Rusiya benzin ixracını məhdudlaşdırdı - Azərbaycana hansı təsirləri olacaq?

Rusiya benzin ixracını məhdudlaşdırdı - Azərbaycana hansı təsirləri olacaq?Ölkəmiz RF-dən ancaq Aİ95 markalı benzinin idxalını həyata keçirir

Rusiya Baş naziri Mixail Mişustinin imzaladığı qərara əsasən sentyabrın 21-dən etibarən bu ölkədən xaricə benzin və dizel yanacağının ixracı məhdudlaşdırılıb. Rusiya hökumətinin yaydığı açıqlamaya görə, bu addım daxili bazarı sabitləşdirmək üçün atılıb:

"Müvəqqəti məhdudiyyətlər yanacaq bazarını təmin etməyə kömək edəcək ki, bu da öz növbəsində istehlakçılar üçün qiymətləri aşağı salacaq. Əvvəl yanacaq bazarında vəziyyəti sabitləşdirmək üçün hökumət birjaya avtomobil benzini və dizel yanacağının tədarükü standartlarını artırıb. Həcmlərin operativ tənzimlənməsi ilə kənd təsərrüfatı istehsalçılarının ehtiyacları üçün yanacaq alışlarının monitorinqi də təşkil edilib".

Qeyd edək ki, qadağa bəzi yanacaq ehtiyatlarına şamil edilmir. Xüsusilə hökumətlərarası sazişlər çərçivəsində təchizat, humanitar yardım çərçivəsində verilən təchizat, yanacağın tranziti, onun ölkə hüdudlarından kənarda Rusiya Federasiyasının hərbi hissələrinə tədarükü, həmçinin Baykonur və Şpitsbergen şəhərlərinin fəaliyyətini dəstəkləmək üçün yanacağa aid edilmir. Məhdudiyyətlər həmçinin fiziki şəxslər tərəfindən şəxsi istifadə üçün yanacağın daşınması və Cənubi Osetiya və Abxaziyaya təchizata da tətbiq edilmir.

Buna baxmayaraq, Rusiya ekspertləri ixrac məhdudiyyətinin Rusiyanın neft məhsulları ixracının 95 faizini əhatə etdiyini bildirirlər. Onların bir çoxu qərarın müvəqqəti xarakterli olduğunu hesab etsələr də, sentyabrın 22-də Rusiya Energetika Nazirliyindən verilən açıqlamada qərarın müddətsiz olduğu qeyd edilib.

Rusiyada benzin və dizel yanacağı bu ilin aprelindən sürətlə bahalaşmağa başlayıb. Ötən müddət ərzində hər iki məhsulun topdansatış qiyməti 70-80 faiz, pərakəndə satış qiyməti isə 10-12 faiz bahalaşıb, Rusiyanın bir sıra regionlarında uzunmüddətli qıtlıq yaranıb. Hökumət bahalaşmanın əsas səbəbinin emal müəssisələrinin ixracın daha rentabelli olması səbəbindən mümkün qədər daha çox məhsulu ixraca yönəltməsi, daxili bazar hərraclarına az həcmlər göndərməsi ilə bağlı olduğunu elan edib. Bundan əlavə, boz ixracın - daxili hərraclardan alınaraq xaricə satışın da geniş vüsət aldığı qeyd olunurdu.

Rusiya ekspertlərinə görə, ölkədə neft məhsullarının, əsasən də benzin və dizelin çatışmazlığı və bahalığı bir neçə amillə bağlıdır. Əvvəla, Ukraynadakı müharibədə texnikanın, nəqliyyatın hərəkətini təmin etmək üçün çox böyük həcmdə yanacaq sərf olunur. Dövlət bu yanacağın təmin olunmasını şirkətlər qarşısında ilk vəzifə kimi qoyub. Müharibənin yanacaq sərfiyyatını artırmasına səbəb olan başqa amillər də var. Sanksiyalar bütün logistikanı alt-üst edbi, avtomobil yolu ilə yük daşımaları artıb. ATI.SU birjasının hesablamalarına görə, yanvar-iyun aylarında Rusiyada avtomobil yolu ilə yükdaşımalarına tələbat 61 faiz artıb. İndi onu daha da artırırlar və bu da yanacaq sərfiyyatını artırır.

Ölkədə neft emalı həcminin artmadığı bir şəraitdə əlavə istehlakın təmin olunması digər regionlara daha az yanacağın çatdırılması hesabına həyata keçirilir. Digər tərəfdən, yenə də Ukraynadakı müharibə səbəbilə dünya bazarında neft məhsullarının qiymətləri əlverişli həddədir və şirkətlər bu fürsətdən yararlanmağa çalışırlar, nəticədə, daha çox həcmləri ixraca yönəldirlər. Digər bir amil isə Rusiya hökumətinin aprel ayından bəri yanacaq qiymətlərinə tətbiq etdiyi dempferin həcmini azaltmasıdır. Belə ki, 2018-ci ildən tətbiq olunan mexanizmə əsasən benzin və dizelin dünya bazar qiyməti Rusiya daxilindəki qiymətlərdən baha olduqda, hökumət fərqi emal müəssisələrinə ödəyir. Dünya bazar qiyməti daxili bazardan aşağı olduqda isə emal müəssisələrinin daxildə yanacaq satışından qazancından vergi tutulur. İndiyədək bu mexanizmin yalnız birinci hissəsi işləyib: yəni dünya bazar qiyməti həmişə daxili bazardakından yüksək olub. Rusiya hökuməti son 5 ildə daxildə satışla ixracın fərqinin benzin üçün 68 faizini, dizel üçün 65 faizini emal müəssisələrinə ödəyib. 2022-ci ildə bu mexanizm çərçivəsində büdcədən neftçilərə 2,2 trilyon rubl, 2023-cü ildə isə təkcə may ayında 100 milyarddan çox vəsait köçürülüb. Ötən il ümumilikdə büdcənin neft gəlirləri 11,6 trilyon rubl olub ki, bu da onun 20 faizə yaxının geri qaytarılması deməkdir.

Bu ilin əvvəlində Rusiyanın müharibə xərclərinin kəskin artımı fonunda neft-qaz gəlirlərinin azalması hökuməti neft məhsullarının ixracına münasibətdə tətbiq olunan dempefer mexanizminə dəyişiklik etmək qərarına gəlindi. Maliyyə Nazirliyi əlavə ödənişin yarıya qədər azaldılmasını təklif etdi. Nazir Anton Siluanov bildirdi ki, dempfer ödənişinin azalması ayda Rusiya büdcəsi xərclərinə 30 milyard rubl qənaət imkanı yaradacaq. Maliyyə Nazirliyinin bu qərarı açıqlandıqdan dərhal sonra Rusiyada benzin və dizel yanacağının bahalaşması qeydə alındı. May-iyun aylarında emal zavodlarında profilaktik təmir işləri ilə bağlı istehsal azaldıqda isə bahalaşma pik həddinə çatdı. Hökumətin şirkətlərdən pərakəndə satışı qiymətlərini artırmamaq tələbi faktiki olaraq yanacaqdoldurma şəbəkələrini gəlirsiz qoydu. Nəticədə, benzin ticarəti iyunun ortalarından, dizel yanacağı - avqustun ortalarından bəri gəlirsiz olub.

Energetika Nazirliyinin məlumatına görə, Rusiya neft emalı zavodları 2021-ci və 2022-ci ilin avqustunda olduğu kimi təxminən eyni miqdarda benzin istehsal edir. Düzdür, ixrac azalıb. Avqustda Rusiyadan neft məhsullarının ixracı son 10 ayın ən aşağı həddinə düşüb. S&P şirkətinin məlumatına görə, avqustda gündə 2,27 milyon barel (3 milyon barellə pik həddi martda olub) neft məhsulları ixrac olunub.

Onu da qeyd edək ki, Azərbaycan Rusiyadan Aİ95 markalı benzinin idxalını həyata keçirir. Dövlət Statistika Komitəsinin məlumatına əsasən Azərbaycan 2022-ci ildə 102 milyon 540,18 min dollar dəyərində (2021-ci illə müqayisədə 7,7 faiz azalma) 99 min 490,98 ton "Premium Euro-95" markalı avtomobil benzini (azalma 32,5 faiz) idxal edib. Həmçinin ölkəyə 2 milyon 52,49 min dollar dəyərində (azalma 14,3 faiz) 1670,95 ton (azalma 37,8 faiz) "Super Euro-98" avtomobil benzini gətirilib.

Uzun illər boyu Aİ-95 markalı benzinin idxalında üstünlük Rumıniyada olsa da, ötən il Rusiyadan idxal həcmi daha çox olub. Belə ki, bu markalı benzinin 73,4 faizi Rusiyadan alınıb. Bu ilin yeddi ayında Azərbaycan 23 milyon 377,93 min dollar dəyərində 29 381,94 ton Aİ92, 41 milyon 192,05 min dollar dəyərində 43 741,37 ton Aİ95 benzini idxal edib.

Yeddi Aİ95 idxalında Rusiyadan asılılıq qalıb. Belə ki, yeddi ayda Belarusdan 10 milyon 868,48 min dollarlıq 11 918,7 ton, Rusiyadan 25 milyon 48,79 min dollar dəyərində 26 687,2 ton, Rumıniyadan 5 milyon 274,78 min dollar dəyərində 5135,48 ton Aİ95 benzin idxal edilib. Bu isə o deməkdir ki, Rusiyadan ixracın məhdudlaşması fonunda Azərbaycan Aİ95 idxalını digər ölkələrdən reallaşdırmağa məcbur olacaq. Logistika və nəqliyyat xərcləri baxımından ən əlverişli idxal bazarının Rusiya olduğunu nəzərə alsaq, digər ölkələrdən idxalın qiymətlərdə artıma gətirəcəyini söyləyə bilərik. Üstəlik, dünya bazarında neft qiymətlərinin yüksəlməsi ilə həmin ölkələrdə benzinin qiymətinin də artması qaçılmazdır.

Rusiyadan benzin ixracına məhdudiyyət Azərbaycana daha bir mənfi təsiri Bakı Neft Emalı Zavodunun illik ənənəvi təmiri müddətində ölkəmizdə ən çox istehlak olunan Aİ92 benzini ilə təminat sahəsində ola bilər. Belə ki, adətən hər ilin oktyabr-noyabr aylarında Bakı NEZ-də bir aylıq profilaktik təmir həyata keçirilir. Həmin müddətdə Azərbaycan daxili tələbatı ödəmək üçün Aİ92-ni xaricdən, əsasən Rusiyadan idxal edir. Belə görünür ki, bu il Rusiyadan idxal mümkün olmayacaq. Bu zaman ağırlığın Türkmənistana salınması mümkündür, əgər oradakı mövcud ixrac potensialı imkan verərsə.

Yeri gəlmişkən, yanvar-avqust aylarında Azərbaycan Rusiyadan 4 milyon 656,59 min dollar dəyərində 7 529,05 ton, Türkmənistandan 18 milyon 721,35 min dollar dəyərində 21 852,9 ton Aİ92 alıb, Türkiyəyə 21 milyon 499 min dollar dəyərində 30 790,98 ton Aİ92 ixrac edib.

Rəsmi statistikaya əsasən səkkiz ayda Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 2 milyard 974,1 milyon manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 13,0 faiz artıb. Bu zaman neft məhsullarından sürtkü yağlarının istehsalı 70,9 faiz, neft koksunun istehsalı 37,8 faiz, qazoylların (dizel yanacağının) istehsalı 22,4 faiz, avtomobil benzininin istehsalı 21,3 faiz artıb, neft bitumu istehsalı 33,4 faiz, mazut istehsalı isə 92,3 faiz azalıb. Bu dövrdə 951,2 ton benzin, 1547,4 ton dizel yanacağı istehsal olunub.

Məlumat üçün bildirək ki, Azərbaycanda "Aİ-95" premium və "Aİ-98" super markalı benzinin qiyməti sonuncu dəfə 2022-ci ilin iyulunda dəyişib: Aİ-95 benzinin litri 1 manat 60 qəpikdən 2 manata, AI-98 super benzin isə 2 manatdan 2 manat 30 qəpiyə qaldırılıb.

Aİ92 və dizelin qiyməti isə 2021-ci ilin yanvarında artırılıb: Aİ92 90 qəpikdən 1 manata, dizel isə 60 qəpikdən 80 qəpiyə.

Musavat.com


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 1492   Tarix: 23 sentyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Musiqi təhsilinin inkişafında xidmətlərə görə orden və medallar verildi - SƏRƏNCAM

Prezident İlham Əliyev Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb. Bununla bağlı məlumat yayıb. Sərəncama əsasən, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illiyi münasibətilə Azərbaycanda musiqi təhsilinin inkişafında xidmətlərin

17 sentyabr 2021
.

Dünya bazarında neft qiymətləri necə dəyişib?

Dünya bazarında neft qiymətləri yüksəlib. Bu barədə RT məlumat yayıb. Belə ki, WTI markalı neftin avqust fyuçersləri 0,15 faiz bahalaşıb və bir barelinin qiyməti 66,52 ABŞ dolları təşkil edib. "Brent" markalı neftin sentyabr fyuçersləri 0,16 faiz bahalaşıb və dəyəri 68,73 ABŞ dolları olub

20 iyul 2021
.

Azərbaycanda ərzağın qiyməti niyə bahalaşır? - AÇIQLAMA

2021-ci ilin yanvar-aprel aylarında istehlak qiymətləri indeksi (inflyasiya) 2020-ci ilin yanvar-aprel aylarına nisbətən 4,0 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 4,7 faiz, qeyri-ərzaq məhsulları üzrə 3,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 3,1 faiz artıb

17 may 2021
.

Azərbaycanda sosial ödənişlər nə qədər artıb?

Azərbaycanda son üç ildə sosial ödənişlər 2 400 00 00 manat və ya 60 faiz artaraq 6 400 00 00 manata çatıb, Dövlət Sosial Müdafiə Fonduna büdcədən transfert 40 faizdən 25 faizə enib. -ın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ilin ilk yarısının yekununa dair keçirilə

31 iyul 2021
.

"Elmlər Akademiyası" stansiyasının pəncərələrinə 5,3 mln manat xərclənəcək

"Bakı Metropoliteni" QSC "Elmlər Akademiyası" stansiyasının inzibati binasının 5-ci mərtəbəsində pəncərələrin hazırlanıb quraşdırılması işləri ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub. vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi "Nimex"

25 avqust 2021
.

Azərbaycan təbii qaz ixracını 57 % artırıb

Bu ilin yanvar-iyun aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 10,379 milyard kubmetr həcmində təbii qaz ixrac edib. xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin statistikasına əsasən xəbər verir. Məlumata görə, ötən 6 ay ərzində Azərbaycandan ixrac edilən təbii qazın dəyəri 1,586 milyar

17 iyul 2021
.

Türkiyə Azərbaycana və Orta Asiyaya yeni nəqliyyat marşrutu açır

Türkiyə Azərbaycanla və Orta Asiyanın türk cümhuriyyətləri ilə əlaqəni təmin edən yeni nəqliyyat marşrutu açır. "Report" Türkiyə mətbuatına istinadən xəbər verir. Məlumatda deyilir ki, beynəlxalq "P&O Maritime Logistics" şirkətinin yeni gəmiçilik marşrutu Xəzər dənizi vasitəsil

22 may 2021
.

Azərbaycanın əsas ixrac-idxal tərəfdaşları AÇIQLANDI

2021-ci ilin yanvar-mart aylarında Azərbaycanın məhsul ixrac və idxal etdiyi əsas ölkələr məlum olub. xəbər verir ki, qeyd olunan müddət ərzində ixracın 35,5 faizini İtaliyaya, 17,9 faizini Türkiyəyə, 8,4 faizini Hindistana, 6,3 faizini Gürcüstana, 4,4 faizini İspaniyaya, 3,3 faizini Rusiyaya, hər bir

16 may 2021
.

Azərbaycan nefti ucuzlaşdı

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,43 ABŞ dolları, yaxud 0,6 % azalıb. xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 73,53 ABŞ dolları təşkil edib. Xatırladaq ki, "Azeri LT CIF" neftinin ən aşağ

4 sentyabr 2021