"ABŞ-nin Ermənistanla birgə təlimləri regionda sülh mühiti üçün təhdid yaradır"-Bəhruz Məhərrəmov

"ABŞ-nin Ermənistanla birgə təlimləri regionda sülh mühiti üçün təhdid yaradır"-Bəhruz Məhərrəmovİstiqamət:İctimai və dövlət maraqlarının müdafiəsi

"ABŞ-nin Ermənistanla birgə təlimləri nəinki Ermənistanın özünün təhlükəsizliyinə heç bir fayda vermir, əksinə regionda sülh mühiti üçün təhdid yaradır".

Bu sözləri Milli Məclisin deputatı Bəhruz Məhərrəmov Sonxeber.az-a deyib.

O qeyd edib ki, Ermənistan-ABŞ birgə təlimləri bizdə təəccüb doğrumur. Lakin, bir reallıq dəyişmir ki, istər təlim, istər silahlandırma hesabına Ermənistanın Azərbaycan üzərində üstünlük qazana biləcəyi vəziyyətə çatdırılması mümkün deyil:

"30 davam etmiş işğalın, urbisid, ekosid və kultrasidin, sülh və insanlıq əleyhinə, o cümlədən müharibə cinayətlərin subyekti olan Ermənistanın hərbi imkanlarını artırmaqla Vaşinqton İrəvanı revanş və yeni münaqişəyə təşviq edir. Görünən odur ki, dünyanın dörd bir güşəsində maraqlarını yalnız münaqişələr hesabına təmin edən ABŞ Azərbaycanın qələbəsindən sonra Cənubi Qafqazda dayanıqlı sülh və sabitlik mühiti üçün yaranan tarixi şansı özünün maraqlarına təhdid hesab edir və Ermənistanı da bu baxımdan yenidən təcavüzkarlığa sövq edir.

Sirr deyil ki, Azərbaycan və Ermənistan arasında 30 ildən artıq davam etmiş münaqişənin gedişatında da Vaşinqton eyni ssenariyə sadiq qalmış, münaqişənin dondurularaq yekun həllə nail olunmaması üçün bütün vasitələrdən istifadə olunmuş, hətta bu məqsədlə işğal faktorunun legitimləşdirilməsinə çalışmışdır. Həmçinin, 30 illik bir periodda Vaşinqton Azərbaycanda separatçıların ən böyük dəstəkçilərindən biri kimi çıxış edərək, dəfələrlə Qarabağdakı separatçı rejimin "liderlərini" səfərə dəvət edib görüşlər keçirərək, cinayətkar rejimin ofisini yaradaraq separatizmə bütün mümkün dəstəyi vermişdir. Eyni zamanda Dövlət Departamentinin birbaşa dəstəyi ilə fəaliyyət göstərən fondlardan "Qarabağa yardım", habelə mina təmizləmə adı altında milyonlarla dollar yardım verərək separatizmin maliyyə dayaqlarından birini təşkil edib.
Bu mənada əlbətə, Ermənistan-ABŞ birgə təlimləri bizdə təəccüb doğrumur. Lakin, bir reallıq dəyişmir ki, istər təlim, istər silahlandırma hesabına Ermənistanın Azərbaycan üzərində üstünlük qazana biləcəyi vəziyyətə çatdırılması mümkün deyil. Cənəb İlham Əliyevin regionda işğal və təcavüzə, o cümlədən separatizmə ən böyük zərbəsi hesab olunan 44 günlük savaşdakı qələbəmizdən sonra yaranan yeni situasiyada bütün kənar müdaxilə cəhlərinə rəğmən zaman Ermənistanın əleyhinə işləyir. İrəvan qərbin vədlərinə insanaraq sülh gündəliyindən kənarlaşdıqca isə daha çox çıxılmaz duruma düşməkdədir. İrəvan meriyasına son seçkilərin nəticələri fonunda artıq qərbə aldanan Paşinyanın aqibəti barədə təsəvvür yaratmaq çətin deyil. Daha öncəki seçkilərdə 81% səslə qalib gələn hakim Mülki Müqavilə partiyasının seçici fəallığının cəmi 25 faiz olduğu bir şəraitdə, 48% daha az, yəni cəmi 33 % səslə, məğlubiyyətə bərabər qələbə qazanması çox şeydən xəbər verir. Bundan başqa, qərbyönümlü digər siyasi qüvvələrin seçkilərdə ciddi nəticələr ortaya qoyması əslində qərbin özünün də irəvanda prioritetlərinin dəyişməsinin mümkünlüyündən xəbər verir. Yəni reallıq onu göstərir ki, bu gün Ermənistanla birgə təlimlər keçən ABŞ Paşinyanın qərbə sadiq qalacaq digər alternativlərinə də yox deməyəcək. Yaxud, gürcüstanla davrandığı kimi, ABŞ istənilən vaxt Ermənistanı Rusiya qarşısında tək qoyaraq çəkilməsi istisna deyil. Xüsusən, meriya seçkilərinin Rusiyanın Ermənistan hakimiyyəti üzərində ənənəvi siyasi təzyiq rıçaqının hələ də güclü olduğunu göstərdiyi şəraitdə. Belə olan halda aydındır ki, Ermənistan hər hansı üçüncü ölkələrlə təlimlərə yox, özünün qonşuları ilə münasibətləri nizamlamağa çalışsın. Ermənistan ABŞ-ın keçdiyi təlimlər, İranın və Fransanın verdiyi vədlər, Hindistanın daşıdığı silahlar hesabına yox, yalnız və yalnız Azərbaycanla beynəlxlaq hüququn şərtlərinin rəhbər tutulduğu sülh müqaviləsini imzalayaraq, Bakı və eyni zamanda Ankara ilə münasibətləri yoluna qoyaraq təhlükəsizliyini təmin edə bilər".
Material Azərbaycan Respublikasının

Medianın İnkişafı Agentliyinin maliyyə

dəstəyi ilə hazırlanmışdır.

"ABŞ-nin Ermənistanla birgə təlimləri regionda sülh mühiti üçün təhdid yaradır"-Bəhruz MəhərrəmovŞəbnəm Lətifi


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1896   Tarix: 18 sentyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezidentdən Famil Mustafayevlə bağlı sərəncam

Famil Front oğlu Mustafayev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. -a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. O, Azərbaycan Respublikasında elmi fəaliyyətin qiymətləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə bu təltifə layi

17 sentyabr
.

Tariximizə qızıl hərflərlə yazılan gün - 20 sentyabr

Vətən müharibəsində misilsiz şücaət göstərən Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2023-cü il sentyabr ayının 19-20-də lokal xarakterli antiterror tədbirləri keçirməklə düşmənə növbəti dəfə hünərini göstərdi. Birgünlük hərbi əməliyyatlar nəticəsində Qarabağdakı qanunsuz hərb

17 sentyabr
.

Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur

Sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunur. xatırladır ki, bununla bağlı Prezident İlham Əliyev 2024-cü il sentyabrın 19-da Sərəncam imzalayıb. Ermənistanın ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbayca

20 sentyabr
.

İlham Əliyevin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar paylaşım edilib. paylaşımı təqdim edir:

19 sentyabr
.

İlham Əliyev neft sənayesi işçilərini təltif etdi - Siyahı

Prezident İlham Əliyev neft sənayesi işçilərinin təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, onlar Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə təltif ediliblər. 3-cü dərəcəli "Əmək" ordeni ilə. Bağırova Ülviyə Adil qızı. Bayatlı Tamam Fərman qızı

19 sentyabr
.

Azərbaycan Prezidenti: "BMT sistemi normal fəaliyyət göstərsəydi, ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq"

Prezident İlham Əliyev sentyabrın 17-də TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən beynəlxalq hüququn pozulması hallarından danışıb. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı deyib: "Azərbaycan 30 il ərzində bununla üzləşib. Biz öz hüquqlarımız

17 sentyabr
.

İlham Əliyev: "Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir"

"Azərbaycan-Türkiyə bu gün dünyada və bölgəmizdə vahid bir məkan kimi çox önəmli amildir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib. "Bizim birgə fəaliyyətimiz bölgəmizdə və dünyad

17 sentyabr
.

"Köhnə avtomobillə yorğan-döşək gətirmişdi" - Prezident Sərvərdən danışdı+Video

Ötən gün Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyənin Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi ilə görüşü zamanı 2023-cü ildə Türkiyədə baş verən dəhşətli zəlzələ zamanı Türk dövlətlərinin göstərdiyi dəstəkdən danışılıb. "Qafqazinfo" xəbər verir ki, söhbət əsnasında 2023-cü ild

18 sentyabr
.

Prezident: "Enerji təhlükəsizliyi ilə bağlı məsələlər bugünkü şəraitdə mühüm əhəmiyyət kəsb edir"

"Ölkələrimiz böyük təbii ehtiyatlara malikdir və bu da böyük üstünlükdür. Bu təbii ehtiyatlar dövlətlərimizin möhkəmlənməsinə, xalqlarımızın rifahının yüksəlməsinə xidmət edir, həmçinin bütün dünya üçün mühüm rol oynayır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliye

17 sentyabr