Dollar və avro dəyişmək istəyənlərə ŞAD XƏBƏR! 24 saat ərzində...
"Bank Silk Way" ticarət və xidmət müəssisələrində avtomatik valyuta dəyişmə terminalları quraşdıracaq.
Bankdan "APA-Economics"ə verilən məlumata görə, artıq I terminal bankın baş ofisində quraşdırılıb və istifadəyə verilib.
"Növbəti terminallar Heydər Əliyev Beynəlxalq Hava Limanının ərazisində, regionlarımızda yerləşən hava limanlarında, bankın bütün filiallarında və digər strateji nöqtələrdə yerləşdiriləcək", - deyə məlumatda qeyd edilir.
Bu terminal vasitəsilə müəssisənin müştəriləri və ziyarətçiləri manat, dollar və avro üzrə valyuta dəyişmə əməliyyatlarını rahat həyata keçirə biləcəklər.
Avtomatik valyuta dəyişmə terminalının üstünlükləri:
- Günün istənilən vaxtı (24/7 rejimində) və ya müəssisənin iş saatları ərzində terminal vasitəsilə avtomatik valyuta dəyişmə imkanının təqdim edilməsi;
- Vaxt qənaəti, müştəri məmnunluğu və satışların artması.
Terminal vasitəsilə valyuta dəyişməsi "Bank Silk Way"in gündəlik yenilənən valyuta məzənnələrinə əsasən həyata keçirilir və terminal vasitəsilə valyuta dəyişdirən müştəridən komissiya tutulmur.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 4609 Tarix: 09 dekabr 2016
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Meyxanaçı Kərim vəfat etdi
Meyxanaçı Ağakərim vəfat edib. xəbər verir ki, bu barədə -a onun yaxınları məlumat verib. Xatırladaq ki, meyxanaçı Ağakərimin 2017-ci ilin martında beyninə qan sızıb. Həmin gündən ifaçının səhhətində ciddi problemlər yaranıb
19 dekabrSaxta sürücülük vəsiqəsi istifadə edən şəxs CƏZALANDIRILIB
Saxta sürücülük vəsiqəsindən istifadə etməkdə təqsirləndirilən Rusiya vətəndaşı barəsində hökm çıxarılıb. -a istinadla xəbər verir ki, 1990-cı il təvəllüdlü Rusiya Federasiyasının vətəndaşı - Emil Şərəfxan oğlu İsmayılov Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə (saxta sənəddən istifadə) ittiham olunub
20 dekabrKərim harda dəfn olunacaq? (AÇIQLAMA)
Meyxanaçı Kərim (Ağkərim Novruzov) Maştağa qəbiristanlığında dəfn olunacaq. Bu barədə Qaynarinfo-ya mərhumun qohumu Rüstəm Cənnətov məlumat verib. O bildirib ki, mərhumla vida mərasimi yaşadığı evdə keçiriləcək:. "Bu saatlarda vəfat edib. Qərar verdik ki, dəfn mərasimini sabaha saxlayaq. Odur ki
19 dekabrAvtobuslarda ödənişlə bağlı YENİLİK - Mümkün oldu
Bakı şəhərində ilk dəfə olaraq avtobus marşrutlarında NFC sistemini dəstəkləyən bütün yerli bank kartları, eləcə də "Apple Pay" və "Google Pay" vasitəsilə nağdsız ödəniş mexanizminin tətbiqinə start verilir. Layihənin pilot mərhələsi çərçivəsində, ilk olaraq 500 nömrəli marşrut xəttind
20 dekabrDərsdən qayıdanda vaqonun üstünə çıxıb şəkil çəkdirmək istəyibmiş... - Video
Xəbər verdiyimiz kimi, Kürdəmirdə məktəblini elektrik cərəyanı vurub. Bədbəxt hadisə Bakı-Qazax dəmir yolu xəttinin Kürdəmir ərazisindən keçən hissəsində baş verib. Qafqazinfo xəbər verir ki, 9-cu sinif şagirdi olan rayon sakinini dəmir yolu üzərindəki yüksək gərginlikli cərəyan vurub və qəfildən yanğı
20 dekabr