Ermənistana qarşı təzminat məsələmiz illər sonraya qaldı? - gözlənti

Ermənistana qarşı təzminat məsələmiz illər sonraya qaldı? - gözləntiHüquqşünas: "Əlimizdə olan tutarlı faktlara görə gec-tez Beynəlxalq ədalət məhkəmələrində Azərbaycanın iddialarının təmin edilməsi ilə bağlı qərarların qəbul olunmasına nail olacağıq"

"2022-ci ilin aprelində Ermənistanda müxalifətin nümayişlərində əsas şüarlardan biri "Türksüz Ermənistan" olub. Bütün bu işlər üzrə sübut və faktlar tərəfimizdən toplanaraq əlavə şikayətlər şəklində məhkəməyə təqdim olunub".

Xəbər verildiyi kimi, bunu Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov "Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrətin qızışdırılması" adlı hesabatın təqdimat mərasimində çıxışı zamanı deyib.

Diplomat qeyd edib ki, bu il yanvarın 23-də Azərbaycan tərəfi beynəlxalq səviyyədə tanınmış Azərbaycan ərazisinin otuz ilə yaxın qanunsuz hərbi işğalı, etnik azərbaycanlıların öz tarixi torpaqlarından qovulması, soyqırımlar və insanlığa qarşı törədilən digər cinayətlərlə bağlı minlərlə səhifəlik sübuta əsaslanan əsas iddiasını bəyan edib və Beynəlxalq Məhkəməyə təqdim edib. "Beynəlxalq məhkəmələrdə dövlətlərarası şikayətlərə baxılmasının xarakteri nəzərə alınaraq, bu iddiaya növbəti illərdə baxılacaq", - E.Məmmədov bildirib.

Onun sözlərinə görə, Azərbaycan xalqına qarşı törədilən bu cinayətlər sadəcə olaraq hansısa təsadüfi, xaotik şəraitdə törədilmiş qanunsuz əməllər deyil, Ermənistanda onilliklər ərzində geniş şəkildə təbliğ edilən etnik ədavət və radikal millətçi "tsexakronizm" ideoloji xəttinə əsaslanır. "Bizim dövlətlərarası iddiamız da məhz buna işarə edir. Ermənistanın ideologiyası Azərbaycan hökumətinin etnik ermənilərin bərabər hüquqlarını, iki xalqın birgə yaşamasını təşviq edən və daim sülhə çağıran yanaşmasına tamamilə ziddir", - XİN yetkilisi diqqətə çatdırıb.

Azərbaycan məhkəmədən nə gözləyir? Niyə bir neçə il sonra baxılacaq məsələyə? Belə təzminat məsələsi də illər sonraya qalır?

"Azərbaycana qarşı nifrət cinayətləri və nifrətin qızışdırılması" adlı hesabatın təqdimatında iştirak edən Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə "Yeni Müsavat"a bildirdi ki, Ermənistanda ideolgiya türklərə qarşı nifrət üzərində qurulub. Ona görə də Ermənistandakı radikal müxalifətin bu gün də əsas şüarlarından biri "türksüz Ermənistan"dır. Onsuz da 30 ildən artıqdır Ermənistanda türklər yaşamır. 1988-1989-cu illərdə Ermənistandan yüz minlərlə türk zorla, qəddarlıq öz vətənlərindən deportasiya edilib. Bu gün Ermənistan keçmiş SSRİ respublikaları arasında yeganə dövlətdir ki, öz ərazisində başqa millətlərin yaşamasına imkan yaratmayıb. Bu gün faktiki olaraq Ermənistan monoetnik dövlətdir. Ermənistan təkcə öz ərazisindən türkləri qovmaqla kifaytlənməmişdi. Azərbaycanın 20 faiz ərazisini də işğal edib həmin ərazilərdə yaşayan Azərbaycan türklərini, həmçinin digər sakinləri soyıqırıma məruz qoymuş, sağ qalan əhalini isə qovmuşdu. İşğal etdikləri ərazilərdə vandalizm həyata keçiriblər: "Azərbaycan türklərinə qarşı həyata keçirilən cinayətlərlə bağlı Beynəlxalq Ədalət Məhkəməsinə iddialar hazırlanıb. Ermənilərin insanlığa qarşı cinayətlər törətdiyini sübut edən çoxsaylı faktlar var. Ermənistan müharibə qanunlarını, beynəlxalq hüquq normalarını pozmuş bir ölkədir. 30 il Ermənistanın bu cinayətləri davam edib. İndi nəhayət Beynəlxalq Ədalət Məhkəməsində cavab verməyin vaxtı yaxınlaşır. Azərbaycanın Ermənistana qarşı qaldırdığı və qaldıracağı məhkəmə iddialarında milyardlarla dollar təzminat tələbi qoyulur. Bu da tamamilə əsaslıdır. Çünki Ermənistan Azərbaycanın ərazilərini işğal edəndə və işağlda saxladığı dövrdə qətliamlar törətməklə yanaşı rayonlarımızı, kəndlərimizi talan etməklə Azərbaycan dövlətinə və əhalinin mülkiyyətinə milyardlarla dollar ziyan vurub. Azərbaycanın iddiaları kimi Beynəlxalq Məhkəməyə ünvanlanan iddialara baxılması uzun zaman alır. Təzminat tələbinə baxılması və qərar çıxarılması beynəlxalq təcrübədə uzun sürən prosesdir. Burada prosedur qaydaları və cavadeh tərəfin işə baxılmasına rəsmi razılıq verib-verməməsinin aydınlaşması kimi məsələlər də rol oynayır. Azərbaycanın iddialarına baxılması bir neçə ilə sonra olacaqsa belə, əsas məsələ odur ki, biz müraciətlərimizi edəcəyik. Gec-tez iddialara baxılacaq".

Hüquqşünas vurğuladı ki, biz beynəlxalq məhkəmələrdən ədalətli qərarları əldə etməyimiz üçün bütün gücümüzü işə salmalıyıq, mübarizədən bir an belə çəkinmək olmaz: "Əlimizdə olan tutarlı faktlara görə biz gec-tez Beynəlxalq ədalət məhkəmələrində Azərbaycanın iddialarının təmin edilməsi ilə bağlı qərarların qəbul olunmasına nail olacağıq. Ermənistan münaqişə dövründə Azərbaycana qarşı törətdiyi çoxsaylı müharibə cinayətlərinə, kütləvi qırğın və soyqırımı aktlarına, terrorçuluq fəaliyyətinə, vandalizmə görə hüquqi müstəvidə məsuliyyətdən yayına bilməyəcək, Azərbaycana vurduğu böyük sosial-iqtisadi zərərə görə təzminat ödəməyə məcbur ediləcək".

Musavat.com


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 873   Tarix: 05 noyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bu gün regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır

Sentyabr ayında Bakıda Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində növbəti tədbirlər keçirilib. Əvvəlcə paytaxtımız Türk Dövlətləri Təşkilatına üzv ölkələrin müsəlman dini idarə rəhbərlərinin VII görüşünə ev sahibliyi edib, Ağdam Cümə məscidində isə böyük şair, mütəfəkkir Seyid Yəhya Bakuviyə həsr olunmu

18 sentyabr
.

Prezident Ramil Usubovu və həmkarlarını qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubovu, Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi, Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi, Özbəkistan Respublikasının Prezident

17 sentyabr
.

Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar. AZƏRTAC-a istinadən xəbər verir ki, tarixi Pir Ömər Sultan ziyarətgahı Şamaxı rayonunun Avaxıl kəndində yerləşir

17 sentyabr
.

TDT məkanında Azərbaycanın tranzit və enerji imkanları genişlənir

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin yerləşdiyi geniş coğrafi məkan enerji və nəqliyyat dəhlizləri baxımından strateji əhəmiyyət daşıyır. Bu coğrafiyadan keçən mühüm enerji və nəqliyyat marşrutları yalnız üzv dövlətlər arasında əlaqələrin inkişafına deyil, daha geniş regionda iqtisadi əməkdaşlığı

18 sentyabr
.

Prezident İlham Əliyev Şamaxıda "Meysari Grand Hotel & SPA" kompleksinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Meysari Grand Hotel & SPA" kompleksinin açılışında iştirak ediblər. AZƏRTAC-a istinadən xəbər verir ki, "Pasha Hospitality" şirkətinin baş icraçı direktoru Mehmet Balçi

17 sentyabr
.

Onlar üçün viza proseduru sadələşdirildi

Prezident İlham Əliyev 15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında Sərəncam imzalayıb. bununla bağlı -a istinadə

21 sentyabr
.

Azərbaycan TDT-nin inkişafında fəal rol oynayan ölkələrdən biridir - AÇIQLAMA

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi və üzv ölkələrin təhlükəsizlik strukturlarının nümayəndələrini qəbul edib. Görüş zamanı TDT-nin inkişafı, təhlükəsizlik, nəqliyyat, enerji və iqtisadi əməkdaşlığın genişləndirilməs

18 sentyabr
.

Prezidentdən Famil Mustafayevlə bağlı sərəncam

Famil Front oğlu Mustafayev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. -a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. O, Azərbaycan Respublikasında elmi fəaliyyətin qiymətləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə bu təltifə layi

17 sentyabr
.

Azərbaycan XİN: "Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb"

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat yayıb. həmin bəyanatı təqdim edir:. "20 sentyabr dövlət suverenliyimizin bərqərar olduğu, xalqımızın çoxəsrlik dövlətçilik salnaməsinə qızıl hərflərlə yazılmış tarixi gündür. 19-20 sentyabr 2023-cü il tarixlərind

20 sentyabr