AZAL-ın vitse-prezidenti işdən çıxarılıb
"Azərbaycan Hava Yolları" (AZAL) QSC-də kadr islahatları davam edir.
Sonxeber.az Qaynarinfo-ya istinadən xəbər verir ki, QSC-nin vitse-prezidenti Eldar Hacıyev də vəzifəsindən azad olunub.
O, 2015-ci ildən bu vəzifəni tuturdu. Eldar Hacıyev AZAL-ın rəhbərliyinə təyinat almazdan əvvəl "Silk Way" şirkətinin vitse-prezidenti, eyni zamanda AZAL sərnişindaşıma şirkətinin icraçı direktoru vəzifəsində çalşıb.
AZAL-ın rəsmi veb-səhifəsində də Eldar Hacıyevin adı rəhbərliyin siyahısından çıxarılıb.
QSC-nin Mətbuat Xidmətindən bildirilib ki, Eldar Hacıyev öz istəyi ilə bir neçə aydır qurumdan ayrılıb.
Xatırladaq ki, cari ilin sentyabr ayının 1-də Cahangir Əsgərov AZAL-ın prezidenti vəzifəsindən azad edilib. O, bu vəzifəyə 2008-ci ildə təyin olunmuşdu. Ondan əvvəl - 1996-2008-ci illərdə isə Azərbaycan Hava Yolları Dövlət Konserninin baş direktoru olub.
Cahangir Əsgərovun işdən çıxarılmasından sonra AZAL-da kadr islahatlarına start verilib.
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 5150 Tarix: 24 oktyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAntiterror tədbirlərində DİN-in döyüş yolu - Video
44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə nəticələnən tarixi prosesin mühüm mərhələsi oldu. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN
19 sentyabrBu gün regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır
Sentyabr ayında Bakıda Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində növbəti tədbirlər keçirilib. Əvvəlcə paytaxtımız Türk Dövlətləri Təşkilatına üzv ölkələrin müsəlman dini idarə rəhbərlərinin VII görüşünə ev sahibliyi edib, Ağdam Cümə məscidində isə böyük şair, mütəfəkkir Seyid Yəhya Bakuviyə həsr olunmu
18 sentyabrCeyhun Bayramov Nyu-Yorka işgüzar səfərə yola düşüb
20 sentyabrda xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək məqsədilə ABŞ-nin Nyu-York şəhərinə işgüzar səfərə yola düşüb. xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Səfər çərçivəsində nazir Ceyhu
20 sentyabr