Xankəndiyə komendant təyin edilən general kimdir? – Dosye
Polis general-mayoru Sərdar Səfərov Xankəndiyə komendant təyin edilib.
Sonxeber.az axar.az-a istinadən bildirir ki, Sərdar Səfərov 1973-cü ildə Sumqayıtda anadan olub. Dövlət Bədən Tərbiyəsi İnstitutunu, Türkiyə Respublikasının Jandarma Zabitlər Məktəbini və DİN-in Polis Akademiyasını bitirib.
1996-2005-ci illərdə Daxili qoşunlarda xüsusi təyinatlı bölük komandiri, Xüsusi təyinatlı taborun qərargah rəisi kimi xidmət edib. 2019-2022-ci illərdə Bakı Şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini və həmin İdarənin rəisi olub. 2022-ci ilin fevralnda BŞBPİ rəisinin xidmət üzrə müavini vəzifəsinə təyin olunub.
Ətraflı
Bu ilin yanvarında isə o, nazir Vilayət Eyvazovun əmri ilə Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi təyin edilib.
S.Səfərov 2022-ci ildə Prezidentin sərəncamı ilə general-mayir rütbəsinə layiq görülüb.
"Hərbi xidmətlərə görə", "İgidliyə görə", "Vətən uğrunda" medalları ilə təltif edilib. Ailəlidir, üç övladı var.
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 2383 Tarix: 16 oktyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Onlar üçün viza proseduru sadələşdirildi
Prezident İlham Əliyev 15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında Sərəncam imzalayıb. bununla bağlı -a istinadə
21 sentyabrTariximizə qızıl hərflərlə yazılan gün - 20 sentyabr
Vətən müharibəsində misilsiz şücaət göstərən Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2023-cü il sentyabr ayının 19-20-də lokal xarakterli antiterror tədbirləri keçirməklə düşmənə növbəti dəfə hünərini göstərdi. Birgünlük hərbi əməliyyatlar nəticəsində Qarabağdakı qanunsuz hərb
17 sentyabrBu gün regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır
Sentyabr ayında Bakıda Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində növbəti tədbirlər keçirilib. Əvvəlcə paytaxtımız Türk Dövlətləri Təşkilatına üzv ölkələrin müsəlman dini idarə rəhbərlərinin VII görüşünə ev sahibliyi edib, Ağdam Cümə məscidində isə böyük şair, mütəfəkkir Seyid Yəhya Bakuviyə həsr olunmu
18 sentyabr