Aldığı təzə avtomobili ekspertizaya aparan kişi həyatının şokunu yaşadı

Aldığı təzə avtomobili ekspertizaya aparan kişi həyatının şokunu yaşadıİstanbulda sıfır kilometre aldığı avtomobili satmaq istəyərkən ekspertiza nəticələri ilə qarşılaşdığı uyğunsuzluqlara görə çətin vəziyyətdə qalan Engin Siyah, həm avtomobilin geri qaytarılmasını tələb etdiyini, həm də məhkəməyə müraciət edəcəyini açıqlayıb.

Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, 2025-ci ilin əvvəlində İstanbuldakı rəsmi dillerdən Peugeot Rifter markalı avtomobili alıb. Təxminən bir ildən sonra avtomobili satmaq istəyən sahib, alıcının tələbi ilə ekspertiza yoxlaması etdirib. Yoxlama zamanı avtomobilin sol ön qapısında sökülüb-yığılma əməliyyatı və yüksək mikron səviyyəsində boya izləri aşkar edilib.

Bu vəziyyəti avtomobili aldığı dillerə bildirən Siyah, Trabzondakı rəsmi servisdə yoxlanışa yönləndirilib. Burada aparılan baxışda da qapıda sökülmə-yığılma və boya əməliyyatı olduğu qeyd edilib.

Şikayətdən sonra avtomobil ikinci dəfə yoxlanılıb. Lakin bu dəfə fərqli nəticə ortaya çıxıb. Rəsmi servisin hazırladığı ikinci hesabatda boya qalınlığının zavod standartları daxilində olduğu və hər hansı təmir izinə rast gəlinmədiyi bildirilib.

Baş verənləri şərh edən Engin Siyah ekspertiza nəticəsini görəndə böyük təəccüb yaşadığını deyib: "Avtomobili sıfır almışam, belə bir şey mümkün deyil dedim. Rəsmi servisdə də eyni sözləri eşidəndə şoka düşdüm".

İkinci hesabatda vəziyyətin "normal" kimi qiymətləndirilməsinə etiraz edən avtomobil sahibi, nəqliyyat vasitəsinin dəyər itirmədiyi bildirilsə də, dillerin avtomobili geri qəbul etmədiyini vurğulayıb. "Bu mənim 19-cu avtomobilimdir, ilk dəfə belə hallarla qarşılaşıram. Artıq bu avtomobili sürmək istəmirəm", - deyə o əlavə edib.

Siyah bildirib ki, problemi həll olunmasa, hüquqi addımlar atacaq və lazım gələrsə, avtomobili aldığı дилerin qarşısına qoyacaq.


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 6095   Tarix: 06 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İnfarkt keçirən kişi yanaraq öldü - Təfərrüat

Bakının Xətai rayonunda köşkdə ölümlə nəticələnən yanğınla bağlı detallar məlum olub. APA-ya istinadən xəbər verir ki, köşkün gözətçisi olan Ağayar Əliyev ürək tutması nəticəsində yanan sobanın üzərinə yıxılıb. Nəticədə köşkdə yanğın baş verib. Gözətçinin yanaraq öldüyü bildirilir. Faktla bağlı Xəta

3 oktyabr
.

DİN narkotiklə bağlı əməliyyatlar keçirib, saxlanılanlar arasında İran vətəndaşı da var

Bakı və Gəncədə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib. Bildirilib ki, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin Bakı və Gəncə şəhərlərində keçirdiyi tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsind

3 oktyabr
.

Burulğan 20 min cücənin tələf olmasına səbəb oldu - VİDEO

Türkiyənin Adana vilayətinin İmamoğlu rayonunda leysan yağışla birlikdə meydana gələn burulğan iki toyuq fermasına ciddi ziyan vurub. xarici mediaya istinadla xəbər verir ki, hadisə nəticəsində təxminən 20 min cücənin tələf olduğu bildirilib. Ağzıkaraca məhəlləsində baş verən burulğan fermaların damların

29 sentyabr
.

Sərxoş halda maşını aşırdı - Arvadı öldü, 12 yaşlı oğlu yaralandı - Yenilənib

Gədəbəydə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, qəza ötən gecə saat 22 radələrində rayonun Çanaqçı kəndi ərazisində qeydə alınıb. Gədəbəy rayon sakini 1989-cu il təvəllüdlü Ələkbərov Şükür Yapon oğlunun idarə etdiyi "VAZ 2107" markalı avtomobil

14 oktyabr
.

Abşeronda binada partlayışa dezodorant səbəb olubmuş - TƏFƏRRÜAT

Ötən gün Abşeron rayonunun Şəfəq qəsəbəsində yerləşən yeddimərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində baş verən partlayışın detalları məlum olub. Baku TV-yə istinadla xəbər verir ki, evin sahibinin sözlərinə görə, partlayışa səbəb dezodorant olub. "Aldığım dezodrantı qoyublar ortalığa, evlə

5 oktyabr
.

2026-cı ilin ilk doqquz ayında velosiped qəzalarında ölənlərin sayı açıqlandı

"Velosipedçilər yol hərəkətinin müdafiəsiz iştirakçılarıdır və velosipeddə sürücünü qəza zamanı qoruya biləcək konstruktiv təhlükəsizlik elementləri olmadığından, toqquşmalar onlar üçün ağır nəticələnə bilər. Bu səbəbdən velosipedçilərin yol hərəkəti qaydalarına əməl etməsi, velosipedlərinin texnik

11 oktyabr
.

Tovuzda qadının dəhşəti ölümü ilə bağlı qonşular danışdılar: "Təpədən dırnağa yanmışdı" - VİDEO

Tovuzda qadının ölümü ilə nəticələnən yanğınla bağlı şahidlər danışıblar. "Xəzər" TV-yə istinadən xəbər verir ki, hadisə rayonun Qovlar şəhəri, Xəqani küçəsində yerləşən fərdi yaşayış evində baş verib. Şahidlərin sözlərinə görə, yanğın zamanı əraziyə çox sayda insan toplaşıb. Qonşulardan bir

4 oktyabr
.

Turşu hazırlayarkən yıxıldı - Əlindəki bıçaqdan xəsarət aldı

Cəlilabad rayonunda qadın bıçaq xəsarəti alıb. "Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Göytəpə şəhəri ərazisində qeydə alınıb. Belə ki, 2002-ci il təvəllüdlü Göytəpə şəhər sakini ehtiyatsızlıqdan yaşadığı evin pilləkənlərindən yıxılıb. Bu zaman qadının əlində olan mətbəx bıçağı onu

29 sentyabr
.

Yasamalda məktəbi yandırmağa cəhd etdilər - Foto

Yasamal rayonunda orta məktəblərin birində yanğın törətməyə cəhd olunub. "Qafqazinfo"ya istinadla xəbər verir ki, hadisənin qarşısı dərhal görülmüş tədbirlər nəticəsində alınıb. Xəsarət alan olmayıb. Bu hadisə xarici qüvvələrin təhriki ilə Azərbaycanın dünyəvi dövlət modelinə hücum edən təxribatçılarl

12 oktyabr