"Kanada rəsmiləri Azərbaycanın onlar üçün nə qədər əhəmiyyətli bir ölkə olduğunu anlamırlar" - Kamilə Əliyeva

"Kanada rəsmiləri Azərbaycanın onlar üçün nə qədər əhəmiyyətli bir ölkə olduğunu anlamırlar" - Kamilə Əliyeva"Kanada rəsmiləri Azərbaycanın onlar üçün nə qədər əhəmiyyətli bir ölkə olduğunu anlamırlar. Kanada öz enerji təchizatını Azərbaycan üzərindən keçməklə Mərkəzi Asiya dövlətlərindən uran almaqla həyata keçirir. Azərbaycanın haqqı var ki, bu ixracı dayandırsın və düşünürəm bu istiqamətdə addımlar atılacaq".

Bu sözləri Milli Məclisin deputatı Kamilə Əliyeva Sonxeber.az-a bildirib.

O qeyd edib ki, Kanada 30 il Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistana bu işğala son qoyması barədə bir kəlmə belə söyləməyib:

"Özlərini insan hüquqlarının və azadlıqlarının müdafiəçisi hesab edən və bu sahədə Azərbaycanı ittiham edən dövlətlər hər zaman insanlığa qarşı cinayətlər törətmiş ölkələrdir. Bu sahədə Azərbaycanı ittiham edən Kanada və bu ölkənin Xarici İişlər naziri Melani Colinin İrəvanda ölkəmizə qarşı qərəzli, əsassız ittihamlar söyləməsi təəccüb və gülüş doğurur. Həmçinin Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsinin vacibliyini vurğulaması riyakarlığın, saxtakarlığın ən bariz nümunəsidir.
BMT TŞ Ermənistanı işğalçı dövlət kimi tanıyıb, bu barədə 4 qətnamə qəbul etdiyi vaxt Kanada 30 il Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistana bu işğala son qoyması barədə bir kəlmə belə söyləmədi".

Kamilə Əliyeva bildirib ki, Azərbaycanı "deportasiya"da günahlandıran Kanada dövləti vaxtilə bu ərazilərin aborigen sakinləri olan hinduları kütləvi şəkildə qətlə yetirərək qurulub. Yarandığı gündən Kanada heç vaxt müstəqil dövlət olmayıb, ABŞ-nin vassalı olub:

"M.Colinin Xarici İşlər naziri postuna gətirilməsi absurddur. Dövlətin xarici siyasət kursunu həyata keçirən birinin Ermənistandan Azərbaycan ərazisinə binokldan baxması cəsus şəbəkəsinin nümayəndəsi obrazı yaradır. Kanada kimi marionet bir dövlətin bu cür "siyasətçi" olması əslində təəccüblü deyil. Azərbaycanı "deportasiya"da günahlandıran Kanada dövləti vaxtilə bu ərazilərin aborigen sakinləri olan hinduları kütləvi şəkildə qətlə yetirərək qurulub. Yarandığı gündən Kanada heç vaxt müstəqil dövlət olmayıb, ABŞ-nin vassalı olub. Bu gün də ABŞ qubernatoru Kanada hökumətindən daha yüksək səlahiyyət və imtiyazlara malikdir. Marionetka bir dövlətin heç bir dövlətdən asılı olmayan, müstəqil xarici və iqtisadi siyasət həyata keçirən güclü Azərbaycan dövlətini ittiham etməyə nə cürəti, nə də haqqı yoxdur. Kanada rəsmiləri Azərbaycanın onlar üçün nə qədər əhəmiyyətli bir ölkə olduğunu anlamırlar. Kanada öz enerji təchizatını Azərbaycan üzərindən keçməklə Mərkəzi Asiya dövlətlərindən uran almaqla həyata keçirir. Azərbaycanın haqqı var ki, bu ixracı dayandırsın və düşünürəm bu istiqamətdə addımlar atılacaq. Azərbaycanda fəaliyyət göstərən Kanada şirkətlərinin fəaliyyəti də dayandırılmalıdır. Kanada ilə yanaşı Azərbaycan dövləti ilə təhdid dilində danışmaq istəyən ölkələr sonda hansı aqibətlə üzləşəcəklərini anlamalıdırlar".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1220   Tarix: 30 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

İlham Əliyevin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar paylaşım edilib. paylaşımı təqdim edir:

19 sentyabr
.

Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar videoçarx paylaşılıb. paylaşımı təqdim edir:

20 sentyabr
.

Prezidentdən TDT-yə üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət ünvanlayıb. AZƏRTAC-a istinadən xəbər verir ki, müraciətdə deyilir:. "Hörmətli tədbir iştirakçıları!. Sizi Türk Dövlətləri Təşkilatına üzv ölkələri

17 sentyabr
.

İlham Əliyev: "Birgə səylərimizlə TDT-ni aparıcı beynəlxalq təşkilatlardan birinə çevirməyə çalışmalıyıq"

"Bu gün isə mahiyyət etibarilə problemlərin böyük hissəsini, - problemlər deyərkən qarşımızda duran qlobal problemləri nəzərdə tuturam, - arxada qoymuşuq". AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkə

17 sentyabr
.

Antiterror tədbirlərində DİN-in döyüş yolu - Video

44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə nəticələnən tarixi prosesin mühüm mərhələsi oldu. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN

19 sentyabr
.

"The Athletic": UEFA püşkatma zamanı İrlandiya və İsrail yığmalarını ayırmaqdan imtina edib

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) öz himayəsi altında keçirilən turnirlərin püşkatması zamanı İrlandiya və İsrail yığmalarını ayırmaqdan imtina edib. "Report" bu barədə "The Athletic"ə istinadən xəbər verir. UEFA öz bəyanatında qeyd edib ki, hər bir vəziyyəti onun fərd

20 sentyabr
.

Bu gün regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır

Sentyabr ayında Bakıda Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində növbəti tədbirlər keçirilib. Əvvəlcə paytaxtımız Türk Dövlətləri Təşkilatına üzv ölkələrin müsəlman dini idarə rəhbərlərinin VII görüşünə ev sahibliyi edib, Ağdam Cümə məscidində isə böyük şair, mütəfəkkir Seyid Yəhya Bakuviyə həsr olunmu

18 sentyabr
.

Ceyhun Bayramov Nyu-Yorka işgüzar səfərə yola düşüb

20 sentyabrda xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək məqsədilə ABŞ-nin Nyu-York şəhərinə işgüzar səfərə yola düşüb. xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Səfər çərçivəsində nazir Ceyhu

20 sentyabr
.

Prezident: "Birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə daha böyük rol oynasın"

"Biz birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə, beynəlxalq təhlükəsizlik, beynəlxalq ticarət, enerji təhlükəsizliyi və nəqliyyat bağlantıları ilə əlaqədar məsələlərdə daha böyük rol oynasın". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələri

17 sentyabr