Ermənilər yayadək Qarabağa dönməyəcək, ona qədər isə... - Bakının planı

Ermənilər yayadək Qarabağa dönməyəcək, ona qədər isə... - Bakının planıPaşinyan ümid edir ki, Qarabağdan olan ermənilər iki ay ərzində iş tapacaqlar, amma 10 mindən çoxu xaricə köçüb; "Bir Qarabağ ermənisi yoxdur ki, Azərbaycan vətəndaşı olmaq istəsin"

"Ümid edirəm ki, Qarabağdan olan məcburi köçkün qardaş və bacılarımız yaxın iki ay ərzində Ermənistanda iş tapacaqlar. Təbii ki, hökumət də bu məsələdə mümkün tədbirlərə kömək edəcək".

"Yeni Müsavat" bildirir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan deyib. "Qarabağdan köçən qardaş və bacılarımız üçün prioritet xərcləri qarşılamaq məqsədilə yeni maliyyə yardımı proqramına başlayırıq. Noyabr və dekabr ayları ərzində yaşayış və kommunal xərclər üçün nəzərdə tutulmuş vəsaitdən əlavə dövlət büdcəsindən hər bir şəxsə 50 min dram (təxminən 120 dollar) ayrılacaq. İstisna bank hesabında müəyyən həddi aşan, dövlət tərəfindən təmin edilmiş sığınacaqlarda yaşayan və ya dövlət qayğısı altında olan şəxslər və onların ailə üzvləri olacaq", - bunu da Nikol qeyd edib. Onun sözlərinə görə, Qarabağdan köçənlərə uzunmüddətli mənzil təminatı məsələlərinin müzakirəsinə və işlə təminat məsələsinə də başlanacaq.

Baş nazirinin söylədiklərindən belə qənaət hasil olur ki, ermənilər hələ uzun müddət, ən azı, yayadək Qarabağa qayıtmayacaqlar. Ona qədər isə onların əhəmiyyətli bir qismi yəqin ki, üçüncü ölkəyə, Rusiyaya, Avropaya çıxıb gedəcək. Yeri gəlmişkən, qondarma "rejimin" keçmiş "dövlət naziri" Artak Beqlaryan bildirib ki, Qarabağdan könüllü çıxmış ermənilərin 10 mindən çoxu artıq Ermənistanı da tərk edib. O, Qarabağın erməni sakinlərinin Ermənistanda yaşaması üçün şərait yaradılmalı olduğunu deyib. Maraqlısı həm də budur. Çünki ermənilər bir yerdən başqa yerə asanca köç edib qısa zamanda adaptasiya olunmaq bacarığına malik unikal toplumdur. O zaman bu proses Azərbaycana, Qarabağdakı gələcək demoqrafik duruma nə vəd edir? Onların bir qismi qayıda və mülklərini sata bilərmi? Üstəlik, Avropa təsisatlarının son bəyanatlarında onların qayıdışı ilə bağlı çağırışlara rast gəlmək olar.

Bundan əlavə, ekspertlər tərəfindən Brüssel danışıqlarından Azərbaycanın imtinasına səbəb kimi "Makron planı" göstərilir. Belə ki, müzakirə masasına Qarabağ ermənilərinin qeyd-şərtsiz qayıdışı məsələsini qoymaq istəyiblər. Yəni onlardan Azərbaycan vətəndaşlığı tələb olunmadan Qarabağa qayıdıb evlərində yaşamalıdırlar. Bakı isə görüşdə yalnız sülh sənədi, sərhədlərin dəqiqləşməsi və blokadada olan kommunikasiyaların açılması məsələlərini müzakirə etməyə hazır olduğunu bəyan edib. Ona görə də görüş alınmayıb. Göründüyü kimi, ermənilərin məcburi dönüşü məsələsini Avropa təsisatları və Fransa gündəlikdə saxlamağa çalışır. Lakin onların əksəriyyəti qayıdışda maraqlı görünmür. Məlum olur ki, 10 mindən çoxu xaricə gedib, qalanlarının da Qərb ölkələrində sığınacaq almaq fürsəti yaranıb, kim getməyəcəksə, Paşinyan hökuməti onlara sosial paketlər təklif edir. Belə demək mümkünsə, rəsmi İrəvan ermənilərin Xankəndiyə qayıdışına çağırış etmir.

AMİP sədri Arzuxan Əlizadə "Yeni Müsavat"a qeyd etdi ki, Avropa təşkilatları qanunsuz çağırışlar edir: "Ermənilər bir şərtlə qayıda bilər ki, Azərbaycan vətəndaşlığını qəbul etsinlər. Beləsini isə biz görmürük. Həmçinin, onların arasında diferensasiya aparılmalıdır, yəni işğaldan sonra Qarabağa köçürülənlərə vətəndaşlıq təklif edilə bilməz. Ona görə bu məsələdə saf-çürük aparılmalıdır". Partiya sədrinin sözlərinə görə, Qarabağdan gedən ermənilər sosial şəraitdən gileylənirlər və bir neçə mini Ermənistanı tərk edib: "Paşinyan onlara səslənir ki, getməsinlər. Amma bir hissəsi Rusiyaya, bir qismi Avropaya köçürlər. Erməni mətbuatını izləyəndə görmək olar ki, Azərbaycan vətəndaşlığını qəbul etmək istəyən bir Qarabağ ermənisi yoxdur. Belə olacağı təqdirdə onların dönüşü olmayacaq. Ehtimal etmirəm ki, onlar qayıtsınlar. Bu, geridönüşü olmayan prosesdir, Qarabağ separatçılardan təmizlənib və bundan sonra orada heç bir terrorçu baş qaldıra bilməz".

Siyasi şərhçi Əziz Əlibəylinin fikrincə, şübhəsiz ki, qaçqınlar kimdir, necə tərk ediblər ərazini - bu məsələ haqda dəqiq təsbitlər var: "Hamısı video və fotolarda mövcuddur. Erməni əhali Azərbaycanın reinteqrasiya planına baxmayaraq, könüllü şəkildə bölgəni tərk etməyə üstünlük verdi. İkincisi, bu şəxslərin çox böyük faizi Ermənistan pasportu daşıyır və Azərbaycan vətəndaşı deyillər. Üçüncü, yenə çox böyük faizi Yaxın Şərq bölgəsindən köçən ermənilərdir. Qərb bunların Azərbaycana qayıtmasını leqal olaraq tələb etmək haqqına malik deyil axı?! Hətta bu azmış kimi avroparlamentin ermənipərəst deputatları ermənilərin Qarabağdan kütləvi şəkildə getməsini "etnik təmizləmə" adlandırıblar. Avropa Parlamentinin üzvləri Azərbaycanın beynəlxalq öhdəliklərini pozduğunu nəzərə alaraq, Avropa Komissiyasından Bakı ilə enerji sektorunda strateji tərəfdaşlığa təcili şəkildə yenidən baxılmasını tələb ediblər".

Onu da deyək ki, özünü buraxmış qondarma "artsax"ın sonuncu başçısı Samvel Şahramanyan da Ermənistan hökuməti tərəfindən Qarabağı tərk etmiş digər ermənilərə verilən 100 min dram məbləğində birdəfəlik yardım alıb. Ermənistan hökumətindən "Aykakan Jamanak" qəzetinə bildirilib. Məlumata görə, Qarabağ separatçılarının digər keçmiş rəhbərləri də yuxarıda qeyd olunan dəstəyi alıblar.


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1751   Tarix: 28 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

İlham Əliyevin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar paylaşım edilib. paylaşımı təqdim edir:

19 sentyabr
.

Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar videoçarx paylaşılıb. paylaşımı təqdim edir:

20 sentyabr
.

Prezidentdən TDT-yə üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət ünvanlayıb. AZƏRTAC-a istinadən xəbər verir ki, müraciətdə deyilir:. "Hörmətli tədbir iştirakçıları!. Sizi Türk Dövlətləri Təşkilatına üzv ölkələri

17 sentyabr
.

İlham Əliyev: "Birgə səylərimizlə TDT-ni aparıcı beynəlxalq təşkilatlardan birinə çevirməyə çalışmalıyıq"

"Bu gün isə mahiyyət etibarilə problemlərin böyük hissəsini, - problemlər deyərkən qarşımızda duran qlobal problemləri nəzərdə tuturam, - arxada qoymuşuq". AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkə

17 sentyabr
.

Antiterror tədbirlərində DİN-in döyüş yolu - Video

44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə nəticələnən tarixi prosesin mühüm mərhələsi oldu. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN

19 sentyabr
.

"The Athletic": UEFA püşkatma zamanı İrlandiya və İsrail yığmalarını ayırmaqdan imtina edib

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) öz himayəsi altında keçirilən turnirlərin püşkatması zamanı İrlandiya və İsrail yığmalarını ayırmaqdan imtina edib. "Report" bu barədə "The Athletic"ə istinadən xəbər verir. UEFA öz bəyanatında qeyd edib ki, hər bir vəziyyəti onun fərd

20 sentyabr
.

Bu gün regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır

Sentyabr ayında Bakıda Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində növbəti tədbirlər keçirilib. Əvvəlcə paytaxtımız Türk Dövlətləri Təşkilatına üzv ölkələrin müsəlman dini idarə rəhbərlərinin VII görüşünə ev sahibliyi edib, Ağdam Cümə məscidində isə böyük şair, mütəfəkkir Seyid Yəhya Bakuviyə həsr olunmu

18 sentyabr
.

Ceyhun Bayramov Nyu-Yorka işgüzar səfərə yola düşüb

20 sentyabrda xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək məqsədilə ABŞ-nin Nyu-York şəhərinə işgüzar səfərə yola düşüb. xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Səfər çərçivəsində nazir Ceyhu

20 sentyabr
.

Prezident: "Birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə daha böyük rol oynasın"

"Biz birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə, beynəlxalq təhlükəsizlik, beynəlxalq ticarət, enerji təhlükəsizliyi və nəqliyyat bağlantıları ilə əlaqədar məsələlərdə daha böyük rol oynasın". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələri

17 sentyabr