Azərbaycan Zəngəzur dəhlizindən vaz keçdi? - "Bu mövzu qapanmayıb"

Azərbaycan Zəngəzur dəhlizindən vaz keçdi? - "Bu mövzu qapanmayıb""Zəngəzur dəhlizi mövzusu hələ də bağlanmayıb. Sadəcə, Ermənistan 3 ildən bəri Zəngəzur dəhlizi ilə bağlı məsələlərdə manipulyasiyalara yol verib və bu yolun açılmasını müxtəlif şərtlərlə əlaqələndirib. İrəvan bu istiqamətdə konkret heç bir addım atmayıb və 10 noyabr bəyanatına görə, üzərinə düşən öhdəliyi yerinə yetirməyib".

Bu sözləri Yenisabah.az-a açıqlamasında siyasi şərhçi Oqtay Qasımov deyib.

"Əlbəttə, əsas Ermənistanın iradəsi deyil. Qərbin, xüsusilə də Fransanın Ermənistan üzərindəki təsirlərini nəzərə alsaq, onlar Zəngəzur dəhlizinin açılmasına 2 səbəbə görə çox da isti baxılmırdı.

Birincisi, bu dəhliz Çinin "Bir Yol-Bir Kəmər" layihəsinin çərçivəsinə girdiyinə görə müəyyən qədər soyuqluq vardı. İkincisi, 10 noyabr bəyanatına görə, kommunikasiyalara nəzarəti Rusiya sərhədçiləri həyata keçirməli idi və Qərbdə məmnunluqla qarşılanmırdı", – deyə O. Qasımov əlavə edib.

Analitikə görə, onlar Ermənistanı təhrik etməklə prosesi ləngitmək xəttini seçdilər ki, Rusiya bölgədən uzaqlaşdırılsın və həmin dəhlizə nəzarət guya Ermənistanın, əslində isə Qərbin nəzarətinə keçsin:

"Bu proses 3 ildir davam etdiyindən Bakı İrəvanın bu şıltaqlığına sona qədər dözmək fikrində deyildi. Azərbaycan bunun arxasında dayanan gücün Qərb olduğunu açıq-aydın şəkildə gördüyü üçün İranla 2022-ci ilin mart ayında memorandum imzalamışdı. Azərbaycan bu dəhlizi şaxələndirməyi düşündü və çox doğru etdi. İrandan keçəcək kommunikasiya xətti ilə Mehridən keçəcək kommunikasiya xəttinin uzunluğundakı fərq elə də ciddi deyil – təxminən 8 km.

Azərbaycan bu addımı atmaqla region ölkələri ilə münasibətlərini genişləndirib və artıq İran da bu prosesə qoşulub. Layihənin həyata keçirilməsində Rusiya və Türkiyənin də marağı var və onlar Tehranla bu barədə müzakirələr aparıb.

İranla hamar olmayan münasibətlər fonunda bu yolun bağlanması ehtimalına gəlincə, bu, elə də asan məsələ deyil. Çünki region ölkələri üçüncü tərəfin müdaxiləsinə qarşıdır. Məhz buna görə onlar bu prosesi həyata keçiriblər.

Azərbaycan bu addımı atmaqla Ermənistana göstərdi ki, onun daim alternativ variantları var. Əgər İrəvan destruktiv fəaliyyətini yenə də davam etdirəcəksə, növbəti dəfə regional layihələrdən kənarda qalacaq. Ona görə Ermənistan Zəngəzur dəhlizinin açılması ilə bağlı fikirlər səsləndirir".

O. Qasımov qeyd edib: "Azərbaycana qarşı ciddi təxribatlar və möhtəkirliklər həyata keçirilirdi. Qərb mətbuatında davamlı şəkildə guya Azərbaycanın Ermənistanın cənub hissəsinə hücum edəcəyinə dair təxribatçı məlumatlar tirajlanırdı. Odur ki, Prezidentin köməkçisi Hikmət Hacıyev bildirdi ki, Zəngəzur dəhlizi artıq bizim üçün cəlbediciliyini itirib".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1128   Tarix: 05 noyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bu gün regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır

Sentyabr ayında Bakıda Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində növbəti tədbirlər keçirilib. Əvvəlcə paytaxtımız Türk Dövlətləri Təşkilatına üzv ölkələrin müsəlman dini idarə rəhbərlərinin VII görüşünə ev sahibliyi edib, Ağdam Cümə məscidində isə böyük şair, mütəfəkkir Seyid Yəhya Bakuviyə həsr olunmu

18 sentyabr
.

Prezident Ramil Usubovu və həmkarlarını qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubovu, Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi, Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi, Özbəkistan Respublikasının Prezident

17 sentyabr
.

Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar. AZƏRTAC-a istinadən xəbər verir ki, tarixi Pir Ömər Sultan ziyarətgahı Şamaxı rayonunun Avaxıl kəndində yerləşir

17 sentyabr
.

TDT məkanında Azərbaycanın tranzit və enerji imkanları genişlənir

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin yerləşdiyi geniş coğrafi məkan enerji və nəqliyyat dəhlizləri baxımından strateji əhəmiyyət daşıyır. Bu coğrafiyadan keçən mühüm enerji və nəqliyyat marşrutları yalnız üzv dövlətlər arasında əlaqələrin inkişafına deyil, daha geniş regionda iqtisadi əməkdaşlığı

18 sentyabr
.

Prezident İlham Əliyev Şamaxıda "Meysari Grand Hotel & SPA" kompleksinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Meysari Grand Hotel & SPA" kompleksinin açılışında iştirak ediblər. AZƏRTAC-a istinadən xəbər verir ki, "Pasha Hospitality" şirkətinin baş icraçı direktoru Mehmet Balçi

17 sentyabr
.

Onlar üçün viza proseduru sadələşdirildi

Prezident İlham Əliyev 15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında Sərəncam imzalayıb. bununla bağlı -a istinadə

21 sentyabr
.

Azərbaycan TDT-nin inkişafında fəal rol oynayan ölkələrdən biridir - AÇIQLAMA

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi və üzv ölkələrin təhlükəsizlik strukturlarının nümayəndələrini qəbul edib. Görüş zamanı TDT-nin inkişafı, təhlükəsizlik, nəqliyyat, enerji və iqtisadi əməkdaşlığın genişləndirilməs

18 sentyabr
.

Prezidentdən Famil Mustafayevlə bağlı sərəncam

Famil Front oğlu Mustafayev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. -a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. O, Azərbaycan Respublikasında elmi fəaliyyətin qiymətləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə bu təltifə layi

17 sentyabr
.

Azərbaycan XİN: "Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb"

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat yayıb. həmin bəyanatı təqdim edir:. "20 sentyabr dövlət suverenliyimizin bərqərar olduğu, xalqımızın çoxəsrlik dövlətçilik salnaməsinə qızıl hərflərlə yazılmış tarixi gündür. 19-20 sentyabr 2023-cü il tarixlərind

20 sentyabr