Spiker: "Azərbaycanla Türkiyənin bərabərliyi qarşıdakı illərdə xalqlarımıza yeni-yeni uğurlar gətirəcək"

Spiker: "Azərbaycanla Türkiyənin bərabərliyi qarşıdakı illərdə xalqlarımıza yeni-yeni uğurlar gətirəcək""Azərbaycanla Türkiyənin birlik və bərabərliyi qarşıdakı illərdə xalqlarımıza yeni-yeni uğurlar gətirəcək".

"Report" xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Cümhuriyyətinin qurulmasının 100 illiyi münasibətilə keçirilmiş tədbirdə çıxışında deyib.

Sahibə Qafarova bildirib ki, qardaş ölkənin davamlı inkişaf yolunda əldə etdiyi uğurlar bizi ürəkdən sevindirir, çünki Türkiyənin gücü Azərbaycanın gücü, Azərbaycanın gücü isə Türkiyənin gücüdür. Xalqlarımızın və dövlətlərimizin qardaşlığı və dostluğu bizim ən böyük sərvətimizdir.

O, qeyd edib ki, biz həmişə məmnunluqla söyləyirik ki, ölkələrimiz arasında münasibətlər ulu öndər Heydər Əliyevin ifadə etdiyi "bir millət, iki dövlət" prinsipi üzərində qurulmuşdur. Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin dediyi kimi, "Türkiyə və Azərbaycan iki qardaş ölkə kimi hər zaman bir-birinin yanındadır".

Milli Məclisin sədri xalqlarımızın bu birliyinin XX yüzilin əvvəllərində Çanaqqala savaşında, Azərbaycanda və paytaxt Bakıda erməni-bolşevik dəstələrinə qarşı döyüşlərdə, üç il öncə işğalçı Ermənistana qarşı 44 günlük Vətən müharibəsində, bu ilin sentyabr ayında Qarabağda antiterror tədbirlərində sınaqlardan çıxdığını söyləyib.

Spiker nəzərə çatdırıb ki, təqribən 10 gündən sonra Azərbaycanda Zəfər Günü qeyd ediləcəkdir. O, torpaqlarımızın işğalına son qoymaq, dövlətimizin ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etmək üçün 2020-ci ilin payızında ikinci Qarabağ müharibəsində müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan hərbi əməliyyatlar zamanı dünyanın Türkiyə-Azərbaycan qardaşlığına və dostluğuna bir daha şahid olduğunu deyib.
Sahibə Qafarova öz çıxışında bildirib ki, müharibə günlərində Türkiyə Cümhuriyyətinin Prezidenti möhtərəm cənab Rəcəb Tayyib Ərdoğanın verdiyi mənəvi və siyasi dəstək, münaqişəyə kənar müdaxilələr qarşısında "qırmızı xətt" xəbərdarlığı, bütün Türkiyənin tutduğu qəti mövqe hər kəsə göstərdi ki, Azərbaycan haqq işi uğrunda mübarizədə tək deyildir. Türkiyə, onun lideri və xalqı hər yerdə və hər zaman olduğu kimi, Azərbaycanın yanındadır.

Spiker məmnunluqla qeyd edib ki, 2021-ci ilin iyun ayında Türkiyə və Azərbaycan prezidentlərinin imzaladıqları Şuşa Bəyannaməsi qardaşlıq və dostluq münasibətlərimizi ən yüksək zirvəyə - müttəfiqlik səviyyəsinə yüksəltmişdir.

Milli Məclisin sədri bu gün Azərbaycanla Türkiyənin birgə səyləri ilə nəinki Cənubi Qafqazın, həm də daha geniş bir bölgənin geosiyasi mənzərəsini dəyişən layihələrin planlı şəkildə və əzmlə həyata keçirildiyini söyləyib.

O, ölkələrimizin fəal iştirakı ilə reallaşdırılan enerji-nəqliyyat layihələrinin Avrasiya qitəsinin enerji təhlükəsizliyinin qorunmasında, ölkələr arasında iqtisadi əlaqələrin genişlənməsində önəmli rol oynadığını deyib. Türkiyə-Azərbaycan birliyinin və həmrəyliyinin türk dünyasının daha sıx birləşməsinə kömək göstərdiyini qeyd edib.

Parlamentin sədri bildirib ki, Türkiyə 30 illik işğal dövründə vandalların viran qoyduğu Qarabağda və Şərqi Zəngəzurda bərpa-quruculuq işlərində də, bütün digər məsələlərdə də bizim yanımızdadır.


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1356   Tarix: 29 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İlham Əliyevin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar paylaşım edilib. paylaşımı təqdim edir:

19 sentyabr
.

Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar videoçarx paylaşılıb. paylaşımı təqdim edir:

20 sentyabr
.

Prezidentdən TDT-yə üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət ünvanlayıb. AZƏRTAC-a istinadən xəbər verir ki, müraciətdə deyilir:. "Hörmətli tədbir iştirakçıları!. Sizi Türk Dövlətləri Təşkilatına üzv ölkələri

17 sentyabr
.

İlham Əliyev: "Birgə səylərimizlə TDT-ni aparıcı beynəlxalq təşkilatlardan birinə çevirməyə çalışmalıyıq"

"Bu gün isə mahiyyət etibarilə problemlərin böyük hissəsini, - problemlər deyərkən qarşımızda duran qlobal problemləri nəzərdə tuturam, - arxada qoymuşuq". AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkə

17 sentyabr
.

Antiterror tədbirlərində DİN-in döyüş yolu - Video

44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə nəticələnən tarixi prosesin mühüm mərhələsi oldu. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN

19 sentyabr
.

"The Athletic": UEFA püşkatma zamanı İrlandiya və İsrail yığmalarını ayırmaqdan imtina edib

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) öz himayəsi altında keçirilən turnirlərin püşkatması zamanı İrlandiya və İsrail yığmalarını ayırmaqdan imtina edib. "Report" bu barədə "The Athletic"ə istinadən xəbər verir. UEFA öz bəyanatında qeyd edib ki, hər bir vəziyyəti onun fərd

20 sentyabr
.

Bu gün regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır

Sentyabr ayında Bakıda Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində növbəti tədbirlər keçirilib. Əvvəlcə paytaxtımız Türk Dövlətləri Təşkilatına üzv ölkələrin müsəlman dini idarə rəhbərlərinin VII görüşünə ev sahibliyi edib, Ağdam Cümə məscidində isə böyük şair, mütəfəkkir Seyid Yəhya Bakuviyə həsr olunmu

18 sentyabr
.

Ceyhun Bayramov Nyu-Yorka işgüzar səfərə yola düşüb

20 sentyabrda xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək məqsədilə ABŞ-nin Nyu-York şəhərinə işgüzar səfərə yola düşüb. xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Səfər çərçivəsində nazir Ceyhu

20 sentyabr
.

Prezident: "Birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə daha böyük rol oynasın"

"Biz birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə, beynəlxalq təhlükəsizlik, beynəlxalq ticarət, enerji təhlükəsizliyi və nəqliyyat bağlantıları ilə əlaqədar məsələlərdə daha böyük rol oynasın". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələri

17 sentyabr