm də Azərbaycan dövlətinin öz vətəndaşına verdiyi dəyərin bariz nümunəsidir: "Mən itkin ailələrini əmin edirəm ki, Vətən uğrunda döyüşlərdə itkin düşmüş bütün şəxslərin taleyinin aydınlaşdırılması üçün səylərimizi əsirgəməyəcəyik.
İtkin düşmüş şəxslər məsələsi post-münaqişə dövründə bütün aidiyyəti görüşlərdə, Ermənistanla aparılan danışıqlarda, xüsusilə Brüssel və Vaşinqton platformalarında tərəfimizdən xüsusi qabardılır. Təəssüf ki, Ermənistan beynəlxalq humanitar hüquqdan irəli gələn öhdəliklərini kobud şəkildə pozaraq itkin düşmüş şəxslərin taleyi və kütləvi məzarlıqların dəqiq yeri haqqında məlumatları Azərbaycan tərəfinə təqdim etmir. Bunun səbəbləri aydındır. Ermənistan hesab edir ki, bununla törətdiyi növbəti hərbi cinayətlərin, vəhşiliklərin üstü açılacaq. Beynəlxalq ictimaiyyət itkin düşmüş şəxslərin taleyinə və kütləvi məzarlıqlara dair məlumatların Azərbaycan tərəfinə təqdim edilməsi məqsədilə Ermənistana təzyiq göstərməlidir. Bu sırf humanitar məsələdir və onun siyasiləşdirilməsi yolverilməzdir.
İtkin düşən şəxslərin taleyinin müəyyənləşdirilməsi Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, barışıq baxımından da vacibdir. Bu sahədə əməkdaşlıq effektiv etimad quruculuğu tədbirlərindən biri ola bilər".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bakıda maraqlı toy karvanı - Video
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb