Prezident: "30 illik işğaldan əziyyət çəkmiş Azərbaycan xalqı Əlcəzair xalqının hisslərini yaxşı başa düşür"
"Otuz illik işğaldan əziyyət çəkmiş Azərbaycan xalqı Əlcəzair xalqının hisslərini yaxşı başa düşür. Şadam ki, bu gün ənənəvi dostluq və qardaşlıq telləri ilə bir-birinə bağlı olan ölkələrimiz arasında əlaqələr dinamik inkişaf edir. Eyni zamanda, çoxtərəfli müstəvidə qarşılıqlı faydalı birgə fəaliyyətimiz məmnunluq doğurur".
Sonxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin Əlcəzair Prezidenti Abdelmacid Tebbuna 1 Noyabr - İnqilab Günü münasibətilə ünvanladığı təbrik məktubunda yer alıb.
Abdelmacid Tebbuna və qardaş Əlcəzair xalqına öz adından və Azərbaycan xalqı adından ən səmimi təbriklərini yetirən dövlətimizin başçısı əlavə edib:
"Amansız müstəmləkəçilik siyasətinə qarşı xalqınızın azadlıq mübarizəsinə başladığı bu əlamətdar gün Əlcəzairin qəhrəmanlıqlarla zəngin olan tarixinin ən şərəfli səhifələrindən biridir. Yüz ildən artıq dövr ərzində əsarətə və kütləvi zorakılığa məruz qalan, misli görünməmiş qəddarlıq, insanlıq əleyhinə cinayətlərlə üzləşən Əlcəzair xalqı müstəqilliyini bir milyon yarım şəhidin canı bahasına əldə edib və bununla da iradəsinin sarsılmazlığını, yenilməzliyini, mətinliyini və azadlıq əzmini bütün dünyaya nümayiş etdirib".
Azərbaycan Prezidenti əmin olduğunu bildirib ki, qarşılıqlı etimada və dəstəyə əsaslanan dövlətlərarası münasibətlərimiz, səmərəli əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da birgə səylərlə uğurla inkişaf edəcək və genişlənəcək.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bakıda maraqlı toy karvanı - Video
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb