TÜRKSOY-un baş katibi İlham Əliyevi təbrik edib
TÜRKSOY-un Baş katibi Sultan Raev Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Bu barədə President.az xəbər verir.
Məktubda deyilir:
"Hörmətli cənab Prezident!
Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY-un Baş katibliyi, üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurası adından və şəxsən öz adımdan Zati-alinizi və qardaş Azərbaycan xalqını 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə ürəkdən təbrik edirəm.
Ulu öndər Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin qorunub-saxlanılması və möhkəmləndirilməsi istiqamətində yorulmaz səyləri bu gün onun layiqli davamçısı olaraq Zati-aliniz tərəfindən uğurla davam etdirilir. Sizin müəyyənləşdirdiyiniz uğurlu inkişaf strategiyası nəticəsində Azərbaycan siyasi, iqtisadi, sosial və mədəni sahələrdə böyük tərəqqi və inkişafa nail olmuşdur.
Zati-alinizin rəhbərliyi ilə dövlət müstəqilliyinin bərpasının 32-ci ildönümünün qeyd olunduğu bu il Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi tam bərpa edilib. Bu gün Azərbaycanın üçrəngli Dövlət Bayrağı ölkənin bütün şəhər və rayonlarında qürurla dalğalanır.
TÜRKSOY-un yaradılmasının 30-cu ildönümü münasibətilə Bakıda keçirilən təntənəli mərasimə ünvanladığınız təbrik məktubu bizi daha da ruhlandırıb və ortaq türk mirasının qorunması, təbliği ilə bağlı gerçəkləşdirəcəyimiz irimiqyaslı layihələrdə Azərbaycanın gələcəkdə də TÜRKSOY-a geniş dəstək verəcəyinə əminliyimizi artırıb.
Fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qardaş Azərbaycan xalqına sülh, tərəqqi və əmin-amanlıq arzulayıram".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bakıda maraqlı toy karvanı - Video
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb